“Cəmiyyətdə Hepatitlə bağlı yanlış təsəvvür formalaşıb”

 

DOKTOR NAMİQ TAĞIYEV: “İNSANLARIMIZIN QORXULU YUXUSUNA ÇEVRİLƏN BU BƏLADAN QORUNMAQ VƏ XİLAS OLMAQ MÜMKÜNDÜR”

 

 

Bakıda fəaliyyət göstərənİstanbul NS” Klinikasının Qastroenterologiya şöbəsinin rəhbəri, doktor Namiq Tağıyevin hepatologiya, qastroenterologiya invaziv-endoskopiya sahələrindəki son yeniliklər, çalışdığı tibb müəssisəsində göstərilən xidmətlər barədə “525”in əməkdaşına müsahibəsini təqdim edirik.

 

- Doktor, əvvəlcə təhsil fəaliyyət yolunuz haqqında məlumat almaq istərdik...

 

- 1994-cü ildə Mingəçevir şəhər liseyini bitirib, həmin il Azərbaycan Tibb UniversitetininMüalicə işifakültəsinə daxil olmuşam. 2000-ci ildə universitetdə təhsilimi uğurla başa vurmuşam. 2000-2001-ci illərdə Bakıda 5 saylı klinik xəstəxananın Terapiya Qastroenterologiya şöbələrində həkim kimi çalışmışam. 2001-2013-cü illərdə Bakı, Gəncə Mingəçevir şəhərlərində yerləşən müxtəlif tibb ocaqlarında həkim-qastroentroloq kimi fəaliyyət göstərmişəm. 2014-2015-ci illərdə isə İstanbul Tibb Universiteti Cərrahpaşa Tibb Fakültəsində Qastroenterologiya, Hepatologiya Endoskopiya üzrə təhsilimi artırmışam. Hazırda Bakıdakıİstanbul NS” Klinikasında çalışıram.

 

- Çalışdığınız tibb müəssisəsi, onun imkanları, hansı istiqamətlər üzrə, kimi tibbi xidmətlər göstərdiyi barədə öyrənmək maraqlı olardı...

 

- “İstanbul NS” Klinikası cərrahi, terapevtik, invaziv, laborator diaqnostik sahələri özündə birləşdirən, xarici ölkələrdə təhsil alan peşəkar həkimlərin cəm olduğu səhiyyəmizi layiqincə təmsil edən tibb müəssisələrindəndir. Klinikamızda həm estetik, həm plastik, həm digər cərrahi müdaxilələrlə yanaşı, bütün terapevtik funksiyalar mütəxəssislərimiz tərəfindən tibbin son nailiyyətləri əsasında, peşəkarlıqla həyata keçirilir.

 

-Hepatoloq, qastroenteroloq invaziv-endoskopist kimi, bu sahələrdəki son yeniliklərlə bağlı ilk növbədə nələri qeyd edərdiniz?

 

-Başçılıq etdiyim Qastroenterologiya şöbəsində qastroskopiya, kolonoskopiya, həzm sistemində poliplərin aşkarlanması endoskopik yolla çıxarılması, qanaxmaların endoskopik yolla dayandırılması, srrotik, yəni, sirroz olan xəstələrdə qida borusu venalarında qanaxma baş verdiyi halda endoskopik yolla bant liqasiyası deyilən üsulla həmin venaların bağlanması prosedurunu həyata keçiririk. Eyni zamanda, xroniki ishallar, xroniki qəbizlik, iltihabi bağırsaq xəstəliklərinin diaqnostikası son müalicəsi bizdə Avropa Amerika standartlarına uyğun olaraq aparılır.

 

- Əhalisində həzm orqanları xəstəliklərinə sıx-sıx rast gəlinən bir ölkədə yaşayırıq. Mədə-bağırsaq problemlərinin vaxtında aşkarlanması effektli müalicəsi üçün xəstələrə tövsiyələriniz...

 

- Son zamanlar iltihabi bağırsaq xəstəliklərinin, o cümlədən, krohn xəstəliyi xorali kolitin rast gəlinmə, aşkarlanma halları artmaqdadır. Kolonoskopiya dediyimiz endoskopik müdaxilə nəticəsində bu xəstəliklərin qısa müddətdə həm diaqnostikası, həm ən son müalicəsi klinikamızda uğurla həyata keçirilir. Erkən müayinə müalicə, digər xəstəliklərdə olduğu kimi, bu sahədə tövsiyə olunan ən zəruri amildir.

