Bakıda İndoneziya Mədəniyyət Festivalı  

 

 

İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Birinci İndoneziya Mədəniyyət Festivalı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, bu tədbir İndoneziyanın rəngarəng mədəniyyətini əks etdirir. Belə ki, festival çərçivəsində kiçik yarmarka təşkil olunub. Yarmarkada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə çayları, həmçinin kitablar digər çap məhsulları yer alıb. Eyni zamanda, fotosərgi təqdim edilib.

 

Festivalın açılış mərasimində qonaqları salamlayan İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani belə bir tədbiri keçirməkdən şad olduqlarını söyləyib. Bu ilin AzərbaycandaMultikulturalizm ilikimi qeyd olunduğunu vurğulayan səfir bildirib ki, bu festival İndoneziyanın zəngin mədəni irsini, müxtəlifliyini gözəlliyini nümayiş etdirmək üçün əlverişli imkandır. Eyni zamanda, festival mədəniyyət, adət ənənələr baxımından İndoneziya ilə Azərbaycan arasındakı sıx münasibətləri oxşarlıqları da nümayiş etdirir.

 

Azərbaycanın bir çox mühüm tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran səfir bu səbəbdən Bakıda tədbir keçirməyin onlar üçün əhəmiyyətli olduğunu deyib.

 

Diplomat qeyd edib ki, İndoneziya incəsənəti mədəniyyəti, mədəni müxtəlifliyə malik yüzlərlə etnik qrup ətrafında formalaşıb. İndoneziya 13 mindən çox adadan ibarətdir. Bildirib ki, hər bir əyalətin özünəməxsus mədəniyyət ənənələri var.

 

Ölkələrimiz arasındakı münasibətlərinin uzun illər boyu formalaşdığını söyləyən səfir deyib: “Xüsusilə İndoneziyanın ənənəvi döyüş sənəti pençak-silat Azərbaycanda kifayət qədər məşhurdur. Azərbaycanda təxminən 30 pençak-silat məktəbi 5000 şagird qeydə alınıb. Bu tədbirdə, həmçinin siz İndoneziya mədəniyyətinin necə isti qarşılandığının Azərbaycan gəncləri tərəfindən qəbul edildiyinin şahidi olacaqsınız. Belə ki, bugünkü çıxışlar yalnız İndoneziyanın təcrübəli rəqqasları tərəfindən deyil, həm Azərbaycan Dillər Universitetinin İndoneziya Araşdırmalar Mərkəzində təhsil alan tələbələr tərəfindən ifa ediləcək”.

 

Qeyd edilib ki, festivala qatılmaq üçün İndoneziyadan 150 nəfər, o cümlədən incəsənət ifaçıları, adamları, turizm agentlikləri, yerli hökumət ali təhsil məktəblərinin nümayəndələri gəlib.

 

Tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin elan etdiyiMultikulturalizm iliçərçivəsində təşkil edilən İndoneziya Mədəniyyət Festivalı iki ölkə arasında münasibətlərin tarixində ilk dəfə olaraq keçirilir. Bu, əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir.

 

Nazir bildirib ki, son vaxtlar Azərbaycan ilə İndoneziya arasında münasibətlər genişlənməkdədir. Festival dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya ilə ölkəmiz arasında mədəni, siyasi, iqtisadi, turizm təhsil sahələrində əməkdaşlığı möhkəmləndirəcək.

 

Sonra İndoneziyanın milli rəqsləri musiqiləri təqdim olunub.

 

Festival sabah da davam edəcək.

 

 

525-ci qəzet.- 2016.- 22 noyabr.- S.7.