Hürufilik dini-mistik təlim kimi: yaranması, mənbəyi və mahiyyəti

 

 

Azərbaycan Yaxın Şərqin tarixində, orta əsrlərdəki mədəni-ictimai həyatında, eləcə bu məkanın ədəbiyyatında xüsusi yer tutan Hürufilik yarandığı dövrdən etibarən mədəni, ədəbi aləmə siyasi dairələrə təsir göstərib.

 

Yayıldığı bölgənin sosial-ictimai vəziyyətini qismən dəyişən hürufilik haqda tədqiqatlar, əslində, düşündüyümüz qədər çox deyil.

 

Bu səbəbdən hürufiliyi, onun mahiyyətini, yaranıb intişar tapdığı dövrü bir az ətraflı işıqlandırmağa, bu mövzuda dolğun məlumat öyrənməyə ehtiyac duyduq.

 

Bunun üçün tədqiqatçılarımızdan filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli ilə söhbət etdik. 

 

(Əvvəli ötən sayımızda)

 

Tədqiqatçı Dilavər Əzimli hürufilər üçün hərf rəqəmlərin müqəddəsliyini bu cür izah edir: "Hürufiliyin təməlində insanların inanc dünyasını təsiri altına almış bir görüş vardır: hərflər rəqəmlər müqəddəsdir. Onların mahiyyəti açılarsa, batini gerçəkliklərə, yəni ilahi sirlərə çatmaq mümkündür.  İslam aləmində bu ilm-i huruf (hərflər elmi) olaraq bilinir. Hərf rəqəmlərə ilahi anlamlar vermə  çabasının ən əski örnəkləri Mesopotamiya Misirdə ortaya çıxmışdır. Mesopotamiya Misirin təsiri altında yəhudilər hərflərə rəqəmlərə müqəddəslik gətirmə meyarını dini təlimə keçirmişdilər. Hərflər elmi Tövratda da təmsil olunur kökəni təfsirə dayanır. "Quran"da lam-əlif, fars əlifbasına qatılmış dörd hərfin yerini alır. Hərflər, yazının, sözün əsas qarşılıqlarıdırlar. İlahi Kəlam, yəni Loqos onlardır. Fars əlifbasının otuz iki hərfi Tanrının Birliyinin, İlahi Vəhdətin rəmzidir insanoğlunun üzündə, vücudunda, ruhunda təcəlla edir. Fəzlullah otuz iki hərfin gerçəkdə bir tək hərf olduğunu hər hərfdə Varlığın Birliyinin (Vəhdəti- Vücud) görüldüyünü söyləyir. Hər hərf dörd formadan ibarətdir. Bu da torpaq, hava, su od deməkdir. İnsan özündə bütün aləmləri toplamış bir kiçik kainatdır. İnsanın ilahiləşdirilməsi hürufi təliminin təməlini təşkil edir. Yaradıcı özünün kamalını yaratdığı insanda əks etdirir".

 

Səadət Şıxıyevanın fikrincə, hürufilik Şərq fəlsəfəsinə söykənir: "Orta çağ mütəfəkkirlərinə görə, Quranın görünən görünməyən tərəfi var. Yəni, Quran mətni zahiri batini anlamlara malikdir. Hürufilər digər batini təriqətlərin nümayəndələri kimi Quranda söylənilənləri hərfi mənada qəbul etmirdilər. Onların məqsədi Quran mətninin arxa planındakı sirri açmaq insanlara çatdırmaq idi. Əslində, hürufilər Quranı fərqli tərzdə izah etmək ya bilərəkdən təhrif etmək məqsədi güdmürdülər. Quran şərhçiləri, hətta orta çağ filosofları, şairlər surələrin başında keçən tək-tək hərfləri mənalandıraraq, onlara müxtəlif yozumlar veriblər. Ümumiyyətlə, islami çevrələrdə Quranın bu özəlliyini  təfsir etmək artıq bir ənənə şəklində var idi. Fəzlullahın da bu təlimi həmin Şərq fəlsəfi, dini, bədii təsəvvüfi fikrinə söykənir. Bu mənada hürufilik heç  , bəzi türk tədqiqatçılarının dediyi kimi, "uydurma bir din" deyildi, əksinə, dərin fəlsəfi-fikri zəmini var idi. Fəzlullah bu ənənənin içindən sadəcə bir istiqaməti seçərək, onu ön plana çıxardı öz təliminə fərqli bir ad, fərqli bir biçim vermiş oldu".

 

Dilavər Əzimli hürufilərin Qurana batini zahiri yanaşmalarını aşağıdakı şəkildə açıqlayır: "Sufilər,  o cümlədən, hürufilər üçün iki Quran var. Şəriətdəki Quran bir Batini Quran. Onlar düşünürlər ki, Allahın vəhylərini hər kəs aça bilməz, bunun üçün batini elmə malik olmalısan. Bax, əsl Quran da odur! Batini elm Məhəmməd  peyğəmbərə verilib, o isə bunu Həzrət Əliyə ötürüb. Ondan isə sonrakı imamlara keçibdir. Sonuncu imam da Mehdi, yəni, Fəzlullahın özüdür. O, hürufilərə məhz həmin batini elmdən xəbərlər verirdi". Dilavər Əzimli əlavə edir ki, hürufilər kainatın tarixini üç dövrə bölürlər: "Kainata (Kosmos) üç dönəm hakim olmuşdur. Birincisi, Adəmlə başlayan Məhəmmədlə sona çatan peyğəmbərlik dönəmidir. İkincisi, Əli ilə başlayan on birinci İmam Həsən əl-Əskəri ilə sona yetən imamlar dönəmidir. nəhayət üçüncüsü, Fəzlullahla başlayan Uluhiyət (Tanrısallıq) dönəmidir. Göndərilənlərin ən mükəmməli sonuncusu Mehdidir ki, o da Fəzlullahdan başqası deyildir...Tanrı insandan başqa yerdə axtarılmaz. Tanrının taxtı insanoğlunun könlündədir. Fəqət Tanrı onda ancaq kamalın ən yüksək nöqtəsinə yetişdiyi zaman təcəssüm edər. Bu da şəhadət iztirabları özünü fəda etmə yolu ilə əldə edilir".

