Minskdə "Nar bayramı" - Azərbaycan Mədəniyyəti Günü

 

 

Oktyabrın 1-də Minskin Yuxarı şəhər ərazisində "Nar bayramı" adlı Azərbaycan Mədəniyyəti Günü keçirilib.

 

AZƏRTAC "Minsk-Novosti" agentliyinə istinadla xəbər verir ki, Minsk sakinlərini şəhərin qonaqlarını Azərbaycan parlamentinin deputatları, ölkəmizin Belarusdakı səfirliyinin əməkdaşları, Minsk Şəhər İcraiyyə Komitəsinin İdeoloji İş, Mədəniyyət Gənclərin İşləri üzrə Baş İdarəsi rəisinin birinci müavini, "Belarusun Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyinin sədri, Belarusun Əməkdar idman ustası Natiq Bağırov başqa rəsmi şəxslər salamlayıblar.

 

Tədbirə qatılanları ənənəvi Azərbaycan nemətlərinin - min bir dərdin dərmanı nar şirəsinə, paxlavaya qoz, qızılgül, zoğal, heyva, ərik mürəbbələri ilə ətirli çaya qonaq ediblər. Qonaqlar kababın ətirli plovun dadına baxıblar.

 

Bayramın təşkilatçıları zəngin proqram hazırlayıblar. Qonaqlar maraqlı idman yarışına - Azərbaycanın milli idman növü olan güləş üzrə nümunəvi çıxışlara tamaşa ediblər, nərd oyunu milli rəqslər üzrə ustad dərslərinin iştirakçısı olublar.

 

Minsk bələdiyyəsinin divarları qarşısında satış sərgisi açılıb. Qonaqlara xalça qədim qab-qacaq ekspozisiyası təqdim edilib.

 

"Nar bayramı"nda Azərbaycan incəsənətini "Sarı gəlin" "Qafqaz əfsanələri" rəqs kollektivləri təqdim ediblər. Gənc, amma yetərincə tanınmış ifaçılar - Günəş Abbasova, Şir, Saşa Kazımova, Ruslan Aslanov, habelə Hollandiyadan gəlmiş xüsusi qonaq, müğənni bəstəkar Elcan Rzayev çıxış ediblər.

 

Bayramı Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə Minsk Şəhər İcraiyyə Komitəsi, "Belarusun Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyi, Respublika Milli Mədəniyyətlər Mərkəzi təşkil ediblər.

 

525-ci qəzet.- 2016.- 4 oktyabr.- S.7.