“Azərbaycan” qəzetində parlament hesabatları və
şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
qarşısında
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanında (9-cu iclasın mabədi)
Bu iclas qanuni-saninin 27-si saat 12-yə təyin edilmişsə
də saat 2-nin yarısınadək ancaq 32 əza gəlmiş
olduğundan iclas qanuni hesab edilməyərək təxirə
salınmışdı.
Nəhayət, ayın 28-i saat bir tamamda bütün
skamyalar dolu olduğu halda doktor Ağayev cənabları
iclası açıyor.
Baxılan
məsələlər:
1- Daxil
olan kağızlar.
2- Ticarət
və xüsusi işlər idarəsinə dair vəkalətnamə
vədələrinin təmdidi həqqində qanun layihəsi
(İzahatnaməsilə).
3-
Etimadnamə komisyonunun məruzəsi.
4-
“İttihad” fraksiyası rəisi tərəfindən neft, yağ, buğda və sairə ehtikarı həqqində
hökumətə xitabən verilmiş olan sorğu.
5-
Tağıyev fabrikasından xidmətdən qovulmuş olan fəhlələr
həqqində sosialistlər fraksiyası tərəfindən
verilmiş olan sorğu.
6-
İctimaiyun-inqilabiyun firqəsi Bakı komitəsinin Azərbaycan
parlamanında iştirakı həqqində Divani-Rəyasətə
məktubu.
Sədr -
Varid olan kağızları iclasa təqdimlə bəyan ediyor
ki:
Birinci budur ki, Qazax milli komitəsi əzasından bir
neçəsinin imzası ilə bir teleqraf
alınmışdır ki, Hacı Kərim Saniyev parlamana
qanuni bir surətdə seçilməmişdir. Ona görə
xahiş olunur Hacı Kərim Saniyev parlaman məbusluğundan
xaric və Qazax qəzasından yeni məbus seçilməsi
təklif edilsin.
Bən təklif ediyoram bu məsələyi etibarnamə
komisyonuna verək. Təklif bilaetiraz qəbul olunur.
Bundan əlavə Gəncə qəzası məbusu
Hacı Mola Əhməd Nuruzadə və Hacı Əli
Qasım oğlu və Cavanşir qəzası məbusu doktor
Cəmil bəy Ləmbəranski Divani-Rəyasətə ərizə
verərək 15 gün məzuniyyət istiyorlar.
Ərizələr qəbul olunur.
Bir də parlaman məbuslarından Soltan Məcid Qənizadə
parlamanın qanununa görə məarif nəzarətində
məmurluqdan istefa verib məbusluğu qəbul etdigini
bildiriyor.
Sosialistlər fraksiyonundan Bağır Rzayev Məclisi-Məbusan
əzası həqqini qeyb etdigindən onun yerinə İbrahim
Əliyevin namizədligi göstəriliyor.
Nəhayət, Divani-Rəyasətə təklif
edilmişdir ki, Məclisi-Məbusan nəzdində topraq və
sorğu məsələlərinə baxmaq üçün
birər komissiya intixab olunsun. Təvəqqe edirəm
iclasın axırında bu komissiyalar neçə nəfərdən
ibarət olacağını qərarlaşdıraraq, namizədlər
göstərəsiniz.
Bir də parlamanın qanununa görə Bakı
qubernatoru dəxi özünün məmurluqda
qalacağını, ya istefa verdigini bildirməli idi. Fəqət xəstə
olduğundan xəbər verə bilməmişdir. Bən təklif edərdim qubernatora bir neçə
gün (3-4 gün) möhlət verilsin, sağalanadək.
Ancaq şifahən xəbər vermişdir ki, o
məbusluqda qalmağı tərcih ediyor.
Axırda
sədr hər fraksiyaya öz əzaları və hər əzayə
hankı fraksiyaya mənsub olduğu həqqində məlumat
vermələrini təvəqqe edərək ikinci məsələyə
keçiyor:
Vəkalətnamə
vədələrinin təmdidi
Növbədə ticarət və xüsusi işlər
idarəsinə dair vəkalətnamə vədələrinin
təmddi həqqindəki qanun layihəsidir.
Layihə ilə bərabər izahatnaməsi dəxi təqdim
olunur.
