Evin sirləri ARTIM Layihə Məkanında

 

YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında Azərbaycan rəssamlarının Evin sirləri adlı qrup sərgisi açılıb.

 

AZƏRTAC xəbər verir ki, sərgidə gənc rəssamlar - Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə, Hətəm Əlizadə Qafar Rzayevin əsərləri nümayiş olunub.

Sərgidə nümayiş olunan əsərlərin mövzularının diapazonu həm sosioloji, həm ümumi-məişət xarakterinə malikdir.

 

Gənc fırça ustaları əsərlərində, ailə, ev, şəxsi qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar.

 

Layihənin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.

 

Qeyd edək ki, sərgi sentyabrın 15-dək davam edəcək.

 

525-ci qəzet.- 2016.- 3 sentyabr.- S.12.