Ağstafaya gəlmək həmişə xoşdur

 

 

 

 

Bu yay Ağstafaya getmişdim, Qazaxıstan səfərindən təzəcə qayıtdığım vaxtlarıydı. Mənim Qazaxıstan çöllərinə qədər bağlı olduğumu çoxları bilir. Qazax havasını hiss elədim Ağstafada.

 

Bizim Azərbaycanın da öz Qazağı var Ağstafa tarixi Qazağın bir hissəsidir. Qazağın Qazaxıstanla bağlılığı barədə istər Azərbaycanda, istərsə Qazaxıstanda xeyli yazılar yazılıb. Mənim üçünsə bunun elə bir fərqi yoxdur - türklərin hamısının bir ata vətəni var türklər Yer planetinin müxtəlif yerlərində özlərinə Vətən qurublar. Bunlardan biri Ağstafadır. Bu yerin etimologiyası barədə müxtəlif söz-söhbətlər gəzir, -  kimi  buraoğuz təpəsideyir, kimioğuz tayfasıdeyir, kimiOksdeyir, bunun fərqi yoxdur. Bu gün Ağstafa Azərbaycan Respublikasında oğuzların yaşadığı bir bölgədir. İndi burada yaşayan oğuzlar azərbaycanlılar adlanır. Ola bilsin ki, onların qanında qıpçaq qanı da var, amma bu fərq eləməz. Bu gün dünya bizi azərbaycanlı kimi tanıyır biz türk mədəniyyətinin daşıyıcısıyıq, bu torpaqdakı digər xalqların mədəniyyəti bizə qarışıb. Bu mənim düşüncələrimdi mən bunları Ağstafada düşünürəm, tarixi Qazağın bir guşəsində. Belə götürəndə bu yer mənim üçün doğma yerdir. Mən Tovuzda doğulsam da, uşaqlıqdan Ağstafaya bağlı olmuşam. Ana babam Omar orada yaşayırdı biz Ağstafaya tez-tez gedib gəlirdik. Onda Ağstafa bir küçədən ibarət stansiya idi, amma çox gözəl bir parkı vardı. Uşaqlıq yaddaşımda da Ağstafadan iki şey qalıb - dəmiryol vağzalı park (əlbəttə, babamın evindən sonra).

 

İndi Ağstafa çox dəyişib. Xüsusən son illərdə burada xeyli tikinti işləri gedib. Qardaşım bir müddət burada rəhbər vəzifədə çalışdığından, vaxtaşırı Ağstafaya səfərlər etmişəm bu tikililərin inşası gözlərim önündə baş verib. Əlbəttə, indi Azərbaycanda gözəl tikililərlə heç kimi heyrətləndirə bilməzsən. Bu proses ölkənin hər yerində gedir, hər gün haradasa nəsə tikirlər. Ancaq mən tikildiyi ərazinin spesifikasına uyğun inşa edilən binaları daha çox dəyərləndirirəm. Memarlıq da sənətin bir növüdür burada təxəyyülsüz keçinmək olmaz. Təəssüf ki, məmurlarımızın müəyyən hissəsi təxəyyül sferasına çox az müraciət edirlər. Tikilən binaların əksəriyyəti bir-birinə bənzəyir, onlarda milli kolorit, milli ornament azlıq edir. İndiki turizm əsrində isə bu çox mühüm xüsusiyyətdir. Millilik turistləri daha çox cəlb edir, onlar bir yerə səfər edəndə öz ölkələrində görmədiklərini görmək istəyirlər. Hər ərazinin, hər bölgənin öz tarixinə uyğun spesifik binaları olur. Məsələn, son dövrlərdə Ağstafada  Şairlər eviadlı bir bina tikilib bu ideyanın özü çox maraqlıdır. Öncə dediyim kimi Ağstafa tarixi Qazağın bir hissədir, Qazax məfhumu isə həmişə insanların beynindəşairlər yurduassosiasiyası yaradıb. Heç bilmirəm, Azərbaycanın başqa bölgəsindəŞairlər evitikmək kiminsə ağlına gəlibmi? Hər halda mən rast gəlməmişəm. Sumqayıtda Əli Kərim adınaPoeziya evivar, (maraqlıdır, oranın rəhbəri əslən Qazaxdan olan şair İbrahim İlyaslıdır) amma bu o deyil. Ağstafadakı  bina təməlindən şairlərin adına tikilib buna görə icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə təşəkkür düşür. Onun rəhbər olduğu dövrdə çox işlər görülüb Şairlər evi onlardan biridir. Ədəbi aləmdə mənim görüşdüyüm adamların hamısıŞairlər evinin tikilməsinə çox yüksək qiymət verirlər. Mən bunu rayon rəhbərliyinin çox gözəl işi kimi dəyərləndirirəm. Əlbəttə, binanın olması çox gözəldir, ancaq yaxşı olardı ki, yerli hakimiyyət Bakıdakı aidiyyatı təşkilatlarla birgə, burada miqyaslı poeziya festivalları keçirəydi. Azərbaycanın, türk dünyasının müxtəlif yerlərindən şairlər dəvət ediləydi, bax onda bu olardı hadisə... Mən dünyanın müxtəlif ölkələrində poeziya festivallarında olmuşam bu tədbirlərin həmin xalqların mədəniyyətlərinin təbliğində qədər əhəmiyyətli rol oynadığını yaxşı bilirəm.

