Şövkət Zərin Horovlunun üçcildliyi təqdim edildi

 

 

Oktyabrın 21-də Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda şair, yazıçı-publisist Şövkət ZərininSeçilmiş əsərləriüçcildliyinin imza günü keçirilib.

 

Tədbiri AYB katibi Rəşad Məcid açaraq Ş. Zərinin ədəbi fəaliyyət yolundan, yaradıcılığının xüsusiyyətlərindən danışıb:

 

Şövkət xanımın həm şeirləri, həm nəsr əsərləri oxucular tərəfindən daima maraqla qarşılanıb, sevilib. Müxtəlif mövzularda yazsa da, Qarabağ mövzusu Şövkət Zərin yaradıcılığının ana xəttini təşkil edir”.

 

Tədbirin aparıcısı olan yazıçı Elçin Hüseynbəyli müəllifin müharibə mövzusunda yazdığı əsərlərinə diqqət yönəldib: “Şövkət xanım ermənilərin xislətini çox yaxşı bildiyindən erməni riyakarlığı satqınlığını, Azərbaycana qarşı amansız cinayətkarlığı onların arxasında duran qüvvələrin üzünü, əməllərini bütün çılpaqlığı ilə göstərə bilib. Təbii ki, bunu aydın bədii elementlərlə bizə təqdim edib”.

 

Tənqidçi Əsəd Cahangir deyib ki, Şövkət Zərin təkcə yaradıcılığına görə yox, həm xarakterinə görə sevilir: “O, mübariz, vətənpərvər, cəsarətli bir qadındır. Bu möhkəm xarakterin formalaşmasında ilk növbədə keçdiyi çox mürəkkəb həyat yolu rol oynayır. Yaşadığı çətinliklər, əzab-əziyyət onun müdrikləşməsinə yol açıb. Yazıçı qələmini həmin o keşməkeşlər cilalayıb. Müharibə dövrünün çətinlikləri bəzilərinin qəlbində qaranlıq, zülmət yaradır, güclü iradəli adamların qəlbində isə işıq yandırır. Şövkət xanım ikincilərin sırasındadır. Şövkət Zərinin həyatında üç böyük hadisə vardır ki, yaradıcılığında da öz əksini tapıb. Bunlar Böyük Vətən, Əfqanıstan Qarabağ müharibələridir. Ümumiyyətlə, vətən sevgisi Şövkət Zərin yaradıcılığının məhək daşıdır”.

 

Yazıçı Ənvər Əhməd çıxışında bildirib: “Şövkət Zərin həm dərdkeş, həm ana, həm yazıçıdır. Bir qadının bu qədər böyük faciələri yaşayıb-duyması, onları ədəbiyyata çevirməsi, həqiqətən, heyrətamizdir. Onun əsərləri ağrılardan, acılardan yaranıb. Bu mənada, Şövkət xanım çox dəyərli əvəzolunmaz yazıçıdır”.

 

Şairlər Əli Rza Xələfli, Oqtay Rza, Adil Cəmil, keçmiş döyüşçü Vaqif Məhərrəmov başqaları çıxış edərək yazıçının əsərlərindən, onların əsas mövzuları əhəmiyyətindən söhbət açıblar.

 

Sonda Şövkət Zərin söz alaraq tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirib.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.13.