İsveçrə mətbuatı Azərbaycan musiqiçisindən yazdı

 

 

İsveçrənin gündəlikTagesanzeigerqəzetində tanınmış Azərbaycan caz pianoçusu bəstəkarı Şahin Növrəslinin oktyabrın 4-dən 8-dək Bern şəhərində keçiriləcək konsertləri ilə bağlı məqalə dərc olunub.

 

“1001 gecədən cazadlı məqalədə Bernin məşhur “Marians Jazzroomklubunda keçiriləcək konsert Şahin Növrəslinin yaradıcılığı haqqında məlumatlar yer alır.

 

Məqalədə caz musiqisi öz vətəninin folklor irsini müasir ifa tərzində bir araya gətirən Ş.Növrəslinin klassik musiqidən caz aləminə gəlişindən bəhs olunur. Qeyd edilir ki, klassik musiqi janrında bəstələnən əsərlərdəki ideyalara yeni ruh verən sənətçi caz janrında öz üslubunu gerçəkləşdirməyə çalışır. Caz janrında olduğu kimi, ənənəvi muğam musiqisi öz ahəngdarlığı melodik xüsusiyyətləri ilə zəngin improvizasiyalar üçün geniş meydan açır.

 

Virtuoz sənətçi Vaqif Mustafazadənin özünə ustad hesab edən Ş.Növrəsli məqalədə bildirib ki, caz musiqisi müxtəlif musiqi stillərinin sintezi üçün geniş imkanlar açır və bu imkan ifa zamanı onu xəyalən naməlum məkanlara aparır.

 

525-ci qəzet.- 2016.- 1 oktyabr.- S.13.