“Açıq kitab - “Dədə Qorqud”: açılan həqiqətlər

 

Kamran Əliyevin “Açıq kitab - ”Dədə Qorqud” kitabı əlli məqalənin məcmusudur.

 

“Kitabi-Dədə Qorqud” dastanında olduğu kimi bu kitabı da vahid süjet xətti birləşdirir. “Etnopoetika anlayışı” hissəsində müəllif, etnopoetika  məfhumunu “Dədə Qorqud” dastanından alınan örnəklərlə aydınlaşdırmışdır. “Qoşa misralı şeir”, “Qoşa misradan bəndə keçid”, “Bayatı düşüncəsi”, “Qoşma və gəraylıya doğru”, “At yerişi və şeirin quruluşu” məqalələri türk etnosunda şeirin yaranmasını və onun təkamül ardıcıllığını məntiqi sıralama ilə verilmişdir. Bu məqalələrinin içində “At yerişi və şeirin quruluşu”məqaləsi öz elmi yeniliyi ilə daha çox diqqəti cəlb edir. Belə ki, atın yorğa yerişi şeirdə qoşa misranın yaranmasına, atı dörd nalla çapmaq türk şeirindəki dördlüyün yaranmasına, atın yortmasını türk şeirindəki çarpaz qafiyə sistemi bu ahənglə tam üst-üstə düşür. At təsnifatına əsasən isə həcmcə böyük şeirlərin yaranması göstərilmişdir. Misal üçün müəllif, qoşa misra haqqında çox maraqlı bənzətməni nümunə gətirir və öz fikrini əsaslandırır: “ Qoşa misra təsəvvürün yedək atı-ehtiyat üçün yanında aparılan at yaradır. Yedək atına isə “Dədə Qorqud” eposunda yalnız Dədə Qorqudun şəxsində rast gəlirik”.

 

Kamran Əliyev dastanın niyə məhz nəzmlə yazıldığını, nəzmin sirlərini maraqlı nümunələrlə izah etdikdən sonra birinci boya keçir. Birinci boy isə “Doğuluş və yenidən doğuluş” adlanır. Burada “Dədə Qorqud” dastanındakı boyların düzgün düzülüşü haqqında yaranmış mübahisələr haqqında söhbət açılır. Müəllifə görə dastanın birinci boyu elə “Dirsə xan oğlu Buğac xan” boyudur. Çünki əvvəla Buğacın dünyaya gəlişi böyük nəzir-niyaz hesabına olur və dastanı nəql edən Dədə Qorqud burada  ilk olaraq ona ad qoyur: Buğacın ikinci bir doğuluşu onun ad almasıdır-ad almaqla Buğac sanki yenidən doğulur”.

 

Boydakı hadisələr inkişaf etdikcə biz Buğacın atası tərəfindən xain fitnələrə uyaraq oxlandığının şahidi oluruq. Lakin bu sınaqdan da Buğac salamat çıxır, dağ çiçəyi və ana südü onu ölümdən xilas edir. Bu da Buğacın yenidən doğuluşu olur.

 

Birinci boyun tam qatlarını şərh etdikdən sonra müəlllif dastandakı alliterasiya hadisəsinə, daxili qafiyə sisteminə diqqətimizi yönəldir. Daha sonra Birinci portret “Burla Xatun və Dirsə xanın xanımı” başlığı altında professor eposun qəhrəman qadın obrazlarının səciyyəsinə keçir. Kamran Əliyev ilk olaraq xanımların zahiri görünüşlərinin eposda poetik bir dillə təsvir edilməsindən söhbət açır. O, hətta Dirsə xanın qadını ilə Burla xatının təsvirində verilən ən incə məna fərqini belə önə çıxarır.

 

İkinci portret: “Banıçiçək Selcan xatunadlanır. Burada da gözəllik təsviri müqayisəli şəkildə göstərilir. Burla xatunun statusunun bütün hallarda uca tutulması diqqətdə saxlanılır.

 

Eposda gözəlliyi simvolizə edəngüz almasına bənzər al yanaqlımtəşbehiOğuz eli xanımına aid təsvirin etalon” hesab edildiyini isə tədqiqatçıPortretin əsli (Orijinalı)” başlığında vermişdir. Portret cizgiləriHəyat ölümhissəsində isə oğlu Uruzun ətini yeməyi əmr olunan Burla xatun, Qanturalı ilə vuruşmaq məqamına çatan Selcan xatunun ağır imtahanından söhbət açılır.

