Mənəvi sərvətimizə müasir yanaşmanı əks etdirən dəyərli nəşr

Ölkənin ən böyük ən zəngin elm xəzinəsi olan Azərbaycan Milli Kitabxanası hər il çoxlu sayda biblioqrafik metodik vəsaitlər, informasiya göstəriciləri, məlumat nəşrləri hazırlayıb kitabxana ictimaiyyətinə, oxucularına təqdim etməklə onların mütaliəyə marağının artırılmasında iştirak edir öz sahələri üzrə istiqamətlənmələrində, axtarışlarının operativləşdirilməsində mühüm rol oynayır.

 

Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını həyata keçirərək respublika Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün hər il çoxlu sayda metodik vəsaitlər hazırlayır. Bunlara "Avtomatlaşdırılmış Kitabxana Sistemlərində MARC 21 formatının tətbiqi qaydaları (ixtisarla)", "Kitabxanalarda biblioqrafik xidmət: ənənələr innovasiyalar", "Sənədlərin biblioqrafik təsvirində söz sözbirləşmələrinin ixtisarı", "Fiziki qüsurlu şəxslərə kitabxana xidmətinin təşkili" s. misal göstərmək olar. Bu nəşrlərdən biri yaxın günlərdə kitabxananın Xidmət işləri üzrə direktor müavini, Oxuculara xidmət şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva tərəfindən Azərbaycan Milli Kitabxanasının təcrübəsi əsasında hazırlanmış "Açıq Kitabxananın fəaliyyətinin əsas istiqamətləri" adlı metodik vəsaitdir. Redaktoru Milli Kitabxananın direktoru, professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov olan bu vəsaitdə Açıq Kitabxananın əsas fəaliyyət istiqamətləri onun yeni formaları ilə təkmilləşdirilməsi yolları, reklam işinin təşkili barədə müvafiq təkliflər təqdim edilmiş, "Açıq Kitabxana"nın fəaliyyətinə dair təlimat Milli Kitabxananın bu layihə üzrə əldə etdiyi təcrübənin respublikanın digər kitabxanalarında tətbiqi məqsədilə metodik tövsiyələr verilmişdir. Həmçinin, bu istiqamətdə yeni kreativ metodlarının kitabxana xidmətinə tətbiqinə dair tövsiyələr öz əksini tapmışdır. Vəsaitin tərtibində əsas məqsəd bu layihə üzrə əldə edilən təcrübənin digər kitabxanalarda tətbiqinə yardımçı olmaqdır.

 

Qısa müddət ərzində layihənin bir çox insanları özünə cəlb etməsini, passiv oxucularda belə mütaliə həvəsinin artmasına səbəb olmasını nəzərə alaraq, onun daha da təkmilləşdirilməsi Milli Kitabxananın bu layihə üzrə əldə etdiyi təcrübənin digər kitabxanalarda tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyinin Kollegiyası 14 oktyabr 2016-cı il tarixli 7/1 nömrəli qərar qəbul etmişdir. Bu metodik vəsait məhz bu qərara müvafiq olaraq ondan irəli gələn vəzifələrin icrası məqsədilə hazırlanaraq kitabxanaçılara təqdim olunmuşdur. Vəsaitdə əvvəlcə həmin qərar verilib qərarda qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi tərəfindən mütaliənin əhəmiyyətini onun insan həyatındakı mühüm rolunu nəzərə alaraq bu istiqamətdə həyata keçirilən tədbirlərin sistematik daha effektiv olması üçün mütaliənin təbliğini özündə əks etdirən sosial layihələrin ("Kitab bayramları", "Nağıl otaqları", "Səyyar kitabxana", "Mütaliə həftələri", "Yay məktəbləri" "Açıq kitabxana") respublika üzrə reallaşdırılması üçün bir neçə tədbirlər planı hazırlanmışdır. Bunlardan biri bu ilin 15 iyul tarixində paytaxt sakinləri şəhərimizin qonaqları üçün daha təkmil, fasiləsiz sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında Milli Kitabxananın nəzdində həftənin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən şəhər sakinlərinin, bütün vətəndaşların, turistlərin sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan "Açıq kitabxana" yaradılmışdır. "Açıq kitabxana"da "Uşaq guşəsi", "Dövri mətbuat bölməsi" "Milli musiqi guşəsi" oxucuların istifadəsinə verilmişdir. Eyni zamanda bu kitabxanada oxucular tərəfındən ən çox bəyənilən müraciət olunan "Mən oxudum, sən oxu" devizi altında "Kitabı kitaba dəyişmə" guşəsi fəaliyyət göstərir. Bu xidmət vasitəsilə hər bir vətəndaş mütaliə etdiyi öz kitabını guşəyə təhvil verməklə oxumadığı yeni bir kitab əldə edə bilir. Beləliklə, hər bir kəs mütaliə etdiyi oxuduğu kitabların başqa şəxslər tərəfindən mütaliə olunmasına şərait yaradır. Nəticədə insanlar həm təmənnasız olaraq yeni kitablar götürüb oxumaq sonra gətirib yenisi ilə dəyişmək imkanı qazanırlar, həm daha çox oxunan kitabları müəyyən edə bilirlər.

