Məhşərədək...

 

 

Türkiyəli şair, İLESAM-ın başqanı Mehmet Nuri Parmaksızın Həsrət, eşq sükut kitabı aybkitab layihəsi üzrə nəşr olunub.

 

Kitabı Türkiyə türkcəsindən Azərbaycan dilinə gənc yazar Gülnar Səma çevirib, redaktoru şair Ələmdar Cabbarlıdır.

 

Kitabda yer alan esselərdən nümunələri oxucularımıza təqdim edirik.

 

Ərdəm Qalasının Qəlb Diyarına İthafımdır...

 

Şükür Məşəlim, Dua Çiçəyim, Bərəkət Təsbehim, Könül Taxtımın Sultanı...

 

Ərdəm qalasının qəlb diyarı, duy səsimi, dinlə məni. Könül deyilən ölümsüzlük suyu yerinə eşq adlı üç hərfdə gizli olan abı həyatı içərsə, olar bilirsənmi?

 

Söylə görüm mənə, eşqə aşiq könlüm, AŞK adlı hecada şifrələnən müəmmanı Allah, Şükür Kader deyə çözüb Ona təslim olduqdan sonra məhşərədək eşq atəşiylə yansa da, külə dönərmi?

 

Sevgili sevgilidir; aşiq aşiq, lakin bu eşqi könül deyilən aləmə qoyan gerçək məşuq unudula bilərmi?

 

Gündüzüm, Gecəm, Sabahım...

 

Şükür yağmurları rəhmət olub könlümə dolmaqda; Ya Rəbbim, lütfünü ehsanını məndən uzaq tutma, dualarımı qəbul et.

 

Bədənim ruhum elə bir sərxoşluq yaşamaqda ki, bu halı yaşayan ruhun özünü itirməməsi heç düşünülə bilərmi?

 

Həsrət torpağında böyüyən eşq çiçəyi hər mövsüm açar bil ki, könül deyilən eşqin təcəlla etdiyi diyarda aşiqlər hər zaman bir mövsüm yaşayar. O mövsümün adı Hüsnü Eşqdir orda hər ayın adı Ayrılıqdır.

 

Ruhuma toxunan gözəl, Ruh Yoldaşım...

 

Sevda dənizi, əlbəttə, dalğalı olur; aşiqlərin qəlblərindəki qorxu qayğı sevgilini itirmək olsa da, Rəbbinə söykənən gücünü Ondan alan aşiqləri Yaradanın sevməməsi rizasını onlardan əksik etməsi, aşiqdən əl çəkməsi düşünülə bilərmi heç?

 

Odur Əl-Vəkil olan; Odur ən gözəl olan, lakin yaradılmış olanı sevmədən bir aşiqin Yaradana qovuşması mümkündürmü? Sözündə duran Odur; O vəd etdiyini unutmayan mütləqə yerinə gətirən deyilmi?

 

O zaman qorxu qayğı adlı vəsvəsələrdən Onunla uzaqlaşan aşiq, üzünü Ona döndərər Ona tam olaraq təslim olarsa, sevda dənizindəki dalğalara yeniləcəyi zənn edilən qorxu qayğı adlı qayıqlar möhkəm bir gəmiyə dönər.

 

Onun izniylə vüsala yetişən aşiq mütləq kədər xoşbəxtliyin hökm sürdüyü Məhşər adlı sonsuzluğa çata bilər.

 

Sevgili...

 

Gülşən səninlə gözəl, gülşən səninlə şən. Xoşbəxtlik hüzur səndən yayılan rayihə hər nəfəs alanda mən səni içimə çəkirəm, könlüm içindəki qara nöqtəm.

 

Sənsən varlığıma səbəb, yoxluğuma yol olan və içimdəki gizli diyarı zülmətdən nura qovuşduran. Şükrüm Sənə, minnətim Sənə. Dilimdəki dua və eşqsən, amma unutma sərgüzəştim səninlə addımlayar mütləq olana.

 

Unutma ki, alnımdakı tər, gözümdəki nur və gözəl olan hər yer; səninlə gözəl. Məhşərədək demişdim; sözüm sözdür biləsən, qiyamətə qədər bitməz məndəki sevda; mən səni hər nəfəsdə sətir-sətir yazaram, bil ki, sənsiz mənasını və məramını itirər dünya.

 

Ey Sevgili! Duy səsimi, gör könlümdə alovlandırdığın atəşi və xarı və düşün bundan sonrasını.

 

Ey sonsuzluğum olan sevgili!

Yarım qalmış bir vüsalımsan içimdə.

Gülüşünlə gülşənsən; öpüşünlə məhşər,

Neçə sirlər çözülür bir niçinlə...

Eşqindir mənə qiymət yükləyən dəyər.

Ey zülmətimə günəş kimi doğan sevgili!

Qəlbindəki göy üzündə qanad çırpan bir quşum,

Bil ki, sonsuzluğadır mənim koşum.

Qoxunla bir xoşum; eşqinlə sərxoşum.

Ey sonsuzluğum olan sevgili!

Yarım qalmış bir vüsalsan içimdə...

 

 

Mehmet Nuri PARMAKSIZ

 

 

 

525-ci qəzet.- 2016.- 19 noyabr.- S.16.