Onu Olimpiya zirvəsi gözləyir

 

Son illər Azərbaycanın idman sahəsində qazandığı uğurlar göz qabağındadır. Əlbəttə, bu nailiyyətlər ölkəmizdə idmana göstərilən yüksək diqqət qayğıdan xəbər verir.

 

Hazırda ölkəmizdə sürətlə inkişaf edən, günü-gündən kütləviliyi artan növlərdən biri bədii gimnastikadır. Sevindirici haldır ki, uşaq yeniyetmələr bu növə xüsusi maraq göstərirlər.

 

Belələrindən biri hələ yaşının az olmasına baxmayaraq, böyül nailiyyətlər qazanan Nazlı Hacıyevadır.

 

Amma elə tanınmış gimnastlarımız, SSRİ idman ustası, əməkdar məşqçi Məsmə Məmmədova, yaxud da Avropa Oyunlarının iştirakçıları Səbinə Abbasova, Nigar Əbdüsəlimova karyeralarına uşaq yaşlarından başlamayıblarmı? Bəlkə elə Nazlı da gələcəkdə Avropa dünya arenalarında ölkəmizi uğurla təmsil edən, bayrağımızı dalğalandıran, himnimizi səsləndirən idmançılarımızdan olacaq.

 

Anası Esmira xanımla söhbətimizdən sonra buna əmin olduq. Həmsöhbətimiz redaksiyada qonağımız olarkən bizə bildirdi ki, 2005-ci il təvəllüdlü qızı beş ildən çoxdur ki (2011-ci ildən), bu növlə məşğuldur. Beş yaşından Kürdəmir Rayonu Olimpiya İdman Kompleksində gənc məşqçi, beynəlxalq dərəcəli hakim Alfiya Mantovanın rəhbərliyi ilə bu idman növünün sirlərinə yiyələnən Nazlı bir çox nailiyyətlərə yiyələnib,nüfuzlu turnirlərdə fərqlənməyi bacarıb. 21-ci 22-ci Respublika çempionatlarında uğurla iştirak edib. Bu yaxınlarda Gürcüstanda 15 ölkənin mübarizə apardığı yarışda ölkəmizi uğurla təmsil edib, Azərbaycan komanda hesabında dördüncü yerdə qərarlaşıb. Ümumiyyətlə, Nazlı indiyə kimi 40-a yaxın diplom medallara layiq görülüb ki, bu da bir daha onun bacarıqlı idmançı olmasından xəbər verir. Son nailiyyəti isə bir neçə gün əvvəlGömrükçüklubunun keçirdiyi yarışda əldə etdiyi medallar olub.

 

Esmira xanım qızının idmana necə gəlməsindən söz açdı. Bir çox nailiyyətlər qazanmış Nazlının bu növü seçməsi bir qədər təsadüflə bağlı olub. Belə ki, o, məktəbəqədər təlim-tərbiyə aldığı Mirzə Ələkbər Sabir adına bağçada olarkən bir gün sonralar bacarıqlı idmançılarından olduğu gimnastika kompleksindən gəlirlər könüllü şəkildə bu idman növü ilə məşğul olmaq istəyən 15 uşaq seçirlər. Nazlının böyük həvəsi gimnastlara məxsus bədən quruluşu mütəxəssislərin diqqətini cəlb edir. Beləliklə, Hacıyevaların gələcək fəxri Kürdəmir Olimpiya İdman Kompleksində məşqlərə başlayır. Əlbəttə, valideynləri onun bu seçimini müsbət qiymətləndirir, öz övladlarına dəstək olurlar. Bəs, görəsən, onlar qızlarının hansısa döyüş növləri ilə məşğul olmaq istəklərinə necə reaksiya göstərərdilər. Axı bu hal müasir dövrdə birmənalı qarşılanmır. Esmira xanım bu barədə sualımızı da səmimi cavablandırdı. O dedi ki, seçimi yenə öz uşağının ixtiyarına verərdi. İlk əvvəllər qızının bu növdə uğur qazanacağına inanmırdı. Çünki Nazlı karateyə maraq göstərirdi. Elə anası da onun həvəskar şəkildə olsa karate ilə məşğul olmasını istəyirdi. Elə ən böyük arzularından biri bu növ üzrə qara kəmər sahibi olmaq idi. Amma sən demə, qismət belə imiş...

 

Yuxarıda da dediyimiz kimi, Azərbaycanda idmana yüksək səviyyədə diqqət qayğı göstərilir, eləcə gimnastikaya. Perspektivli idmançılar müəyyənləşdirilir, onların daha da irəliyə getmələri üçün lazımi şərait yaradılır. 10 yaşlı Nazlının da gələcəkdə daha böyük uğurlar qazanması, Olimpiada iştirakçısı, mükafatçısı hətta çempionu olması heç əlçatmaz deyil. Sadəcə bunun üçün çox çalışmaq lazımdır. Elə müsahibimiz fikirlərimizi təsdiqlədi: “Bilirsiz, insan qarşısına gərək, ən böyük hədəfi qoysun bunun uğrunda irəliləsin. Həmin əsas hədəfə çatana kimi isə sözsüz ki, digər uğurlara nail olacaq. Bu qayda ələlxüsus da idmana aiddir. Mən öz qızıma inanıram. Onda bu əzmkarlıq, xarakter var. İnanıram ki, olimpiya çempionu olacaq”.

 

Esmira Hacıyeva həmçinin qeyd etdi ki, məşqçisi bacarıqlı idmançısından razıdır. Ümumiyyətlə, Kürdəmir Olimpiya İdman Kompleksində təcrübəli müəllimlər tərəfindən məşqlər çox səmərəli keçir. Buna görə isə ilk növbədə federasiya prezidenti Mehriban xanım Əliyevaya, kompleksin rəhbərliyinə müəllimlərə öz minnətdarlığını bildirdi.

 

Son olaraq isə ölkəmizdə qızların idmana cəlb edilməsinə, onlar üçün yaradılan şəraitə görə dövlət başçımıza təşəkkür etdi. Esmira xanımın fikrincə, bölgələrdə zəif cinsin nümayəndələrinin idmanla məşğul olmaları üçün yaradılan şərait vaxtı ilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qız məktəbi yaratmasına bərabər bir işdir.

 

İdmançımızın gələcək yarışları barədə redaksiya qonağımızdan məlumat aldıq. Məlum oldu ki, qarşıda Nazlını böyük yarışlar gözləyir. Payızda Kürdəmirdə açıq birincilikdə, dekabr ayında isə respublika çempionatında medallar uğrunda mübarizə aparacaq Nazlı.

 

Bəli, Nazlı, doğrudan da, çox həvəsli bacarıqlı idmançıdır. Ona qarşıdakı turnirlərdə uğurlar arzulayırıq. İnanırıq ki, gələcəkdə məhz idmançımız özü ən uca zirvələri fəth edəndə redaksiyamızın qonağı olacaq.

 

Kənan NOVRUZOV

525-ci qəzet.- 2016.-3 sentyabr.- S.23.