 

Vəsaitdə Açıq Kitabxananın fəaliyyətinə dair Təlimat tərtib edilmişdir. Təlimat 4 bölmədən ibarətdir: 1. Ümumi müddəalar; 2. Əsas vəzifələr; 3. İşin məzmunu; 4. İşin təşkili idarə edilməsi.

 

Təlimatın "Ümumi müddəalar" bölməsində Açıq Kitabxana bütün vətəndaşlar üçün açıq olan mədəniyyət və informasiya müəssisəsi, asudə vaxtın səmərəli təşkili mərkəzi kimi qeyd edilmiş bu tip kitabxananın kənd kitabxana filiallarının nəzdində guşələr və səyyar məntəqələr kimi də yaradıla bilməsi, fəaliyyətinin əsasını kitabxana üçün əsas olan vəzifələr - informasiya, təhsil, mədəniyyət, asudə vaxtın təşkili və mütaliə mədəniyyətinin formalaşması, kompüter texnologiyalarından və elektron resurslardan onlayn istifadə funksiyaları və regional prinsiplər təşkil etməsi, MKS-də Mərkəzi Kitabxananın Xidmət şöbəsinin nəzdində bölmə kimi fəaliyyət göstərməsi, ərazidə mövcud olan mədəniyyət, təhsil, informasiya müəssisələri və digər dövlət orqanları ilə yaxından əməkdaşlıq etməsi, fəaliyyətinə nəzarətin rayon (şəhər) MKS-nin Mərkəzi Kitabxanası tərəfindən həyata keçirilməsi ayrı-ayrı bəndlər şəklində verilmişdir.

 

Təlimatın II - "Əsas vəzifələr" adlı bölməsində Açıq Kitabxananın aşağıdakı vəzifələri qeyd edilir: 1. Əhaliyə kitabxana-informasiya xidmətinin, asudə vaxtın səmərəli təşkili və əhalinin mədəni-intellektual istirahətinin təmin edilməsi, aktiv mütaliə mədəniyyətinin formalaşdırılmasına köməklik (müxtəlif informasiya daşıyıcılarından ibarət olan fondunun oxucuların sərbəst istifadəsinə təqdim etməsi; oxucuların (istifadəçilərin) informasiya resurslarına və İnternetə, onlaynlokal şəbəkə resurslarına girişinin təmin edilməsi; innovativelektron xidmət növlərindən istifadə edilməsi; oxucular tərəfindən "kitabı kitaba dəyişmə" prinsipi ilə mütaliə etdikləri kitabları yeni kitabla dəyişmək imkanı). 2. Açıq Kitabxana Azərbaycançılığın, dövlətçiliyin, ümummilli lider Heydər Əliyev irsinin; Milli və mədəni-tarixi ənənələrin təbliğinin, əhalinin şifahi xalq yaradıcılığı, mədəni irs və mədəniyyət sərvətlərindən istifadəsini, vətəndaşların milli-mənəvi, vətənpərvərlik ruhunda, ekoloji, etikestetik tərbiyəsini; sağlam həyat tərzinin, mədəni-intellektual istirahət və əhalidə mütaliə vərdişlərinin formalaşdırılmasının təmin edilməsi üzrə kütləvi tədbirlərin; əhalinin müxtəlif məzmunlu millidünya ədəbiyyatı nümunələrinə olan tələbatının operativ, hərtərəfli və dolğun təmin edilməsini həyata keçirir. 3. Açıq Kitabxana kitab təbliği və mütaliə vərdişlərinin formalaşması ilə bağlı mədəni-kütləvi tədbirləri (imzalı görüşlər, kitab təqdimatları, ədəbi-musiqili axşamlar, kitab mütaliəsi ilə bağlı kütləvi aksiyalar, flaşmoblars.) həyata keçirir. 4. Açıq Kitabxana ödənişsiz xidmət növləri ilə yanaşı, əlavə pullu xidmətlər də (ölkə daxilində və xaricdən kitab sifarişi, kitab satışı, surətçıxarma və s.) təqdim edir. Pullu xidmətlərin siyahısı müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş "Pullu xidmətlər haqqında əsasnamə"də öz əksini tapır. 5. Şair və yazıçıların ədəbi yaradıcılığına dəstək vermək üçün onların kitablarının satışı məqsədilə Açıq Kitabxanada "Kitab satışı mərkəzi" fəaliyyət göstərə bilər.

