Ustad müəllim və tədqiqatçı

 

 

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Rafiq Meyxoş oğlu Quliyevin 60 yaşı tamam olur.

 

Rafiq Quliyev 1956-cı ildə Cəlilabad şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra BDU-nun (ovaxtkı ADU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirərək Ural Elmi Mərkəzinə ezam edilib, əvvəlcə stajor-tədqiqatçı, sonra isə məqsədli aspirant olub. 1983-1988-ci illərdə AMEA-nın İqtisadi Sistemlər İnstitutunda (ovaxtkı Kibernetika İnstitutu) elmi işçi vəzifəsində çalışıb, 1988-ci ildən hal-hazıra qədər fasiləsiz BDU-da işləyir.

 

Rafiq müəllim BDU-da çalışdığı müddətdə özünü bacarıqlı, işgüzar müəllim tələbkar tədqiqatçı kimi tanıdıb. Müəllimlər arasında böyük hörməti olan, tələbələr tərəfindən sevilən R.Quliyev elmi dəyərlərlə yanaşı çoxlu sayda insani dəyərlərə malikdir. Elə bütün bunlara görə, universitet kollektivinin dərin hörmətini qazanıb.

 

Şərqin böyük filosofu şairi Əlişir Nəvainin "bilik müdriklik insanın bəzəyidir" sözlərini tamamilə Rafiq müəllimə şamil etmək olar. Çünki o təvazökar, qayğıkeş hörmətcil insandır.

 

Rafiq müəllim 30 ildən artıqdır ki, Azərbaycanda xüsusi istedada malik şagirdlərin respublika beynəlxalq riyaziyyat olimpiadalarına seçilməsi, iştirakı hazırlanması prosesinə bilavasitə rəhbərlik  edir. Sevindirici haldır ki, hər il onun rəhbərliyi altında olimpiadaçı şagirdlər dünyanın müxtəlif ölkələrində uğurla çıxış edərək müxtəlif ranqlı medallara layiq görülürlər. O bir neçə dəfə gənc nəslin yetişdirilməsində böyük xidmətlərə elmin, təhsilin inkişafında roluna görə BDU-nun Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.

 

Hamımızın sevimlisi əzizi olan Rafiq müəllimi BDU-nun Tətbiqi riyaziyyat kibernetika fakültəsinin professor-müəllim kollektivi adından şanlı yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, uzun ömür xoşbəxtlik, işlərində daha böyük uğurlar qazanmasını  arzu edirik.

 

Məhəmməd MEHDİYEV, Tətbiqi riyaziyyat kibernetika fakültəsinin dekanı, akademik             

Fərhad MİRZƏYEV, İqtisadi kibernetika kafedrasının müdiri, dosent

 

525-ci qəzet.- 15 sentyabr.- S.4.