Yoxluğun inanılası deyil...

 

UNUDULMAZ ARİF ƏMRAHOĞLUNUN XATİRƏSİNƏ

 

 

Təyinatımla əlaqədar rayonda işləsəm , ayda 3-4 dəfə telefon zəngilə hal-əhval tuturdum.

 

Deyim ki, o da mənimlə, çətinliyimi bilib zəngləşirdi. Sonuncu dəfə qızının toyu ilə əlaqədar söhbət etmişdik. Aradan on gün keçmişdi, zəng vurub toyla əlaqədar vaxtı soruşmaq istədim. Telefonu cavab vermədi...  Səhəri gün bir zəng etdim. Həyat yoldaşı Təranə xanım doluxsunmuş halda cavab verdi ki, Arif dünən xəstəxanada ağır əməliyyat olunub. Bakıya onu yoxlamağa gələndə onkoloji xəstəxanada idi. Tibb bacısı dedi ki, şənbə günü olduğundan bağ evinə aparıblar. Telefon edib yenə Təranə xanımdan vəziyyəti soruşdum. "Bağ çətin yerdədir, - dedi, - tapa bilməzsən". Mən elə yaxşı vəziyyətdə deyildim. Diabetim 390-418, ürək bir tərəfdən. Təranə xanım: "Müalicəni götür, şənbə günü gələrsən" - dedi. Bəli, şənbə günü. Gəldim, amma dəfnə. Arifi, otuz illik yaxın dostumu, Azərbaycan alimini, qeyrətli bir oğulu, böyük ziyalını son mənzilə yola salmaqdan ötrü.

 

1980-ci illərin ortaları idi. "Abdulla Şaiqin bədii nəsri" mövzusunda namizədlik dissertasiyası üzərində işləyirdim. Nizami adına Ədəbiyyat İnstitutunda elanlar lövhəsində "Drujba narodov" jurnalında çap olunan məqaləsinə görə İnstitut rəhbərliyi Arif Məmmədovu təbrik etmişdi. Yaddaşım məni aldatmırsa, o məqalə "Mən xoşbəxtəm ki, anlamağa qadirəm" adlanırdı Xalq yazıçısı Anarın "Sizsiz" əsəri haqqında idi. Arif professor Kamran Məmmədovun rəhbərlik etdiyi şöbədə işləyirdi. Mənim elmi rəhbərim həmin şöbənin professoru Əflatun Saraclı  olduğundan şöbənin əməkdaşlarının nəinki yeni nəşr olunan kitabları, hətta məqalələri ilə maraqlanır, uğurlarına sevinirdim. Arif Məmmədovla - yaşından böyük görünən, ciddi, az danışan, elmi mübahisələrdə güzəştə getməyən bir gənci az bir vaxtda şöbədə tanıdım. O vaxtları professorlar Muxtar İmanov, Əflatun Saraclı, Zaman Əsgərli, Kamran Əliyev, İslam Ağayev, Hüseyn İsrafilov, Şamil Vəliyev, Alxan Məmmədov bizim şöbədə işləyirdilər.

 

Moskvada çap olunan məqaləsi ilə əlaqədar Arifi təbrik etdim. Sonralar digər yoldaşlar kimi onunla isti ünsiyyətimiz yarandı. Kənddə yaşadığım üçün "Əkinçi" qəzetində, Arifin nəşr edilən yeni kitabı haqqında "Tanıdığım imza" sərlövhəli məqaləmi yazdım. Arif o illər Azərbaycan Televiziyasında "Ədəbi jurnalların səhifələrində" adlı bir veriliş aparırdı. Tale elə gətirdi ki, yaradıcılıq yaxınlığı ailə yaxınlığına çevrildi. Təbii ki, biz ailəlikcə Bakı şəhərinə köçəndən sonra. Arif nəyi kimi oxuyurdusa onu müzakirə etməkdən, məziyyətlərindən, o əsərin səciyyəvi xüsusiyyətlərindən danışmaqdan doymazdı. Həm elə situasiya yaradırdı ki, əgər sözü gedən əsəri oxumamısansa, tezliklə oxuyub deyilən münasibətlərə ", yox" deməyi bacarmalıydın. Mən "İki sahil", "Arqumentı i faktı" qəzetlərində əməkdaşlıq edərkən ədəbiyyatın problemləri ilə əlaqədar Arifdən yazılar yazmış, müsahibələr götürmüşəm. Onilliklər bir-birini əvəz etdikcə onun elmə olan münasibətində, vəziyyətlərdən asılı olmayaraq, qəti deyə bilərəm ki, dəyişiklik olmurdu. Hətta qızlarının orta ali məktəblərdə oxuyarkən dərsləri, imtahanları ilə ciddi maraqlanması, həyat yoldaşı, riyaziyyat müəlliməsi Təranə xanımın dərsləri, işi ilə mütəmadi maraqlanması onu bir ailə başçısı kimi, bir ata kimi bütövlüyündən, şərqlilərə məxsus kişi xüsusiyyətindən xəbər verirdi.