 

"İşin məzmunu" adlı III bölmədə qeyd edilir ki, Açıq Kitabxana müxtəlif qrup oxuculara (istifadəçilərə) - uşaqlara, gənclərə, yaşlılara, fiziki qüsurlulara, əlillərə və b. kitab və digər informasiya resursları ilə xidmətin təşkili; Oxucu (istifadəçi) kontingentinin günbəgün artmaqda olan maraq və tələbatlarının sistemli öyrənilməsi; Oxucularla : əhalinin açıq kitabxanadan istifadəyə cəlb edilməsi və kütləvi tədbirlərdə iştirakının təmin edilməsi; oxucu sorğularının həm Açıq Kitabxananın fondu, həm onlayn resurslar, həm də onlayn kitab sifarişi sistemi vasitəsilə ödənilməsi; maraqlar üzrə oxucu qruplarının formalaşması və onlara fərqli xidmətin təşkili, uşaqların mütaliə vərdişlərinə yiyələnməsinə kömək məqsədilə ailələrlə, valideynlərlə əməkdaşlıq; oxucuların kitabxanadan sərbəst istifadəsi üçün əlverişli və rahat şəraitin təmin edilməsi; sürətli və fasiləsiz İnternet, Wi-Fi zonaların yaradılması, Mərkəzi Kitabxananın elektron kataloqelektron kitabxanadan istifadənin təşkili; oxucularda mütaliə marağının doğru istiqamətlənməsi və mütaliə mədəniyyətinin formalaşması; əhalidə mütaliə marağının aktivləşdirilməsi məqsədilə müxtəlif aksiyaların keçirilməsi; əhaliyə pullu xidmətin təşkili; Açıq Kitabxana, onun fəaliyyəti, burada həyata keçirilən layihələr barədə informasiyanın KİV, kitabxananın saytı, sosial şəbəkələr vasitəsilə təqdim edilməsi; Oxuculara xidmət üzrə işin - sənədlərin qeydiyyatı, istifadəsi (kitab verilişi) və dövriyyəsi göstəricilərinin təhlili və planlaşdırılması. Açıq Kitabxananın reklam və nəşriyyat fəaliyyətinin təmin edilməsi; Açıq Kitabxananın fondu ilə : kitab fondunun daim yenidaha çox oxunan nəşrlərlə komplektləşdirilməsi; bir çox dövri nəşrlərə abunə yazılışının həyata keçirilməsi; Açıq Kitabxana əhalinin asudə vaxtını səmərəli təşkil edir: diyarşünaslıq haqqında oxular, virtual ekskursiya, informasiya masası hazırlayır, müxtəlif üsullarından istifadə edərək öz diyarının (ölkə, rayon, kənd) tarixini yaxından öyrənməyə köməklik edir; kitabxanada müxtəlif maraq klubları: "Vətənimizi (rayon, şəhər, qəsəbə və s.) tanıyaq", "Gənc diyarşünas" diyarşünaslıq klubu, "Gəlin birlikdə oxuyaq", "Oxudun, danış" maraq klubu təşkil edir; yay aylarında uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə yardım edir; müxtəlif maarifləndirici tədbirlər, şair və yazıçılarla, görkəmli elm və mədəniyyət xadimləri ilə görüşlər, yeni kitabların təqdimatlarını təşkil edir; Respublika (şəhər, rayon) əhəmiyyətli layihə və proqramlar üzrə işləri həyata keçirir, sosial-mədəni aksiyalarda iştirak edir ("Hər qapıya kitab ataq", "Hər evin öz kitabı", "Mən oxudum, sən də oxu"); Beynəlxalq və yerli kitab sifarişini həyata keçirir.