 

Ölkəmizin bütün rayon mərkəzlərində olduğu kimi, Ağstafada da Heydər Əliyev Muzey Mərkəzi inşa edilib. Belə Mərkəzlərin yaradılmasında məqsəd gənc nəsli Ümummilli lider Heydər Əliyev irsi ilə, bizim dövlətçilik ənənələrimizlə tanış etməkdir. Təəssüf ki, mənim ziyarət etdiyim Mərkəzlərin çoxunun qapısının yalnız tədbirdən-tədbirə açıldığının şahidi olmuşam. Mən Ağstafada olanda oradakı Heydər Əliyev Muzey Mərkəzini ziyarət etdim. 4 mərtəbədən ibarət bu bina ziyarətçilərin üzünə həmişə açıqdır. 2015-ci ilin dekabr ayından binada aparılan yenidənqurma əsaslı təmir işlərindən sonra burada yeni yaradıcılıq studiyaları tədris-resurs mərkəzləri fəaliyyət göstərir. Yenidənqurma işləri aparıldıqdan sonra Mərkəzin birinci mərtəbəsində nikah zalı, memarlıq, incəsənət reklam studiyası, xalçaçılıq studiyası, moda studiyası  Akkordtikiş fabrikinin sərgi zalı yaradılmışdır.  Foyedə Ulu öndərin barelyefi vurulmuş, barelyefin kənarında Ulu öndərin cənab Prezidentin bölgəyə səfərlərini əks etdirən stend tərtib edilmişdir. Mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotolardan ibarət ekspozisiya zalı var. Aparılan yenidənqurma işləri sayəsində burada  ekoturizm mərkəzi,  tədris hazırlıq mərkəzi, ideya-resurs mərkəzi, distanat təhsil mərkəzi rəqs studiyası, rəsm qalereyası uşaq yaradıcılıq studiyası, xarici dil kursu üçün şərait yaradılmışdır. Ən əsası odur ki, mən buradakı kurslarda çalışan uşaqları öz gözlərimlə gördüm, onlar böyük həvəslə buraya nəsə öyrənməyə gəlmişdilər, kimisi kompyuter öyrənirdi, kimi xarici dil. Heydər Əliyev mərkəzlərinin yaradılmasında məqsəd də elə budur. Məncə, hər yerdə mərkəzlərin qapısı Ağstafada olduğu kimi gəncliyin üzünə açıq olmalıdır, çünki onlar gənc istedadların öz imkanlarını reallaşdırması üçün yaradılan bir ocaqdır. Mərkəzin binası da çox gözəldir, orijinal üslubu var və Bakı-Tbilisi magistralının kənarında inşa edilib.

 

