“Vətən həsrətli şair” - Söhrab Tahir anılıb

 

 

Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycanın Xalq şairi, nasir, publisist Söhrab Tahirin 90 illik yubileyinə həsr olunmuşVətən həsrətli şairadlı tədbir təşkil olunub.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsinin əməkdaşı Sücayət Piriyeva, Xalq şairi Sabir Rüstəmxanlı, şair, tədqiqatçı Qardaşxan Əzizxanlı, “Azərbaycan Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətinin baş redaktoru, şair Tahir Talıblı, “Azərbaycanqəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu, şairin qızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəsibə Tahir Anadil başqaları iştirak ediblər.

 

Tədbir Söhrab Tahirin həyat yaradıcılığını əks etdirən videoslaydların nümayişi ilə başlanıb. Sonra tədbir iştirakçıları şairin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Bildirilib ki, Söhrab Tahir 1962-1966-cı illərdə Azərbaycan Demokrat Firqəsinin Bakı komitəsində birinci katib, “Azərbaycanqəzeti jurnalı redaksiyalarında bədii şöbə müdiri, “Səhərədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildənAzərbaycanjurnalında redaktor olub. 1991-ci ildə bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azərmedalı digər medallarla, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

 

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iləŞöhrətordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı bu qurumun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-Tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

 

Tədbirdə kitabxana oxucuları şairinVətən”, “Azərbaycanım”, “Sular rəssamı digər şeirlərini səsləndiriblər.

 

Sonda şairin qızı Nəsibə Tahir Anadil atasının xatirəsinə göstərilən hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.13.