Azərpaşa Nemət Milli Dram Teatrının direktoru təyin edilib

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurumun bədii rəhbəri və direktoru vəzifəsinə yeni təyinatla bağlı tədbir keçirilib.

 

SalamNews xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarına əsasən nazir Əbülfəs Qarayevin 5 yanvar 2016-cı il tarixli müvafiq əmrinə uyğun olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azər Paşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə təyin edilib.

 

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri teatrın kollektivinə təqdim edib.

 

525-ci qəzet.- 2016.- 7 yanvar.- S.7