Ümumən, son illərdə Ağstafada çoxlu gözəl işlər görülüb. Görüşdüyüm adamlar bu işlərdə icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin fəaliyyətini xüsusi qeyd edirlər. Son dövrlərdə burada “Mədəniyyət mərkəzi”, “Musiqi mərkəzi”, mebel fabriki binaları inşa edilib. Əyalətdə bunların yaradılması çox gözəldir,  amma çəkilən yollar xüsusən xoşuma gəlir. Yadıma 6-7 il öncə Vaqif Səmədoğlu ilə Qarayazı meşəsinə etdiyimiz səfər düşür. Onda Vaqif Səmədoğlu yazıçı Elçin Hüseynbəyliyə və mənə Qarayazı meşəsinin füsunkarlığını tamsındırmaq istəyirdi  və “sizə meşədə, Kürün qırağında süfrə açacam” - demişdi. Öncə o bizə Ağstafa və Qarayazı meşəsi barədə müxtəlif xatirələr danışmışdı. Atasından, Ağstafada raykom katibi işləmiş əmisi Mehdixan Vəkilovdan əhvalatlar danışan şair, Qarayazı meşəsinin onun uşaqlıq xatirələrində yaşayan zəngin heyvanat aləmindən də söhbətlər edirdi. Atasının bu meşədə ov etməyi sevdiyini söyləyirdi. Əlbəttə, indi onun danışdığı həmin əzəmətli meşə  yoxdu, həmçinin o heyvanat aləmi də. Onlar Vaqif Səmədoğlunun xatirələrində qalıb və o əbəs yerə bizə o meşəni göstərmirdi, onun barəsində danışmırdı. O xatirələrinin yaşamasını istəyirdi və buna görə bizə, nisbətən gənc yazarlara Qarayazı meşəsinin havasını tamsındırırdı. Kim bilir, neçə nəslin tarixi yatır bu meşədə. Tarix yalnız tikilən binalar deyil, tarix həm də Qarayazı meşəsidir və burada Səməd Vurğunun “sevdalı qəlbi kimi ayaqlarından asılan “anadil” adlı bir quş yaşayır. Mən bu quşun səhər nəğməsini varaqlara köçürməliyəm və mən bunu onda orda, meşədə, Kürün qırağında anladım. Bu mənim Vaqif Səmədoğlunun xatirəsi önündə borcumdu, inşallah tezliklə bu borcdan çıxarıq.

 

İndi Qarayazıya getmək çox rahatdır, amma onda yollar çox bərbadıydı, hər addımda avtomobil bizi sirkələyirdi. Xüsusən də mədəsini kababla doldurub geri qayıdanda adam özünü o qədər də komfortlu hiss etmirdi. İndi Allaha şükür, hər yan asfaltdır, yoldan sadəcə, zövq alırsan. Məncə, yol insan sivilizasiyasının icad etdiyi ən mühüm nailiyyətlərdəndir. Bu gün Avropada romalıların 2000 il öncə çəkdiyi yolları görəndə anlayırsan Romanın əzəmətini. Nə yaxşı ki, bizim ölkəmizdə  son illərdə yolların tikintisinə xüsusi fikir verilir. Ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dönəmində çox sahələrdə irəliləyişlər əldə olunubyol tikintisibu sıradadır. İndi ən ucqar yerlərə də asfalt yol çəkilib.

 

Daha bir əhvalat xatırlayıram. Rayonlara yeni kanalizasiya xətlərinin çəkilişindən sonra yollar çox bərbad hala düşmüşdü. Getdiyim bir çox rayon mərkəzində bu yolların düzəldilməsi bir neçə il çəkdi və bu bərbad yollar insanlara çox əziyyət verirdi. Ağstafa da isə yollar çox sürətlə təmir olundu. Mən Ağstafanın icra hakimiyyətinın başçısı ilə rastlaşmamışam, amma başçının birinci müavini Ramiz Tatarovla görüşəndə bir ziyalı kimi yolların belə sürətlə təmirinə görə təşəkkürümü bildirmişəm. Ramiz müəllim qardaşımın dostudur, çox ziyalı bir adamdır, bizimUlu çinar” jurnalının oxucularındandır. Məncə hər bir məmur həm də ziyalı olmalıdır. Ziyalı məmurun gördüyü işlər də işıqlı olar.

 

Ziyalılardan söz düşmüşkən, Ağstafada olub Hüseyn Arifi xatırlamamaq mümkün deyil. O bu gün əhali arasında ən çox xatırlanan şairlərimizdən biridir. Elə bir məclis yoxdur ki, kimsə Hüseyn Arifdən hansısa bir əhvalat danışmasın. Ağstafa mənim üçün həm də Hüseyn Arifdironun ruhu yalnız öz ev muzeyinin deyil, “Şairlər evininqoruyucusudur.

 

Bu gün türk dünyasının ən böyük fikir adamlarından biri, AMEA-nın müxbir üzvü, dostum Nizami Cəfərov da bu ərazidə doğulub. Ağstafanın millət vəkili olaraq burada görülən işlərə bir böyür zəka sahibi kimi öz töhfəsini verib. Ümummilli lider Heydər Əlivev hələ gənc yaşlarında onu böyük alim adlandırmışdı. Bu hər adama nəsib olmur. İndi onun millət vəkili seçildiyi rayonda böyük işlər gedirböyük işləri həmişə böyük insanlar görür. Bu yazı da böyük işlər və böyük insanlar barədəydi.

 

Ağstafaya gəlmək həmişə xoşdur.

 

Elxan ZAL

 

 

525-ci qəzet.- 2016.- 22 oktyabr.- S.10.