Azərbaycanqəzetində parlament hesabatları şərhlər

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

 

I cild (noyabr 1918 - aprel 1920)

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Azərbaycan Məclisi-Məbusanında (keçən nömrədən mabədi)

 

Sultan Məcid Qənizadə (“İttihad”) - Əfəndiyev cənablarının nitqinin son qisminə iştirak edərək diyor ki:

 

Əlbəttə parlaman qəsdən ədalətsizlik buraxa bilməz. Lakin bununla belə səhv həmişə mümkündür. Ona görə bən təklif edərdim parlaman Şəki qəzasına yer versin. Əlavə Bakı qəzasının parlamanda əsla nümayəndəligi yoxdur. Hərçənd natiqlərdən birisi diyor ki, biz ümum əhali ümum qəzaları təmsil ediyoruz. Amma qəzaların parlamana nümayəndə seçmələrinin böyük əhəmiyyəti var.

 

Məhəmməd Əmin Rəsulzadə - (“Müsavat”) Bən bir parlaman üzvü parlaman təşkil edən sabiq Milli Şuranın sədri sifətilə etibarnamə komisyonunun nöqteyi-nəzərinin doğru olduğu barəsində bir qədər izahat verməliyəm. Deyirlər Bakı qəzasında 70 min nüfus var. Əgər Bakı qorodonaçalstvası çıxılsa Bakı qəzasında 15 mindən ziyadə nüfus yoxdur. Məbusluq həqqini 58 min səs götürdükdə əlbəttə ki, 15 min nüfusa yer verilmədikdə böyük xəta işlənməmiş oluyor. Digər tərəfdən Bakı həmişə qəza ilə çox yaxın əlaqədədir. Binaənileyh Bakı mili komitəsi qəzayı təmsil edə bilər. Bilxassə ki, diqqət edilərsə görülər ki, burada əyləşən məbusların bir çoxu o köydən, bu köydəndir.

 

Məsəla: hazırkı məbuslardan birisi Məştəğalı, digəri Şağanlı, o birisi Novxanılıdır. Bu nöqteyi-nəzərdən qəza nümayəndəsiz degildir. Əlbəttə, bən demiyoram parlamanın qanunu nöqsansızdır. Bu qanunu verənlər mütləq sərih qanun verdiklərini iddia etmiyorlar. Parlaman ümumi seçki əsasilə seçilməmişdir. Onun bir çox nöqsanı ola bilər. Ancaq nəzərə almalıdır ki, bu parlaman əsl Məclisi-Məbusan olmayıb onun bədəli müvəqqəti bir müəssisəsidir. Fəqət Məclisi-Müəssisan dəvətinədək müvəqqəti olmaqla bərabər bu parlaman məmləkətin ən səlahiyyətdar bir müəssisəsidir. Ona görədir ki, biz parlaman qanununu tənqid edərkən ədalətdən ya ədalətsizlikdən degil, bu nöqteyi-nəzərdən baxmalıdır ki, qaldırılan məsələ məqsədə müvafiqmidir, degilmidir. Bu gün parlaman məsələsi yalnız Bakı, ya Şəki qəzasilə həll olunsaydı bəlkə müvafiq görülərdi. Fəqət bizə məlumdur ki, Gəncə qəzası da naməmnundur, Ağdaş dəxi nümayəndəliginin artırılmasını tələb ediyor.

 

Bu gün biz Bakı, ya Şəki qəzasının istəginə əməl edərsək əlbəttə, sairlərinin tələbini qəbula məcbur olarız. Heç kəsə demək olmaz ki, Bakının, Şəkinin tələbinə əməl ediyoruz, sizinkinə yox. Əgər desəniz ki, bu iki qəza müstəsna tutulsun, o vəqt sair qəzalar da tələb edərlər, deyə bilməzsiniz ki, Bakı Şəkiyə istisna olur, amma sizə ola bilməz. Bu surətlə hamının tələbinə əməl etmək lazım gələr, o halda qanun həftədən həftəyə dəyişərək qanunluqdan çıxar, Məclisi-Məbusanda bir mitinq şəkli alar. Buna görədir ki, biz Məclisi-Məbusanın kökünü laxlatmağa heç vəqt razı olmamalıyız. Bəlkə Şəki həqqində ədalətsizlik olmuşdur da lakin bütün məmləkətə nisbəttə Şəki bir cüzvüdür. Cüzvün mənafeyi naminə küllün mənafeyini pozmaq olmaz. Həmişə cüzv küllə fəda edilir. Binaənileyh Şəki həqqində bir ədalətsizlik olmuş isə belə bütün məmləkət xeyri üçün qanuna tabe olmalıdır ki, parlamanın nüfuz heysiyyəti rəxnələnməsin. (Alqış).