Katib
izahatnamə və layihəyi oxuyur:
Bakı
neft tacirlərinin icmai vəkili hakəza bir çox firmalar və
mütəəddid əşxas vəkilləri tərəfindən
ticarət sənaət və daxiliyyə nazirləri
hüzurunda məzkur vəkillərə səhmdarlar cəmiyyətləri
və başqa ticarət və sənaət təşkilatı
idarə və təmlikat sahibləri tərəfindən əta
olunmuş vəkalətnamələrin vədələrinin təmdidi
məsələləri həqqində təşəbbüsatda
bulunub müvəkkillərinin uzaq bir məmləkətdə
bulunduqlarını, bu məmləkətlərlə
hal-hazır hadisatından dolayı əlaqə və
mürasilat qət olunduğunu və fövqdə tedad olunan
vəkalətnamələrin vədələri 1918 sənəsi
dekabrın 31-də bulunduğunu bəyan etmişlərdir.
İşbu
məsələnin müzakirəsi əsnasında mülahizə
ediləcək xüsusiyyat:
1-
Hüquq elmi nəzəriyyatı mövcibincə vəkalətnamə
bir müqavilənamə dərəcəsində olduqda onun vədəsi
tərəfin iradəsi üzrə vəkalətnamə dərunində
göstərilmiş tarix ilə bəyan edilir. Fəqət
ticarətə məxsus vəkalətnamələrdə tarix
göstərilmədigi halda qanun qüvvəsilə vəkalətnamənin
kəndi tarixindən hesab edilmək vədə üç sənə
təkmilinə qədərdir. (1903 sənəsində nəşr
edilmiş ticarət qanununun 14-cü maddəsi və
senatın mülki istinaf dairəsinin 1916 sənəsindəki
30 nömrəli qətnaməsi)
2-
Müqavilənamələrdə, xüsusən vəkalətnamələrdə
vədə bunların mühüm bir hissəsi ədd
olunduğundan vədə xitamında məzkur övraqın kəndiləri
də qüvvədən saqit oluyorlarsa da, məəmafiə
hüquq elmi nəzəriyyatı və qanun tərəfinin
rizası olmaqsızında müqavilə və vəkalətnamələrin
vədələrinin təmdidini müvafiq görüyorlar. Məsələn:
ticarət qanununun qərarnamələrində ticarət
işləri müdiriyyəti və deyn tədiyyəsinin təcili
(1905, 1906, 1915 və bundan sonrakı sənələrin) hərbi
vüquatdan dolayı basənd olan borc tədiyyəsinin təcili
həqqində xüsusi qanunnamə (maratari) və hakəza
Moqilyov şəhərinin yanğından mükəlləmən
məhv olması və başqaları kibi fövqəladə
vüquatə dair (1910 sənədə hökumət qanunnamə
və tədabiri cümləsinin nömrə 101, maddə
1097).
3- Azərbaycanla
səhmdarlar cəmiyyətləri və başqa ticarət və
sənaət idarələri və təmlikat sahiblərinin
bulundukları mövqe ilə Azərbaycanın əlaqəsi
qət olunduğundan hal-hazırda fövqəladə keyfiyyət
Azərbaycanda da mövcuddur.
4- Binaənileyh
ticarət və xüsusi işlər idarəsinə məxsus
və vədləri qurtarmış, yaxud yaxın zamanda
qurtaracaq vəkalətnamələrin təmdid və ədd
edilməsinə həm mühüm bir əsas, həm də zəruri
ehtiyac vardır.
5- Fəqət
vədənin bu surətlə təmdidi müəyyən bir
vəqt ilə təhdid edilməlidir. Bunun
üçün də 6 ay vədə kafidir.
6-
İşbu təmdid vədə mövcud ikən müvəkkil
və vəkil xahiş etdikləri halda verdikləri və qəbul
etdikləri vəkalətnamələri vədədən əqdəm
də qüvvədən saqit etmək həqqinə malikdirlər.
7-
İşbu üsul üzrə vəkalətnamə vədələrinin
təmdidi başqa bir surətlə olmuyub da fəqət qanun
üzrə olmalıdır. Yuxarıda
yazılmış izahata məbni bunun zəminində
mövcud qanunnamə inşa edilmiş olduğu surətdə
nəşr edilməsi müvafiq görülüyor.
