Səlim BabullaoğludanVizual poeziyaseansı

 

Noyabrın 21-də "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının inzibati binasında “ATV Qalereya”nın doqquzuncu sərgisinin açılış mərasimi keçirilib.

 

Ölkənin görkəmli elm, mədəniyyət incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ATV-nin Bədii Şurasının sədri, “ATV Qalereyalayihəsinin rəhbəri Etibar Babayev sərgi barədə qonaqları məlumatlandırıb.

 

Çıxış edən şair Səlim Babullaoğlu sərgi barədə fikirlərini bölüşüb: “Bu gün görkəmli fotoqraf İlyas Göçmənin 40 əsərindən ibarət “ATV Qalereyanın növbəti sərgisinə yığışmışıq. Bu vaxta kimi burada bizim bir çox rəssamların sərgisi təşkil olunub. Yaradılan şəraitə görə, ATV telekanalının rəhbərliyinə, Mədəniyyət Turizm Nazirliyinə, eyni zamanda Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatına təşəkkür edirəm. Qeyd edim ki, tədbirin ikinci hissəsi bu gün saat 19:00-da Gənc Tamaşaçılar Teatrında olacaq”.

 

Daha sonra Xalq rəssamı Arif Hüseynov, millət vəkili Fəzail Ağamalı, teleaparıcı, Əməkdar artist Rafiq Həşimov “ATV Qalereyabarəsində fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, türk fotoqrafiya tarixinin məşhur isimləridən biri kimiİstanbulun 100 fotoqrafıensiklopediyasına adı düşmüş İlyas Göçmən 1944-cü ildə Ədirnədə doğulub. Fotoşəklə olan marağı uzun illərə söykənir. Həqiqi mənada fotoşəkillə məşğuliyyət 1980-ci illərdə İFSAK-a üzv olmaqla başlayıb. Bu tarixdən sonra fotoşəklin sənət növü ilə maraqlanan Göçmənin əsərləri ölkədə ölkə xaricində müxtəlif albom kitablarda bəzən tək, bəzən toplu halında yayımlanıb.

 

1984-cü ildə Beynəlxalq Foto Federasiyası (FIAP) tərəfindən “AFIAP” ünvanı ilə təltif edilib. Milli Beynəlxalq yarışlarda 200-ə yaxın mükafat alıb.

 

Məlumat üçün qeyd edək ki, elə həmin gün Gənc Tamaşaçılar TeatrındaVizual poeziyaseansı baş tutub.

 

Tədbirdə şair Səlim Babullaoğlununİlyas Göçmənin şeir dəftəriadlı kitabı təqdim olunub. Fərqli tərzdə düşünülmüş kitaba məşhur türk fotoqraf İlyas Göçmənin fotoları bu fotoların dünyasına işıq salan şairin şeirləri daxil edilib. Şair topluda yer alan 40 şeirdən 12-sini səsləndirib.

 

525-ci qəzet.-2016.-23 noyabr.-S.7.