 

İç Oğuzun xanımları”, “Dış Oğuzun Banuçiçəyi”, “Trabzon təkurunun qızı sarı donlu qızı”, “Yad qızıDəli Domrulun xanımıbölmələrində isə araşdırmaçı Oğuza gəlin gələn xanımlardan bəhs edir, onların hansı diyarlardan gəldiyinə dair faktları eposdan gətirdiyi nümunə dialoqlar əsasında göstərir.

 

Eposda qeyri səlis məntiq”, “Rəqəmlərin harmoniyası: üç altı”, “Üç altı-Səyrəyin xanımı kimdir?” başlıqları altında isə Kamran Əliyev çox maraqlı məqamlara işıq salmışdır. Alim sübut edir ki, dastanda üç rəqəmi onun əsasında yaranan digər rəqəmlər Oğuzu simvolizə edir. Misal üçün tədqiqatçının əsaslandırdığı nümunələrdən birinə nəzər salaq: “Uruz dustaqlıqdan xilas ediləndəÜç yüz yigit oğuzdan şəhid edildi”. Altı rəqəmi isə düşməni simvolizə edir: “Şökli Məlik aydır: Altı yüz kafər varsun, qoyunı gatürsin”.

 

Kamran Əliyev eposun qəhrəmanlarından Uruza on başlıq həsr etmişdir. Zənnimizcə bu da təsadüfi deyil. Çünki Uruz eposun üç boyunda iştirak etmişdir. Bu başlıqlardaUruzun eposda yeri”, “Uruzun şəcərəsi”, “Varislik statusu”, “Dədə Qorqudun Uruza niyə ad verməməsi”, “Uruzun məğlubiyyəti”, “Uruzun məğlubiyyətinin əvəzi “Can şirinliyibarədə alimin qənaətləri göstərilmişdir. Bundan əlavə Uruzunİgidliyin nişanələrihissəsində  onun bir ovçu kimi şücaətləri nümunə gətirilir. “Dəyişən təfəkkür qəhrəmanlıq: Uruz Seyrəkbəhsində müəllif qəhrəmanların tipoloji baxış nöqtələrindəki eyniyyəti göstərir: “Uruz atası haqqında səhih məlumat alır onun əsl qəhrəmanlığına yol açılır, həmçinin Səyrək əsirlikdə olan qardaşı Əyrək haqqında eşidir onun qəhrəmanlığına şərait yaranır: Uruz atası Qazan xanı xilas edir, eyni zamanda Səyrək qardaşı Əyrəyin xilaskarı olur”.

 

Atalar oğullar”, “Oğulun atanı xilas etməsibaşlıqlarında da Kamran müəllim Uruzun atasını, yaxud da Qazan xanın oğlunu xilas etməsindən, bundan əlavə Buğacın, Basatın öz atasını xilas etməsi kimi qanunauyğunluqlardan söhbət açır.

 

Daha sonra müəllif, Bamsı Beyrək və Dəli Domrul haqqında  bir neçə başlıq vermişdir. “Çayların qurumasın!” bəhsində müəllif, çayların bolluq-bərəkət rəmzi olduğunu və buna görə də onların qurumaması üçün alqışların işlədilməsini fərqli boylardan gətirilən nümunələr əsasında göstərmişdir.

 

Eposda müəllifin ən çox dayandığı obrazlardan biri də “mifik düşmən obrazı” olan Təpəgözdür. Belə ki, professor Təpəgözü yaradılışından ölümünə qədər təhlil edərək onun bir neçə mərhələli məhvini dastan poetikasına uyğun olduğunu göstərmişdir.

 

Aruz Qoca və Dirək təkurun oxşarlığı” bəhsində isə Kamran müəllim çox maraqlı xronologiya yaradır: “Beləliklə təsdiq edilir ki, Aruz qoca ilə Qazan xan arasında ziddiyyət ikinci boydan başlayaraq addım-addım davam etmiş, XII boyda isə özünün ən yüksək səviyyəsinə-zirvə nöqtəsinə çatmışdır”.

 

Sonda onu da qeyd etməliyik ki, kitaba lakonik üslub hakimdir. Başlıqlar bir-birinin davamıdır və hər bir hissə tədqiqatçılar üçün geniş araşdırma aparmağa zəmin yaradır. Kitabda əsas məqsəd eposun əsasən gizli qalmış məqamlarını və ya qanunayğunluqlarını elm aləminə çatdırmaq, maraqlı müqayisələr aparmaqdır.

 

Məlahət BABAYEVA

 

 

525-ci qəzet.- 2016.- 19 noyabr.- S.16.