Parisdəİvon Bottonun arzuladığı həyattəqdim edildi

 

Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının bu təşkilatda daimi nümayəndəliyinin Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Şain Sinarianınİvon Bottonun arzuladığı həyatkitabının təqdimatı keçirilib.

 

Azərbaycanın UNESCO-da daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdəMultikulturalizm ilielan edildiyini diqqətə çatdırıb. A.Kərimov Azərbaycanın əsrlər boyu ayrı-ayrı millətlərin konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma dialoq şəraitində yaşadığı məkan kimi tanındığını vurğulayıb, ölkəmizdə multikulturalizmin həyat tərzi olduğunu bildirib.

 

O, Roma Papası Fransiskin ölkəmizə səfərinin təsadüfi olmadığını vurğulayaraq bildirib ki, “Bakı prosesimədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir. Azərbaycan radikalizm ekstremizmə qətiyyətlə yox deyir, cəmiyyətdə sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş yer verir. Müstəqilliyinin ilk illərindən Azərbaycan Ermənistanın hərbi təcavüzü onun apardığı etnik təmizləmə siyasəti ilə üzləşsə , yenə dialoqun gücünə inanır, müxtəlif din millətlər arasında sülhü təşviq edir.

 

A.Kərimov bildirib ki, tədbirin UNESCO-nun baş qərargahında təşkil edilməsi təsadüfi deyil. Bu təşkilat da sülh, dialoq, qarşılıqlı anlaşma tolerantlığın təşviqinə böyük əhəmiyyət verir.

 

Qeyd olunub ki, Şain Sinarianınİvon Bottonun arzuladığı həyatkitabı fransız İvonun həyatından bəhs edir. İkinci Dünya müharibəsi zamanı azərbaycanlı əsgər Şəmmədi sevən 17 yaşlı İvon Botto öz doğma vətənini tərk edərək mədəniyyət, dil din baxımından tamamilə fərqli bir ölkəyə - Azərbaycana gəlir.

 

Bildirilib ki, dialoq multikulturalizmi təcəssüm etdirən İvon Botto xalqlar mədəniyyətlər arasında insan körpüsüdür. A.Kərimov İvon Bottonun səhhəti ilə bağlı tədbirdə iştirak edə bilməməsinə təəssüfləndiyini bildirib onun ailəsinə qovuşmasında TEAS-ın rolunu yüksək qiymətləndirərək təşkilatın üzvlərinə təşəkkür edib.

 

UNESCO-nun baş direktorunun nümayəndəsi Dendev Badarç çıxış edərəkİvon Bottonon arzuladığı həyatkitabının böyük dəyəri olduğunu vurğulayıb. O, “Mədəniyyətlərarası dialoq qarşılıqlı anlaşmanı təşviq etmək üçün e-öyrənmə mənbələrinin inkişafılayihəsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib. UNESCO-nun əsas tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq IV Beynəlxalq Forumunun 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcəyini bildirib. O, İvon Bottonun həyatına həsr edilmiş bu kitabın mərhəmət, insanlığa inam baxımından hər birimiz üçün ilham mənbəyi olacağını qeyd edib.

 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin direktoru Mari-Letisiya Qurden isə İvon Botto onun ailəsi ilə tanışlığının tarixindən danışıb.

 

Fransa Prezidenti Fransua Ollandın 2014-cü ilin mayında ölkəmizə rəsmi səfəri zamanı İvon Botto ilə görüşdüyü onu iki ölkə arasında dostluğun ən yaxşı nümunəsi kimi qiymətləndirdiyi bildirilib.

 

Sonra Marsel Botto əmisi qızı İvon Bottonun ailəsi və onun gəncliyi haqqında geniş məlumat verib.

 

Tədbir Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist, caz ustası Emil Əfrasiyabın ifasında konsert proqramı ilə davam edib.

 

525-ci qəzet.-2016.-23 noyabr.-S.2.