Ədliyyə
nəzarəti müdiri: Teymur bəy Makinski tərəfindən
imza edilmişdir.
Ticarət
və xüsusi işlər idarəsi üçün olan vəkalətnamələrin
vədələrinin təmdidi həqqində qanun layihəsi:
1- Ticarət
və xüsusi işlər idarəsi üçün verilən
vəkalətnamələrdən vədeyi-vəkalətləri
əski qaidə 1917 sənəsi 25 oktyabr, 1918 sənəsi 31
dekabr və yeni qaidə 1919 sənəsi 13 yanvar tarixləri
aralarında xitam bulmuş olanları və yaxud tazə qaidə
ilə 1919 sənəsi 14 yanvar, 14 iyul arasında qurtaracaq olan
vəkalətnamələr 1919 sənəsi iyul ayının
14-dək öz qüvvələrində baqi qalıyorlar.
2- Vəkalətnaməyi
verən və vəkilligi qəbul edən əşxas
xahiş etdikləri halda 1919 sənəsi iyulun 14-dən
müqəddəm də olsa vəkalətnamələrini kəndi
qüvvəsindən saqit etmək ixtiyarına malikdirlər.
Qanunnamə maddəbəmaddə müzakirəyə
qonulduqda təklif olunur əvvəlcə parlaman
komissiyasına verilsin.
Şəfi bəy Rüstəmbəyli - Məsələyə
fraksiyalarda baxılmış olduğunu qeydlə bəyan
ediyor ki, komissiyaya verilməgə ehtiyac yoxdur.
Qardaşov - Komissiyaya verilməsində israr ediyor.
Yusif
Əhmədov - Göstəriyor ki, bu qanun ələlümdə
səhmdarlar cəmiyyətlərinə və bir çox sair
müəssisə və firmalara aiddir ki, bunların mərkəz
idarəsi Petroqradda, Moskvada və qeyri-yerlərdədir ki,
şimdi ora ilə əlaqə olmadığından vəkalətnaməyi
tazələmək qeyri-mümkündür, tazələnməsə
də bunların fəaliyyəti yatar.
Ona görə Məclisi-Məbusan onların vədələrini
təmdidi həqqindəki qanunu qəbula məcburdur. Bu mülahizə
ilə natiq təklif ediyor ki, layihəyi komissiyaya vermədən
bu gün parlaman qəbul etsin.
Makinski
Teymur bəy - (Ədliyyə naziri müavini) Qanun layihəsinin
haman bu iclasda qəbulunu təklif edərək
diyor ki: əgər bu qanun qəbul edilməsə övza və
şəraiti-hazirədən dolayı bir çox cəmiyyət
və firmalar vəkalətlərini tazələyə bilməzlər;
o halda fəhlələrə də muzd verməyə
ixtiyarları olmaz, bunun da ağır nəticələri hətta
tətil ilə təhdid etdigi aşkardır. Nəhayət
maddəbamaddə səsə qonularaq qanun qəbul olunur.
Etibarnamə
komissiyasından
Bundan
sonra etibarnamə komissiyası tərəfindən:
Rüstəmbəyli Şəfi bəy - Məruzə təqdim
ediyor. İləricə Ukrayna konsulu parlamana ərzi-hal verərək
ukraynalılar üçün 2 yer istəmişdi. Rəsmiyyət cəhətindən parlaman məsələyi
açıq buraxmışdı. Şimdi
Bakı ukraynalılar radası eyni məqsədlə ərzi-hal
vermişdir. Etibarnamə komisyonu lazım
biliyor onlara yer verilsin.
Çünki Bakıda və Muğan kəndliləri
miyanında çox ukraynalı var. Şurayi-Milli ruslara 10 yer
verirkən ukraynalıları velikoruslardan
ayırmamışdı. Şimdi özləri
ayrıyorsalar əqəliyyət təşkil edən bir millət
olmaq üzrə yer istəməgə həqləri var. Fəqət
iki yer vermək olmaz. Çünki o qədər
nüfusları yoxdur. Binaənileyh komissiya
təklif ediyor ki, azlıqda qalan bir millət olmaq həsbilə
ukraynalılara bir yer verilsin və bu yer rus milli komissiyasına
ayrılmış olan yerlər hesabına
çıxılsın.
