İran yazıçısı Mustafa Məstur Bakıda oxucuları ilə görüşdü

 

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış İran yazıçısı Mustafa Məsturla görüş olub.

 

Görüş çərçivəsində ədibin ATV kanalı "Parlaq İmzalar" Nəşriyyatının ortaq layihəsi üzrə işıq üzü görən "Tanrının ay üzündən öp" romanının imza günü keçirilib.

 

Xatırladaq ki, Ariz Tarverdiyevin tərcüməsində, Seyfəddin Hüseynlinin redaktəsilə nəşr olunan roman bundan əvvəl "Dünya ədəbiyyatı" dərgisində çap edilib.

 

Mədəniyyət Turizm Nazirliyi, ATV Kanalı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi, "Parlaq İmzalar" Nəşriyyatı AMEA Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə keçirilən tədbirdə yazıçı "Qloballaşma dövründə ədəbiyyat" mövzusunda mühazirə oxuyub, həmçinin iştirakçıların suallarını cavablandırıb.

 

Görüşdə Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, “Parlaq İmzalarNəşriyyatının direktoru Nurman TarıqDünya ədəbiyyatıjurnalının baş redaktoru Seyfəddin Hüseynli, şairlər Qismət Rüstəmov, Fərid Hüseyn, tənqidçi Cavanşir Yusifli, oxucular media nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda Mustafa Məsturun yaradıcılığından, Azərbaycan-İran ədəbi-mədəni əlaqələrindən söhbət açılıb.

 

Cavid QƏDİR

525-ci qəzet.-2016.-23 noyabr.-S.7.