Eşqi yaralamaq...  

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri ParmaksızınHəsrət, eşq sükutkitabıaybkitablayihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

Mehmet Nuri PARMAKSIZ

 

Həyat, əzəl əbədiyyət arası bir göz qırpımı.

 

Eşqi yaralamaq, Rəbbimi yaralamaq; Xudanı bir qul üçün ən önəmli olan Mövlanın razılığını unutmaq,  aləmlərin Rəbbini qırmaqdır.

 

Dünya; sürgünlər sürgünündə yaşanan sonlu olandır. Həsrət məkanı olaraq bilinən imtahan üçün gəldiyimiz bu diyarın tək bir silahı vardır ki; onun adı dahəsrət”.

 

Həsrət çəkmək çətin olandır. Həsrətə tabe olmaq; ölmədən ölməyi, həm də min dəfələrlə ölməyi gözə ala bilmək deməkdir. Eşq atəşi həsrətlə xarlanır; həsrət çəkən bədən və ruh həsrətlə darlanır.

 

Həsrət imtahan dünyasında bir baxımdan lütf; bir tərəfdən də bir cəzadır. Necə ki gerçək deyə bildiklərimizdən bəziləri baxış bucağımıza görə şəkillənirsə, həsrətdə aşiqin və “eşq” adlı lütfü diləyən qulun arzusu, təslimiyyəti və təvəkkülüylə bəzən ən çox yaxan bir atəşə; bəzən də bir mükafata dönə bilər.

 

Ona görə eşqi yaralamaq, Rəbbimi yaralamaq; Xudanı və bir qul üçün ən önəmli olan Mövlanın razılığını unutmaq, aləmlərin Rəbbini qırmaqdır.

 

Taleyi yazan; hər şeyin sahibi O deyilmi? Ən gözəli, ən doğrunu Ondan başqa kim bilə bilər? Eşqi arzulamaq gözəldirsə; həsrətdən şikayət nəyə gərək? İmtahan üçün gəldiyimiz sonlu olan dünyada mütləq xoşbəxtlik yoxdur ki.

 

Bu gerçəyi bilə-bilə yaşadığımız əskikliklər çəkdiyimiz iztirabdan nigaran olmaq nəyə lazım? Dünya həsrət adlı silahını atəşə hazır etsin; əlimizdə şükür adlı qalxanımız varkən sızlamaq, sitəm etməyə gərək var?

 

Şükür, fərəhlədən bir sərinlikdir; həsrətin od-alovu qarşısında. O qədər  güclüdür ki; içdən, səmimiçox şükürdeyə çəkilən bir nəfəs həsrətin odunu; o ürəkdəki yanğını, gülləri qırmızı bir gülüstana çevirə bilər.

 

Yetər ki, Rəbbimoldesin. Yetər ki, istəyim Ondan; yetər ki, cani-könüldən eşqlə, təslimiyyətlə, təvəkküllə dua edək Xudaya. İmtahanı Onu unutmayanı Rəbbim unutmaz çünki.

 

Sevdiyinin ürəyini qırmaqdan qorxan Rəbbini qırmaqdan niyə qorxmaz? Bəlkə , qorxar; bu gerçəyi dərk etmək gərəkdir zamanla. Röyadayıq bu dünyada; heç oyanmayacağıq zənn edərik; gerçək oyanınca başlayacaq əslində.

 

Gerçəyi arayanlar həsrətdən və taledən razı olandır. Gerçəyi arayanlar imtahan dünyasında olduğunu unutmayanlardır. Çox şükür yaradılışın sirrinə vaqif olanlara. Çox şükür hər şərtdə və durumdaçox şükür Ya Rəbbim” deyənlərə.

 

Yaşamaq, bir anlamda öləcək olduğumuz gerçəyi qəbul etmək deyilmi? Deməli, ölmək üçün yaşayırıq; mütləq gerçəyə, məhşərə çata bilmək üçün.

 

Sonludan keçmədən sonsuza çatmaq olmaz ki. Sonlu olan dünyadakı imtahanını verməyən; sonu sonsuzluğa gedən həyat adlı nərdivanın pillələrini “çox şükür” demədən çıxmağa çalışanlar, cənnətə yol tapa bilməz ki. Söyləyin mənə; cənnət o qədər ucuzmu?

 

Həyat, əzəl və əbədiyyət arası bir göz qırpımı.

 

Sonsuzun sonluya nisbəti bu. Budur böyütdüyümüz dünya; budur böyütdüyümüz həsrət, çünki dünya sonsuzluğun bir silsiləsi desəm, yenə də həddini aşmaram; hətta əskik belə söyləmiş olaram gerçəyi.

 

Gerçəyi bildikdən və gerçəyə sahib olduqdan sonra yaralayın eşqi yaralaya bilsəniz.

 

Mən səninəm, sən mənim; məhşərədək gizlərim

Səni gördüyüm hər dəm eşqlə çökər dizlərim.

Eşq gözü kor edərmiş amma gördüyüm gerçək

Gözünü hər qırpanda ceyranları izlərim...

 

 

Mehmet Nuri Parmaksız

 

525-ci qəzet.- 2016.- 5 noyabr.- S.12.