Müasir Azərbaycan ədəbi dilində durğu işarələri” çapdan çıxdı

 

 

Azərbaycan dilində durğu işarələrindən bəhs edən yeni kitab çap olunub.

 

Vahid Dumanoğlu İlkin Əsgər həmmüəllifi olduğu kitab “Elm təhsilnəşriyyatında işıq üzü görüb.

 

Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Fikrət Xalıqov, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Əbülfəz Rəcəbli filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlidir.

 

Qeyd  edək ki, “Müasir Azərbaycan ədəbi dilində durğu işarələriadlanan kitabda durğu işarələri,  işlənmə məqamları, yazılı nitqdə onların daşıdığı funksiya səciyyəvi xüsusiyyətlər göstərilməklə bədii ədəbiyyatdan gətirilən praktik nümunələr üzərində şərh olunub. Bundan başqa, durğu işarələri haqqında mövcud qaydalar daha da sistemləşdirilərək təkmilləşdirilib, onların əvvəlki dərslik vəsaitlərdə verilməyən işlənmə məqamları sistemli şəkildə izah edilib. Kitabın sonunda durğu işarələrini tədris prosesində daha yaxşı mənimsətmək üçün poetik nümunələr səhnəcik verilib.         

 

Kitab şagirdlər, tələbələr, magistrantlar, doktorantlar, orta ali məktəb müəllimləri, jurnalistlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

İnanırıq ki, oxucuların istifadəsinə verilən bu kitab bədii ədəbiyyatda, KİV-in dilində durğu işarələrinin işlədilməsi ilə bağlı qüsurların, çətinliklərin aradan qaldırılmasında böyük rol oynayacaq müasir Azərbaycan ədəbi dilinin inkişafına kömək edəcək.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2016.- 12 noyabr.- S.13.