 

Səadət Şıxıyeva Fəzlullahın təsəvvüfi etiqadını bu cür mənalandırır: "Fəzlullah özünü heç vaxt Tanrının eyni bilmir. Sadəcə, ilahi ruhun onda təcəlla etdiyini düşünür özünü onun məzhəri bilir. Özünü ilahi ruhun daşıyıcısı bilmək mənəvi təkamülün, mənəvi paklanmanın nəticəsi idi. Fəzlullahdan əvvəl , sonra da bir çox təsəvvüf şeyxləri özünü o ali varlığın - Allahın yer üzündə təmsilçisi, məzhəri olaraq görürdü. Fəzlullahın özünü Allah hesab etməsi ilə bağlı heç bir hürufi mənbəsində məlumat yoxdur ola da bilməz... "Bəqərə" surəsində təqribən bu məzmunda bir ayə yer alır: "Adəm Allahın yer üzündə xəlifəsidir". Fəzlullah da bu ayənin təsiri ilə "Cavidannamə"də əsaslandırır ki, o, Adəmin - ilk insan ilk peyğəmbərin ruhunun daşıyıcısıdır. Ümumiyyətlə, hürufilər bəşərin mənəvi təkamülündə üç mərhələni vurğulayırdılar: nübüvvət, vilayət uluhiyyət. Fəzlullah da birbaşa deyil, dolayısı ilə, maddiliyin asılılığından azad olan varlığı ilə uluhiyyət mərhələsinə çatdığını deyirdi". 

 

Günümüzdə hürufilik...

 

Dilavər Əzimli hürufiliyin mahiyyətində tolerantlıq humanizm olduğunu düşünür: "Hürufilər kamil insana söykənən yeni sistem yaratdılar bu sistemin ardınca kütlələr getdi. Onlar insanı Allahın təcəllası kimi görürdü. İnsanlar cahil kamil olurlar. Cahil dağıdır, kamil isə yaradır. Allah insanı çox sevir. Çünki insan ondan ayrılmış parçadır. Kamil insan da Allahı sevir ona qovuşur, onda itir, Tanrısallaşır. Bu bəşəri bir sistemdir. Bu sistemə yiyələnən qan tökərmi, müharibələr edərmi, torpaqlar işğal edərmi? Hamı şad xürrəm yaşayar. Xürrəmilik , hürufilik buna söykənirdi. Onlar çoxlu sayda insanları saf işığa çağırdılar, dünyagörüşünü dəyişdilər. Bu gün insanlara tolerantlıq humanizmdən mühazirələr deyənlər, elə hürufiliyə müraciət etsinlər. Məncə, bu kifayət edər. Tolerantlıq humanizmi bizə XX əsr Avropa mədəniyyəti təqdim etməyib... Hürufilər bizə insanı sevməyi, onu Allahın bir parçası bilməyi öyrədirdilər. İnsan Allahın özünə bənzər yaratdığı bir möcüzədir. Onu sadəcə sevmək lazımdır. İnsana milliliyinə, etnikliyinə görə yanaşılmaz. Əlbəttə, bu millət həmin düşüncələrin, duyğuların genetik daşıyıcısıdır. Ümumiyyətlə, Azərbaycan dünya mədəniyyətini yaradan ərazilərdən biridir. Bu prosesdə təkcə hürufilik yox, xürrəmilik, xəlvətilik qızılbaşlıq da rol oynayıb".

 

Səadət Şıxıyeva deyir ki, hürufilik günümüzdə yaşamaqdadır: "Bu gün hürufilik görüşlərinin bir qismi Türkiyədəki ələvi-bəktaşi dairələrində yaşamaqdadır. İranda gizli fəaliyyət göstərən əhli-həqlərin həmin təlimin davamçıları olduğu düşünülür. Fəaliyyəti ərəb torpaqları ilə bağlı olan kakaiye ilə hürufilik arasında  səsləşmə olması barədə qənaətlər var".

 

Dilavər Əzimli hürufilərin bugün fəaliyyət göstərdiklərini bildirir: "Xürrəmiliyin hürufiliyə, hürufiliyin isə bəktaşiliyə, qızılbaşlığa böyük təsiri olub. Xətai şeirlərində hürufiliyə böyük yer ayırır. Deməli, hürufilər Fəzlullahın ölümündən sonra yoxa çıxmadılar, Azərbaycanda qızılbaşların içərisində öz ideyalarını davam etdirdilər. Onlar əhli-haqqlar idilər. Bu gün  isə hürufilər əhli-haqlar ələvilər içərisində fəaliyyətlərini davam etdirirlər".

 

Müşfiq ŞÜKÜRLÜ

 

525-ci qəzet.- 2016.- 29 sentyabr.- S.7.