Füzulinin kitabı Daşkənddə
özbəkcə çap olunub
Daşkənddəki "Hilol-naşr" nəşriyyatı
böyük Azərbaycan
şairi Məhəmməd
Füzulinin "Qəlb
gövhəri" adlı
kitabını özbək
dilində nəşr
edib.
Kitabda verilən əsərləri
Azərbaycan və fars dillərindən
özbək dilinə
filologiya elmləri namizədi Erqaş Oçilov tərcümə
edib.
E. Oçilov kitaba "Türk xalqlarının müştərək şairi"
adlı "Ön söz" yazıb. Bu yazıda böyük
şairin həyatı,
yaradıcılığı, dövrü haqqında ətraflı məlumat verilir, əsərləri təhlil edilir.
Nəfis tərtibatlı 431 səhifəlik nəşrdə
şairin qəzəlləri, tərkibəndləri,
müxəmməsləri, məsnəviləri, rübailəri,
həmçinin "Fars divanı" yer alıb.
525-ci qəzet.- 2016.- 6 yanvar.- S.7.