“Çırpınıb əlindən çıxdım balıq tək”

 

(Rəşad Məcid)

 

Rəşad, nə tez düşdün əldən,

Qaçırsan bir zərif güldən.

Gözü yaşlı gələn seldən

Balıq qaçmaz, sən qaçırsan.

 

Danışanda od saçırsan!

Könlü açarsız açırsan!

Balıqsan, sudan qaçırsan,

Mən qaçmıram, sən qaçırsan?

 

Həsəd apardım yaşına,

Şuxluğuna, tay-tuşuna,

Ay sağ əlin başıma,

Sən saçında dən qaçırsan?

 

30.09.2016

 

Şikayət eylə

 

- Bu qədər pul vermişəm,

Həkim, xəstəm ölübdü.

Bu haqsızlıqdı belə,

Allahsızlıqdı belə

- Görürsən çalışıram.

Ölüb - bəlkə ayıldı,

Hə, pulu mən almışam!

Can alan Əzrayıldı,

Ondan şikayət eylə.

 

Mənölümlər

 

Hanı qiymətli çağın, ay mənölümlər,

İndi gəlmir sorağın, ay mənölümlər.

Mənölümləayı mən göydə qapardım,

Onu bir kündə kimi saca yapardım.

İndi gəlmir sorağın, ay mənölümlər

Hanı qiymətli çağın, ay mənölümlər.

Quruyub dil-dodağım, ay mənölümlər

Bağlanıb əl-ayağım, ay mənölümlər.

 

lll

 

Dedim şoferə: - Tez sür,

Məni çatdır yarıma,

Çatım arzularıma!

Şofer əyləci basdı:

- Yaman yerdə salmısan

yarı yadıma, qardaş,

burdan geri dönürəm

yarın yanına birbaş!

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.12.