Bakı və Şəki qəzalarına və yəhudilərə
gəldikdə bunların həqqində komisyonun rəyi
qabaqca xəbər verilmişdir.
Abdulla bəy
Əfəndizadə (“Əhrar”) - Metr həqqindəki maddənin
əhəmiyyətindən bəhslə onun Şəki şəhər
və qəzası həqqində bu maddənin tətbiq edilmədigini
aşağıdakı rəqəmlərlə göstərərək
diyor ki: şəhərlərimizin islam əhalisini
götürdükdə nüfusca Bakı birinci, Nuxa ikinci, Gəncə
üçüncü yer qazanacaqdır. Deməli
Bakı şəhəri paytaxt olduğu üçün
istisna edilirsə birinci yer Nuxa şəhərinindir.
Bu şəhərdə 52 min 243 candan 43.635-i islamdır.
Gəncədə - 38.331
Şamaxıda - 21.172
Şuşada - 19.136
Lənkəranda - 15.329
Qubada - 11.465
Yerdə qalan şəhərlərin əhalisi 5-6 mindən ibarətdir. Əgər şəhərlər üçün yalnız şəhərdirlər deyə birər nümayəndə ixtiyarı verilirsə böyük bir ədalətsizlik icra edilmiş olar. Çünki o surətdə 5 min əhalidə bir nümayəndə vermiş olar, 50 minə də. Həm də 5 min əhalidən bir nümayəndə dəvəti heç bir məmləkətin qanunnaməsində olmasa gərəkdir. Olursa belə Şəki tək başına 10-12 islam nümayəndələri göndərməli idi.
Qısası isə 100 mindən ziyadə islam əhalisinə malik olduğundan tək başına 57 min miqyas üzrə 2 nümayəndə göndərməli idi. İş böylə olmadığı aşkardır. Həm də eşitdiyimizə görə qanunnamədə şəhərlərə məxsus ayrıca maddə yoxdur. Həqiqət böylə isə yəqindir ki, şəhər və qəza əhalisini bir yerə qatıblar və ümum əhaliyə miqyas tətbiq ediblər. Ancaq nümayəndələrin birini şəhərə məxsus ediblər.
Bu nöqteyi-nəzərə gəldikdə məsələni bir az daha aydın etmək üçün iki nəfər nümayəndə verən qəzaları yekdigəri ilə müqayisə etməlidir.
Nuxa şəhəri qəzasilə bərabərlikdə (43.635+101.574) 145.209 can islam əhalisinə malikdir. Göyçay şəhəri - 117.732, Şuşa - 85.661, Ərəş - 79.090, Qazax - 67.181 islam əhalisinə malikdir. Görürük ki, Şəki bunların ən böyügündən 30 minə, ən kiçigindən 80 minə qədər artıqdır. Yalnız Şəkinin kətm olunmuş həqqi özünə qaytarılmaqla ədaləti bərpa etmək təklifini ediyoruz. Əks surətdə dəfaət ilə rəva görülmüş ədalətsizliği bir dəxi parlaman təsdiq etmiş olacaqdır. Hələ firqə seçkisi prinsipinə gəldikdə Şəkinin 12 min fəhlə sinfinə ayrıca bir yer vermək təklifi də qəbul edilə gərəkdir. Əgər mandat komisyonu “parlaman əzaları 120-dən ziyadə olmamalıdır” iddiasını bir daha edərsə, mən onun cavabında təkrar edərəm ki, seçki maddəsinin tək bir məhəl üçün tətbiq olunmaması böyük ədalətsizlikdir. Fəqət 120 ədədi 121 ilə əvəz etməgə ədalətsizligin dəxli yoxdur.
“Azərbaycan”,
30 yanvar 1919, ¹101
Təmlikat
- mülk və ya mal sahibi
Təmdid
- uzatma
Mürasilə
- yazışma, məktublaşma
Dərunində
- içində, batinində
İstinaf
- yenidən başlama
Övraq
- vərəqlər
Saqit -
hökmdən düşmüş
Deyn -
borc, vəzifə
Mətr -
müzakirə olunan
Kətm -
gizləmə
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 3 entyabr.- S.21.