 

"İşin təşkili və idarə edilməsi" adlı sonuncu, IV bölmədə isə Açıq Kitabxananın fəaliyyət istiqamətlərinin MKS-in nizamnaməsi və əsasnaməsi ilə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının 14 oktyabr 2016-cı il tarixli 7/1 nömrəli qərarı ilə, digər müvafiq normativ-hüquqi aktlarla, Mədəniyyət və Turizm şöbəsinin və MKS direktorunun müvafiq əmrləri ilə müəyyən edildiyi vurğulanır, Açıq Kitabxananın işinə rəhbərliyin MKS direktorunun əmri ilə işə təyin edilən və azad edilən bölmə müdiri tərəfindən həyata keçirildiyi; Açıq Kitabxananın əməkdaşlarının MKS direktoru tərəfindən işə qəbul edildiyi; Açıq Kitabxananın öz fəaliyyəti barədə aylıq və illik mətn və statistik hesabatlar hazırlaması; Açıq Kitabxananın hər bir işçisinin yerinə yetirdiyi vəzifələrin əmək müqaviləsi və MKS işçilərinin vəzifə təlimatı ilə müəyyən edildiyi; Açıq Kitabxanaların bir qayda olaraq, həftənin bütün günləri (istirahət və bayram günləri də daxil olmaqla) fasiləsiz fəaliyyət göstərdikləri; Açıq Kitabxanalarda (guşələrdə) ehtiyac olduqda uşaq guşəsi, dövri mətbuat və musiqi guşələrinin də təşkil oluna bilməsi; Açıq Kitabxananın rejiminin kütləvi kitabxanalardan istifadə qaydaları və daxili intizam qaydaları ilə müəyyən edildiyi və MKS direktoru tərəfindən təsdiq edildiyi qeyd edilir.

 

Vəsaitin sonunda isə Açıq Kitabxananın fəaliyyətinin əsas istiqamətləri (Azərbaycan Milli Kitabxanasının təcrübəsi əsasında) rəngli fotoşəkillər əsasında geniş izah edilmişdir. Burada "Uşaq guşəsi", "Dövri mətbuat bölməsi" və "Milli musiqi guşəsi", "Rəy və təkliflər kitabı" (kitabda təkcə şəhərimizin sakinlərinin deyil, Bakıya gələn çoxlu sayda xarici qonaqların və turistlərin də müsbət rəyləri öz əksini tapmışdır) haqqında məlumat verilmişdir. Həmçinin müəlliflər bir sıra qeyri-ənənəvi kreativ metodlaratexnologiyalara əsaslanan tədbirlərin təşkilini tövsiyə etmişlər. Bunlara valideynlərin, müəllimlərin, uşaqların, gənclərin mütaliəyə cəlb edilməsi, gənclərin hüquqi maarifləndirilməsi, ailə qiraəti, unudulmuş kitabların mütaliəsi, kitabxanalara yeni kitabların alınması və s. ilə əlaqədar "Gəlin Kitab Oxuyaq", "Evlərə kitab ataq" adı ilə təşkil edilə biləcək kütləvi aksiyalar, əhali və geniş ictimaiyyət arasında kitabın təbliği, mütaliə mədəniyyətini formalaşdırmaq və açıq kitabxanaya potensial oxucu cəlb etmək məqsədilə təşkil edilə biləcək "Kitab qiraəti günləri", şagirdləri mütaliəyə sövq edən, bədii yaradıcılığa meylli uşaqları ruhlandıran, gənclərə isə uğur əldə etmək üçün motivasiya verə biləcək yaradıcı adamlarla görüşlərin, kiçikyaşlı oxucuların təşəbbüskarlığına stimul verən və onlara öz yaradıcılığını inkişaf etdirmək imkanı yaradan müxtəlif mövzularda təşkil oluna biləcək ("Oxudun, danış") müsabiqələr, oxunmuş əsərlərin müzakirəsinin təşkili formaları ("Oxudun rəy yaz", "Oxudun, rəsm çək", "buktreyler") haqqında məlumat verilmişdir. İndiyə kimi Açıq Kitabxanada həyata keçirilmiş işlər, imza mərasimi haqqında məlumat verilmişdir.

 

Yaxın günlərdə maraqlı layihələrin, ədəbi-musiqili axşamların keçiriləcəyi, həmçinin Azərbaycan Milli Kitabxanasının Elektron kataloqundan, Elektron kitabxanasından, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"ndan və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlıqlarının quraşdırılması, internet şəbəkəsi ilə təminatının da planlaşdırıldığı vurğulanmışdır.

 

Aygün HACIYEVA

Azərbaycan Milli Kitabxanası Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsinin müdiri

525-ci qəzet.- 2016.- 29 noyabr.- S.6.