 

- Müasir qastroskopiya kolonoskopiya üsullarının üstünlükləri nədən ibarətdir?

 

- Bunlar qısa zaman içərisində, yəni 5-10 dəqiqə ərzində mədə xoraları, qida borusu bağırsaq xəstəlikləri, poliplər, həzm sistemindəki başlanğıc mərhələsində olan şişlərin, eləcə xorali kolit, Kron kimi xəstəliklərin dəqiq diaqnozunun qoyulmasında əvəzsiz vasitədir.

 

- Hepatitlərin aşkarlanması müalicəsi haqqında mövcud vəziyyət barədə dərəcədə nikbin danışmaq olar?

 

- Çox vacib bir mövzuya, ağrılı problemə toxundunuz. Hazırda Azərbaycan və Türkiyə ilə yanaşı, Avropa, eləcə də Amerikada sürətlə yayılan virus hepatitləri insanlarımızın qorxulu yuxusuna, kabusuna çevrilib. Ancaq öncədən qeyd edim ki, bu bəladan qorunmaqxilas olmaq mümkündür. Hepatitin yaranmasına səbəb olan çox sayda faktor var. İstər ölkəmizdə, istərsə də dünyanın bir çox ölkələrində hepatitlərin yaranmasının 60 faiz səbəbi virus hepatitlərinin payına düşür. Virus hepatitlərinin ən başda gələni “Hepatit B” virusudur. İkinci yerdə “Hepatit C”,  bunun ardınca isə “B” və “D” viruslarının qarışığı gəlir. Bundan başqa hepatitlərin əmələ gəlmə səbəbləri arasında növbəti yerlərdə alkoqolizm və qaraciyər yağlanması qərarlaşıb. Həmçinin, vena-akuliziv deyilən qaraciyər xəstəlikləri, Vilson xəstəliyi, hereditar hemaxromatoz deyilən mis və dəmir mübadiləsi pozğunluğuna bağlı qaraciyər xəstəlikləri var.

 

Virus hepatitləri arasında birinci yerdə gələn “Hepatit B” orqanizmdə qaraciyər funksiyalarını tamamilə sıradan çıxaran viruslardan biridir. “Hepatit B” bir DNA virusudur. Bu virus orqanizmdə bölünərək tez bir zamanda çoxalır, qanda miqdarını milyonlaradək yüksəldir və immun sistemi bu virusu orqanizmdən çıxara bilmir.

 

Hazırda “Hepatit B” və “Hepatit C” virusları ən yeni dərman vasitələrinin köməyi ilə sağaldıla bilən xəstəliklərdir. İstər “Hepatit A”, istərsə də “B”, “C” və digər virusların klinikamızda mümkün qədər qısa zamanda tam zəmanətli şəkildə həm diaqnostikası, həm də müalicəsi aparılır. Hətta xəstəlik serotik duruma qədər gəlib çıxsa belə, bu mərhələdə virusu orqanizmdən atmaqlaya dondurmaqla qaraciyər sirrozunu gerilətmək mümkündür. Nəticədə, bu xəstəlikdən əziyyət çəkən insan normal həyatına dönə bilir. “Hepatit B”dən qorunmanın çox sadə yolu bu virusa qarşı peyvənd olunmaqdır. Bu peyvəndi 3 dəfə əzələ daxilinə iniyeksiya şəklində yeritməklə “Hepatit B”yə qarşı qorunma sistemi yaranmış olur. Belə olan halda həmin virusa yoluxma baş vermir. Bir faktı da unutmaq olmaz ki, “D” virusuHepatit B” virusu ilə birgə rast gəlinir. Yəni, “D” virusu yalnız “Hepatit B”li xəstələrdə müşahidə olunurçox qısa zaman ərzində - 2-3 il müddətinə qaraciyər sirrozuna gətirib çıxarır. Bu mənada “Hepatit B” virusunun peyvəndini vurmaqlaHepatit D”dən də qorunmuş oluruq. Ona görə də bütün vətəndaşlarımızı “Hepatit B” və “Hepatit D” dən qorunmaq üçün vaxtında müraciət etməyə, bu viruslara qarşı peyvənd olunmağa dəvət edirik.