 

Abdulla bəy - Təklif ediyor ki, məsələ komissiyaya veril-sin, o halda sübut edər ki, Bakı ilə Şəkidən başqa heç qəza həqqində ədalətsizlik olmamışdır.

 

Sultan Məcid Qənizadə - Bən zənn ediyorum ki, parlaman qanunu dəgişsə nüfuzu azalmaz. Biləks nöqsanı düzəltməlidir.

 

Rüstəmbəyli Şəfi bəy - Etibarnamə komisyonu bu məsələyi müzakirə edərkən bu ya o qəzanın həqqi nöqteyi-nəzərindən degil, ancaq əsası nöqteyi-nəzərindən yaklaşmışdır. Komisyonun zənnincə məbusun miqdarını təyin edən qanunu pozmaq olmaz. Bu qanun, rəqəmləri degil, idareyi-mülkiyyə vahidlərini nəzərə almışdır. İştə bu nöqteyi-nəzərdəndir ki, etibarnamə komisyonu qəza ya cəmiyyətlərin qərarını rədd ediyor.

 

Sədr məsələyi iki qismə ayrıyor, əvvəla ukraynalılara yer vermək məsələsini səsə qoyur, əksəriyyəti-ara ilə yer verilməsi qəbul olunur.

 

İkinci: parlaman məbuslarının miqdarını artırmaq məsələsini səsə qoyur. İttifaqi-ara ilə təklif rədd olunur. (Axırı var).

 

Ermənilər Azərbaycan hökumət parlamanında

 

Bakı erməni milli komitəsi Rəisi-Vükəla həzrətlərinə bir məktub yazaraq ermənilərin Azərbaycan hökumət parlamanına daxil olmaq istədiklərini bildirmişdir.

 

Azərbaycan”, 31 yanvar 1919, ¹102

 

Azərbaycan Məclisi-Məbusanındaİttihadrəisinin sorğusu

 

Bundan sonraİttihadfirqəsi rəisi tərəfindən hökumətə xitabən verilmiş olan bu sorğuyu katib oxuyur:

 

1- Qara neft alış-verişinin ümumqafqasiya əhalisi üçün müzurr bir şəkil aldığı, məmləkətin bu mühüm sərvətinin möhtəkirlər avanturislər əlində əhaliyi soymaq üçün alət olub dövlətə möhtəkirlərin qazanclarına nisbətən cüzi bir mənfəət verdigi hökumətə məlumdurmu, məlum isə bu yolda hökumətin fikri mərkəzdədir?

 

2- Əskər naminə ucuz fiyatla, yaxud parasız əhalidən toplan-mış olan zəxirə həqqində məmurların icra etdikləri suyi-istemal hökumətə məlumdurmu, məlum isə bu xüsusda hökumət kibi tədbirlər ittixaz etmişdir müqəssirlər həqqində kibi iqdamatda bulunulmaqdadır.

 

3- Hacı Zeynalabdin Tağıyevin fabrikasından hökumətin icazəsilə əhali naminə buraxılan malların möhtəkirlər tərəfindən yüksək qiymətə satıldığı, bu münasibətlə ehtikarə suyi-istemalə geniş meydan açıldığı, bez ağın arşınının füqərayə 15-17 manata mal olduğu, bir çox hökumət ətrafında dolaşan adamların bu suyi-istemalda iştirak etdikləri hökumətə məlumdurmu, məlum isə bu yolda kibi tədbirlər ittixaz edilmiş müqəssirlər həqqində kibi təşəbbüsatda bulunulmuşdur.

 

İttihad” firqəsi rəisi Doktor Qara bəy Qarabəyli

 

Qarabəyli Qara bəy - Uzun bir nitq ilə sorğuyu müafiə edərək diyor ki:

 

Bizim nöqsanımız yalnız bu degil, çox nöqsanlarımız var. Fəqət bu üç məsələ həyatımızda qayət mühüm məsələlərdir. Azərbaycan ən zəngin məmləkətlərdən birisidir. Sərvətimizin də mühümi neftdir ki, bütün cahan ona möhtacdır. Fəqət bu sərvətlə bərabər qonşumuz olan məmləkətlər Azərbaycandan çox ucuzluqdur. Neft ticarət və ixracının məni həqqində çox qanunlar var. Fəqət bəzi xoşbəxtlər bilmiyorum nüfuzlarınamı, qovumluğamı, ya xüsusi hima-yəyə görə lazım olan icazənaməyi alır və alış-verişlərini ediyorlar. Bizim ayrı-ayrı şəxslər ilə işimiz yoxdur. Ancaq qaidənin pis götürüldigini göstərmək istiyoruz. Neft icazənaməsi ələni surətdə bazarda satılıyor. (Mərkəzdən və soldan: doğrudur, doğrudur). Ona görədir ki, neftin pudu 10 manat olduğu halda Bakının özündə 20, Gəncədə isə 120 manata satılıyor. Həm də bu qədər qazanclar bir neçə möhtəkirin cibinə girərək barı hökumət və millət xəzinəsinə bir mənfəət dolmur. Bu gün hər kəs istiyor gedək birjadan bən ona neçə vaqon neft icazəsi istəsə alım.

