Milli Kitabxanada misirli qonaqlarla görüş

 

Noyabrın 22-də Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami ElaydiMisirin "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarik-əl-Tahir Hifni Azərbaycan Milli Kitabxanasında olublar.

 

Qonaqlar Milli Kitabxananın direktoru Kərim Tahirovla görüşüblər.

 

Görüşdə iki ölkənin Milli kitabxanaları arasında əlaqələrin daha da genişləndirilməsinin zəruriliyindən danışılıb.

Misir Milli Kitabxanası və İskəndəriyyə kitabxanası ilə əlaqələrdən söz açan direktor hər iki kitabxana ilə qarşılıqlı kitab mübadiləsi aparıldığını deyib, Misir Mədəniyyət Mərkəzi ilə birgə layihələr barədə məlumat verib.

 

Tarik əl-Tahir bütün ərəb dünyasına yayılan, baş redaktoru olduğu "Ədəbiyyat xəbərləri" qəzetindən bəhs edib, Azərbaycan Milli Kitabxanasını əməkdaşlığa dəvət edərək kitabxana haqqında materialları qəzetə göndərməyin faydalarını açıqlayıb.

 

Qonaqları kitabxana ilə tanış edən direktor müavini Ədibə İsmayılova onlara həm də kitabxananın yeni layihəsi olan "Açıq kitabxana"nı göstərərək, bu barədə danışıb. Tarik əl-Tahir "Açıq kitabxana"dakı "Xatirə kitabı"na ürək sözlərini yazıb.

 

Azərbaycan Milli Kitabxanası "Fotoalbom", mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, Bakı haqqında məlumat kitabı, "Azərbaycan xalçaları dünya kolleksiyalarında" və "Azərbaycan mətbəxi" kitabları baş redaktora hədiyyə verilib.

 

525-ci qəzet.-2016.-23 noyabr.-S.7.