Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir

 

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda tanınmış ədəbiyyatşünas alim, unudulmaz müəllim, dəyərli ziyalı, uzun illər qurumun katibi vəzifəsində çalışmış Arif Əmrahoğlunun anadan olmasının 62-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

 

AYB-nin sədri, Xalq yazıçısı Anar Arif Əmrahoğlunun dəyərli ədəbiyyatşünas alim əvəzsiz insan kimi müsbət xüsusiyyətlərindən söhbət açıb.

 

Bildirilib ki, 70-ci illərdə ədəbiyyata hekayə ilə gəlmiş A.Əmrahoğlu istedadlı tənqidçi, ədəbiyyatşünas alim kimi tanınmışdı. 2004-cü ildən ömrünün sonunadək AYB-nin katibi vəzifəsini icra edən görkəmli aliminNəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü”, “Türk xalqları ədəbiyyatı”, “Mən xoşbəxtəm ki, anlamağa qadirəm s. kitabları ədəbi ictimaiyyətin diqqət mərkəzində olub.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu, AMEA-ın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu, Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Zaman Əsgərli başqaları ədəbiyyatşünas alimin A.P.Çexovun ana dilimizdə nəşr olunan üçcildlikSeçilmiş əsərləri”nin, Moskvada rus dilində işıq üzü görən M.F.AxundzadəninSeçilmiş əsərləri”nin tərtibçisi kimi böyük xidmətlərini diqqətə çatdırıblar.

 

Yorulmadan çalışan, uzun illər Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Arif Əmrahoğlunun gənc alimlər nəslinin yetişməsində böyük əməyi olduğu vurğulanıb. Yaxın dostları, həmkarları onun barəsində keçmiş zamanda danışmağın çətin olduğunu söyləyiblər.

 

Digər çıxış edənlər Arif Əmrahoğlunu təvazökar insan, gözəl müəllim, görkəmli alim, dəyərli elmi əsərlərin müəllifi kimi daim qəlblərdə yaşayacağını qeyd ediblər.

 

Mərasimdə görkəmli alimin həyat yaradıcılığından bəhs edən film nümayiş etdirilib.

 

Anım tədbiri çərçivəsində aliminHər kəs üçün yaxşı - Arif Əmrahoğlukitabının təqdimatı olub. Kitabın redaktoru Zaman Əsgərli , tərtibçisi Arzu Mahmudovadır.

 

Sonda alimin qızı Günel Arifqızı ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2016.- 29 oktyabr.- S.12.