 

İkinci mühüm məsələ Tağıyev fabrikasından buraxılan bez məsələsidir. Məmləkətimizdə özümüzə məxsus fabrikamız mövcuddurbezin arşınını 5 manata buraxmaqda ikən fəqir əhali aylar ilə fabrikanın və nəzarətin qapısında dayanaraq əliboş qayıdıyor. Amma bəzi məsudlar burada da işlərini düzəldə biliyorlar. Bəzi adamlar fabrikadan bez buraxılması üçün tezcə icazənamə alır və bez əlinə çatan kibi fabrikanın qapısındaca arşını 12 manatdan satıyor. Onu alan da aparıb yəqin ki, 15-17 manata satır. Bu surətlə heç ehtiyacı olmayan bez alır mənfəətinə satıyor. Amma möhtac olan fəqir əhali icazənamə ala bilməyib bazardan 15-17 manata almağa məcbur oluyor. Ona görədir ki, fəqir cəmaət ac, çılpaq qalıb içlərində yatalaq xəstəligindən qırılıyor. Bu gün biz bunun qabağını almazsaq, bu hərəkətlərə sədd çəkməzsək vətənin böyük xaini və xəstəlikdən qırılanların qanına məsul olacağız. Bu məsələyi tezlik ilə bir qaidəyə salmalıdır. Hərçənd biz böylə məsələlərdə mütəxəssis degiliz. Amma yenə bəzi çarələr göstərməgi lazım biliyoruz. Məsələn, hökumət bütün neft alış-verişini əlinə alıb hasil olan nefti tamamilə alaraq sonra müntəzəm mübadileyi-əmval təyin edə bilər ki, bu da şübhəsiz ümum malların ucuzlaşmasına səbəb olar. Yaxud hökumət neft alış-verişini azad elan edərək hamıya izin versinbu surətlə rəqabət çıxarsın. Bu dəxi əlbəttə malların ucuzlaşmasına bais olar. Biz bunu mütəxəssis kibi demiyoruz və təklif ediyoruz ki, hökumət parlamanın iştirakı ilə və mütəxəssislər dəvət edərək bu işləri bir yaxşı nizamə salsın.

 

Sorğumuzun üçüncü maddəsi buğda məsələsidir. Hamınıza məlumdur ki, türklər burada olan zaman qoşun ehtiyacı üçün fəqir kəndlilərdən xüms, zəkat və üşr adı ilə külli miqdarda buğda yığmışdı. Aldığımız məlumata görə buğda işlərində də böyük suyi-istemallar oluyor.

 

Hökumət məmurları da suyi-istemalda iştirak ediyorlar. Məsələn, Quba uyezdində cəmaətdən külli miqdarda buğda yığılıb hələ pulu da verilməmişdir. Haman buğda tələf edilmişdir. Hökumət məmurlarının iştirakı ilə bir neçə adam Qazax uyezdində daha da bədtərdir. Orada öylə böyük həngamələr olur ki, heç inanmazsınız. Eşitdigimizə görə orada hökumət məmurlarından ibarət dəstələr əmələ gəlmişdir ki, Azərbaycandan özgə məmləkətlərə neftsair qadağan edilmiş şeylər aparıyorlar. Gəncə polismeysteri özü yazıyor ki, onun məmurlarının əksəri suyi-istemal ediyorlar. Hökumət və parlaman cəmaət nəzərində nüfuzlarını saxlamaq və yüksəltmək üçün tədbirlər görməlidirlər. Hökumət məmurları özləri qanuni pozduqdasuyi-istemala yer verdikdə dəxi cəmaətdən nə tələb etmək olar. Burası hərc-mərc başlanğıcıdır. Və hökumət buna bir sədd çəkməlidir.

 

Sədr - Sorğuyu səsə qoyur. Sorğu təcili olaraq qəbul ediliyor.

 

İctimaiyyun-inqilabiyyun komitəsi təklifi

 

Bundan sonra katib Bakı ictimaiyyun-inqilabiyyun komitəsi tərəfindən göndərilmiş olan bu məktubu oxuyur.

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.21.