 

- Hansı sosial qrupların, peşə sahiblərinin həm “Hepatit B”, həm də “Hepatit C” virusuna yoluxma ehtimalları yüksəkdir?

 

- İlk növbədə tibb işçiləri hepatitli xəstələrlə təmasda olduqları üçün risk daşıyırlar. Bundan əlavə məhbus həyatı yaşayan, narkotik vasitə qəbul edən, gözəllik və tatu salonlarında işləyən, oraya müraciət edənlər, homoseksuallar risk qrupuna aid edilir. Eləcə də hamilə qadınlar bu qrupa daxildir. Ona görə də bu insanların mütəmadi şəkildə yoxlanılması, qan analizindən keçməsi vacibdir.

 

Bir acınacaqlı məqamı da qeyd etmək istəyirəm ki, cəmiyyətdə Hepatitlə bağlı yanlış təsəvvür formalaşıb. Məsələn, bir çoxları deyirlər ki, “mən sağlam daşıyıcıyam”. Ümumiyyətlə, sağlam daşıyıcılıq “Hepatit B”yə məxsus olan bir termindir. Burada bir məqamı da unutmaq olmaz ki, xronikiHepatit B”nin təbii seyrinə nəzər salsaq, virus qarşımıza 4 mərhələdə gəlir: İmmun klerens, immun tolerans, imaktiv daşıyıcılıq (sağlam daşıyıcılıq) və reaktivasion mərhələ. İmmun klerenssağlam daşıyıcılıq mərhələlərində virusun yükünə, qaraciyər enzimlərinin miqdarına mütləq nəzər salmaq lazımdır. Xəstə sağlam daşıyıcılıq mərhələsində olsa da, bu, ömür boyu belə davam etməyəcək. Bəzi faktorların təsiri nəticəsində sağlam daşıyıcı olanHepatit B” xəstəsində virus aktivləşib qanda miqdarını artıraraq qaraciyərə zərərli təsir göstərir. Həm “Hepatit B”, həm də “Hepatit C” məhz 80 faiz parenteral dediyimiz qan təması vasitəsilə əmələ gəlir.

 

- Doktor, bizdə xəstələrin xeyli hissəsinin sağlamlıqla bağlı hər hansı şikayəti olanda, müayinə və müalicədən ötrü elə ilk imkandaca yaxın xaricə üz tutduqları danılmaz reallıqdır. Sizcə, buna nə dərəcədə ehtiyac və əsas var? Belə halların kütləviləşməsini yaradılan haqsız rəyin, yanlış təbliğatın nəticəsi saymaq olarmı? Xəstələrin Azərbaycan həkimlərinə, öz klinikalarımıza güvənmələrinin zamanı çatmayıbmı?

 

- Son dövrlərdə insanlarımız buya digər səbəblərdən xarici ölkərdə yerləşən tibb müəssisələrinə üz tuturlar. Halbuki bunun üçün heç bir ciddi səbəb yoxdur. Çünki son zamanlar Azərbaycan səhiyyəsi kifayət qədər yüksək templə inkişaf edir. Hazırda səhiyyəmiz bir çox cəhətlərinə görə bəzi qonşu ölkələrdən üstün vəziyyətdədir. Ona görə də ardıcıl şəkildə xarici ölkələrin səhiyyə müəssisələrinə müayinə və müalicəyə getmək, sadəcə, əlavə vəsait və zaman itkisidir. Əminliklə söyləyə bilərəm ki, ölkəmizdəki qabaqcıl tibb müəssisələrində, eləcə də bizim klinikada bütün sahələr üzrə peşəkar həkimlərimiz tibdə olan ən son nailiyyətləri, yenilikləri və cərrahi əməliyyatları uğurla həyata keçirirlər. İnsanlarımız tibbin ən son yeniliklərini, düzgün diaqnostika və müalicə işini uğurla həyata keçirən peşəkar həkimlərimizə üz tutmaqla həm müxtəlif müayinələrdən keçə, həm də aşkarlanmış xəstəliklərdən vaxtında, keyfiyyətli müalicə oluna bilərlər.

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.20.