Belə ağır işin öhdəsindən uğurla gəldiniz...

 

“ƏDƏBİYYAT QƏZETİ”NİN BAŞ REDAKTORU AZƏR TURANA AÇIQ MƏKTUB

 

 

 

Hörmətli Azər müəllim!

 

SizinƏdəbiyyat qəzeti”nin baş redaktoru təyin olunmağınızdan ədəbi ictimaiyyət, heç şübhəsiz, müəyyən yeniliklər gözləyirdi, ancaq etiraf edim ki, mən daxil olmaqla, bu qədər uğur ummaq, yəqin ki, heç kimin ağlına gəlmirdi. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan Yazıçılar Birliyilə yaşıd olanƏdəbiyyat qəzetiuzun illərdir ki, Azərbaycan ədəbiyyatında, milli ədəbi-ictimai təfəkkürdə baş vermiş mürəkkəb proseslərin mərkəzində dayanmaqla elə bir zəngin tarixi təcrübə qazanmışdı ki, bu təcrübənin fövqünə qalxmaq, yeni yaradıcılıq ( üslub) texnologiyaları nümayiş etdirmək, hər bir materialı ( ümumən qəzeti) bugünün oxucusuna (əslində, yazıçısına!) oxutdurmağa nail olmaq çətin məsələ idi. Ancaq siz belə bir ağır ( şərəfli) işin öhdəsindən uğurla gəldiniz, əsl ədəbiyyat adamlarının hər bir sayını maraqla, bəzən isə hətta səbirsizliklə gözlədikləri bir qəzet nəşr etməklə göstərdiniz ki, hələ bu ədalı, iddialı, çox zaman maddi tələbatlardan asılı dünyada ( dövrdə) yazan da var, oxuyan da; düşünən var, sağlam düşüncəni bölüşdürənlər ; ağıllı, təsirli söz deyən var, həmin sözü eşidənlər ...

 

Siz Azərbaycan, ümumiyyətlə dünya ədəbiyyatı klassiklərinin ciddi tədqiqatçısı, ümumtürk mədəniyyətinin həssas interpretatoru, müasir milli esseistikanın yaradıcılarından biri kimi tanınırsınız. baş redaktorluq fəaliyyətinizdəki uğurunuz, fikrimcə, əsasən ondan irəli gəldi ki, mövcud istedadınızı ( həmin sahələrdəki kifayət qədər zəngin yaradıcılıq təcrübənizi) heç bir qısqanclıq ya tərəddüd eləmədən bütünlüklə qəzetə gətirdiniz, hər bir müəllifin az-çox uğurlu yazısını öz yazınız kimi sevə-sevə ( sevinə-sevinə!) təqdim etdiniz...

 

Yadıma düşür ki, keçən əsrin 70-ci, 80-ci illərində, o dövrün indiki ilə müqayisə olunmayan məhdud siyasi-ideoloji şəraitindəƏdəbiyyat qəzeti”nin baş redaktoru Nəriman Həsənzadə belə bir yol tutmuşdu. Qəzetin tirajı yüz mini keçsə , adətən, günortadan sonra köşklərdə tapılmırdı... Əlbəttə, bugünün reallığı tirajı nəinki yüz mini, hətta on mini keçən qəzetdən belə danışmağa imkan verməsə , mahiyyət, prinsip etibarilə, dəyişmir: “Ədəbiyyat qəzetiilə əsl ədəbiyyat adamları arasındakı yaradıcılıq əməkdaşlığı, mənəvi bağlar o qədər möhkəm olmalıdır ki, heç biri özünü tənha hesab etməsin: qəzet, ədəbiyyat adamı... Bununla belə mən o qədər az olmayan qəzetçilik təcrübəmdən bilirəm ki, öz sözü olmayan, yaxud ədəbiyyatətrafı müəllifləri, qədər dedi-qodu yaratmağa cəhd edib qəzetin, ənənəvi olaraq, onun baş redaktorunundüşmən”inə çevrilsələr , yalnız bir dəfə çap etmək olar ki, söz-sözə gələndə oxucular da kimin haqlı, kimin haqsız olduğuna münsiflik eləmək imkanına malik olsunlar. Qrafoman ikinci, yaxud üçüncü dəfə çap olunarsa, həm qəzetin, həm onun xidmət etdiyi ədəbi idealların bərəkəti qaçır... Siz isə artıq çoxumuzdan yaxşı bilirsiniz ki, belə şeylər üçün döyüşmək lazım gəlir. heç kimə sirr deyil ki, dahi sələflərimiz Həsən bəy Zərdabi , Əli bəy Hüseynzadə , Mirzə Cəlil döyüşmüşlər. Əgər bütün bunlar olmasaydı, Əkinçi”, Füyuzat”, Molla Nəsrəddinolardı.

 

Böyük yolun davamçısı olanƏdəbiyyat qəzetibu gün həm yaşlı ( təcrübəli) ədəbi nəslə hörmətlə yanaşır, həm orta nəsli gen-bol çap edir, həm gəncliyə geniş yer verməklə onların üzərinə ciddi məsuliyyət qoyur. mən görürəm ki, hələ bir neçə il əvvəl Universitet tələbəsi olmuş gənclərin öz müəllimlərini belə heyrətə salan dərin elmi-nəzəri məqalələri çap olunur; yalnız Azərbaycan yox, ümumən dünya ədəbiyyatında gedən ideya-estetik proseslər peşəkarlıqla şərh edilir... Rüstəm Kamalın, Elnarə Akimovanın, İradə Musayevanın... hər məqaləsində mütləq yeni bir fikir deyilir. Hər yeni imza az ya çox dərəcədə öz yeni mövqeyi, öz çəkisi ilə təzahür edir...

 

Hörmətli Azər müəllim!

 

gizlədim, hərdən dedi-qodular da eşidirik. Ancaq bunlar sizin gördüyünüz mühüm işlər qarşısında o qədər kiçik, mənasız miskindir ki, bəlkə , yada salmağa dəyməzdi... mən istəməzdim ki, bu cür şeylər sizin əlinizi işdən soyutsun. Əksinə, istərdim ki, daha güclü, daha inamlı, daha enerjili etsin ki, haqq nahaqqı üstələməsin, ədəbiyyat cəbhəsində zəiflik, hərcmərclik olmasın...

 

Sizə böyük hörmətlə, daha böyük uğurlar arzusu ilə...

 

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2016.- 10 sentyabr.- S.11.