Azərbaycanlı musiqiçi
Parisdə konsert verdi
Parisin “Reservoir” klubunda
istedadlı bəstəkar
və pianoçu Etibar Əsədlinin konserti olub.
Konsertdə azərbaycanlı bəstəkarı
Linley Marthe (bass) və
Tilo Bertholo (zərb alətləri) müşayiət ediblər.
Kluba toplaşan
musiqisevərlərə Azərbaycan
milli musiqisinin qərb caz sənətinin
incə və ritmik çalarları ilə ahəngli sintezindən ibarət möhtəşəm konsert
təqdim olunub. Etibar Əsədlinin bəstələdiyi
“İthaf”, “Həftə
sonu”, “Gecikirəm” mahnıları, eləcə
də onun aranjemanında “Qara qaşın vəsməsi”,
“Əlində sazın
qurbanı”, “Lay-lay” Azərbaycan
xalq mahnıları səsləndirilib. Konsertdə həmçinin
bəstəkarın atası
Sahib Əsədlinin muğam
janrında bəstələdiyi
“Nəzr eyləmişəm”
kompozisiyası ifa edilib.
Qeyd edək ki, Bakıdakı
Bülbül adına orta ixtisas musiqi məktəbində klassik
piano təhsili alan Etibar Əsədli sonradan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq
fakültəsini bitirib.
Hazırda Fransada yaşayan
gənc bəstəkarın
“EDY” adlı studiyası
var. O, eyni zamanda Paris
Didier Lockvood Musiqi Mərkəzində təhsilini
davam etdirir.
525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.13.