Yol kənarı” gənc aktyorların təqdimatında

 

 

BakıdaYol kənarıadlı bədii filmin təqdimatı olub.

 

Ekran əsəri gənc rejissor Anar Qasımovun quruluşunda təqdim edilib.

 

Filmin əsas ideyası gəncləri qumar bu tipli oyunlardan uzaqlaşdırmaqdır. Bu filmdə yolun kənarında yaşayan, kimsəsiz birinin özü kimi bir gəncə kömək etməyə çalışmasından bəhs edilir. Sonda öz həyat yolu yarımçıq qalsa da, gəncin həyatını xilas edə bilir”, - deyə filmin rejissoru Anar Qasımov bildirib. Ekran əsərinin ssenari müəllifi Anar Qasımovdur.

 

Tərbiyəvi və maarifləndirici əhəmiyyət daşıyan ekran əsərində rollara gənc aktyorlardan ibarət heyət - Ruzi Qasımzadə, Azad Hüseynli, Pərviz Nəbiyev, Vüsalə Məmmədova, Kamran Mustafayev, Əli Əhmədli, Məmməd Məhərrəmov, Kənan Qasımlı və başqaları çəkilib.

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.13.