Sona Vəliyevanın İşığa gedən yol kitabının imza günü keçirildi

 

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın İşığa gedən yol kitabının təqdimat mərasimi keçirilib.

 

Xəzər Xəbərin məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, KİV rəhbərləri ziyalılar iştirak edib.

 

Əvvəlcə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada imza mərasimi olub.

 

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, kitab Həsən bəy Zərdabinin ömür yoluna həsr edilib.

 

K.Tahirov qeyd edib ki, müəllif iri həcmli romanla Həsən bəy Zərdabiyə heykəl qoyub: "Kitabda Həsən bəy Zərdabiyə çox böyük qiymət verilir, onun gördüyü işlər yüksək dəyərləndirilir. Bu kitab nümunə olmalıdır. Belə kitablar çox yazılmalıdır. Ümumiyyətlə, şəxsiyyətlər haqqında bu cür məlumatların toplanması təqdirəlayiqdir. Biz bunu gənc nəsilə ötürməliyik.

 

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, tarixi şəxsiyyətlərlə bağlı əsər yaratmaq məsuliyyətli işdir təəssüflər olsun ki, bu cür əsərlər azdır: Həsən bəy Zərdabi haqqında məqalələrə, publisistik materiallara rast gəlinsə , onun haqqında ətraflı, ömrünü tam əks etdirən əsər olmayıb".

 

Nazir müavini Sona Vəliyevanın milli mətbuatımızın banisinin ömür yolunu bu cür geniş şəkildə təsvir etməsini son illərin hadisəsi uğuru kimi dəyərləndirib: Kitab həm geniş oxucular üçün nəzərdə tutulub, həm Zərdabişünaslar, mütəxəssislər üçün dəyərli nəşrdir. Kitabın dili rəvandır, oxunaqlıdır, oxucular hadisələri çox rahatlıqla başa düşür. Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir. Bu kitabda Həsən bəy Zərdabi haqqında ətraflı məlumat verilir. İndiyə qədər onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Məlumatlara baxanda bilinir ki, kitabın müəllifi xeyli əziyyət çəkib. Çox qiymətli əsərdir. Bu kitab Həsən bəy Zərdabi irsini öyrənənlər üçün nümunədir. Bu əsərdə tarix gözümüzün qarşısında canlanır. Ümid edirəm ki, Sona Vəliyeva digər şəxsiyyətlərlə bağlı da işini davam etdirəcək.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli kitabın müəlifi S.Vəliyevaya təşəkkürünü bildirib: Bu kitabda Həsən bəy Zərdabinin ömrü əhatə olunub, geniş məlumat verilib. Bu əsər jurnalistlər, tədqiqatçılar üçün mənbə ola bilər. Bu kitabın ərsəyə gətirilməsi hadisədir.

 

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov qeyd edib ki, İşığa gedən yol kitabı şuranın Ali media mükafatına layiq görülüb.

 

Ə.Amaşov qeyd edib ki, 20-ci əsrin əvvəllərində Azərbaycanda xeyli tanınmış şəxsiyyət olub, onlar haqqında məlumatların toplanması mühüm məsələdir: Həsən bəy Zərdabi belə şəxsiyyətlərdən olub. Bu kitab Həsən bəy haqqında ilk irihəcmli romandır. Bu əsər asan başa gəlməyib. Kitabın müəllifi Sona Vəliyeva bu işin öhdəsində gəlməyi bacarıb. Bu kitab hər kəsin, xüsusilə jurnalistlərin stolüstü kitabına çevrilməlidir.

 

Milli Məclisinin deputatı Nizami Cəfərov çıxış edərək kitab haqqında fikirlərini bildirib. Digər iştirakçılar da kitabla bağlı fikirlərini bildiriblər, əsərin əhəmiyyətini vurğulayıblar.

 

Milli Məclisin deputatı Nizami Cəfərov kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında yeni əsərin yaradılması sevindirici haldır.

 

Milli Məclisin deputatı Elmira Axundova kitabın rus ingilis dillərinə tərcümə edilməsi təklifi ilə çıxış edib.

 

Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir başqaları İşığa gedən yol kitabının tarixi bədii əhəmiyyətindən danışıb, əsərin Azərbaycanın böyük şəxsiyyətlərinin tarixinin öyrənilməsində dəyərli mənbə olduğunu diqqətə çatdırıblar. Çıxışçılar kitab əsasında bədii filmin çəkilməsi təklifini də səsləndiriblər.

 

Təqdimat mərasiminin sonunda çıxış edən müəllif bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi səbəbi var: Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi borcumuz, övladlıq borcumuz, azad yaşamağımızda vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idiona sonsuz sevgim var. Kitabla bağlı rəy yazanlara təşəkkürümü bildirirəm. Bundan sonra da Azərbaycanın həyatında mühüm rol oynayan şəxslərlə bağlı əsərlər ərsəyə gələcək.

 

 

Müşfiq Şükürlü

 

525-ci qəzet.- 2016.- 24 sentyabr.- S9.