 

Arif çox işləyirdi. vaxt gedirdin, yazı masasının arxasında idi. Bizə gələndə yeni aldığım kitabları tez nəzərdən keçirirdi. "Deyəsən hamısını oxumusan, qeydlərdən görürəm, niyə məqalə yazmırsan" - deyirdi. Daim məni kitab nəşr etdirməyə təhrik edirdi. 1990-cı ildə "Nəsrin poetikası" kitabını avtoqrafla mənə verəndə yazmışdı ki:"... "A.Şaiqin nəsri" kitabını oxumaq arzusuyla". Deyirdim, ay qardaş, mənə dedin, dedin, doktorluq dissertasiyasını işləyib qurtardım, bəs özün niyə tamamlamırsan?" Son illər ona acığım tuturdu ki, ətrafına bax, tez elə, dəstədən geri qalma, işini yekunlaşdır. "Baba, mütləq yekunlaşdıracağam", - deyirdi.

 

Klassiklərimiz, əsasən M.F.Axundov C.Məmmədquluzadə haqqında qədər söz deyilib, kitab yazılıbsa bu ünlü sənətkarlar haqqında Arif Məmmədov kimi nəzəri, onların əsərlərinin poetikası haqqında fikir deyən olmayıb. (Bu fikirləri Arifin dəfn mərasimində akademik İsa Həbibbəyli vurğuladı -B.B)

 

Forma məzmunun öyrənilməsinin bir sıra problemlərini birləşdirən müəllif obrazının, eləcə bütövlükdə narratologiyanın (təhkiyənin qanunauyğunluqlarının öyrənilməsi haqqında elmdir - B.B) tədqiqi Azərbaycan ədəbiyyatşünaslığı üçün həm xüsusi elmi-nəzəri, həm praktik əhəmiyyətli məsələ olduğundan Arif bizim ədəbiyyatşünaslıqda məncə bu işlə xronotopla ilkin məşğul olan nəzəriyyəçi alimlərdəndir. Rus ədəbiyyatşünaslığından isə M.Baxtin D. Lixaçov bu sahəni- nəsrin poetikasının komponentlərindən olan narratologiya xronotopla ilk məşğul olan alimlərdən olmuşlar.

 

"Ədəbiyyat qəzeti"ndə Arifin "Epik sözün poetik gücü" adlı kitabı haqqında məqalə yazmışdım. M.F.Axundzadə haqqında, nəsr əsərlərinin poetikasından bəhs olunurdu. Arifi tələbələri çox istəyirdi. Mən özəl universitetlərin birində tədris işləri üzrə prorektor jurnalistika kafedrasının müdiri olduğum vaxtlarda onu dərs deməyə dəvət edəndə , Azərbaycan Müəllimlər İnstitutunda magistratura doktorantura şöbəsinin müdiri olanda da onu, zəruri ehtiyac bilib, ora dəvət etmişəm. Tələbələrin alim həmkarlarının onu necə sevdiyinin şahidi olmuşam. qədər geniş qəlbli, erudisiyalı, çox mütaliə edən bir ziyalı idi.

 

Uzun illər Bakı Dövlət Universitetində çalışdı, Azərbaycan Yazıçılar Birliyində katib işlədi. Yazıçılar Birliyində otağına dərsdən sonra gedərdim. Ədəbi prosesdən söhbətlər edər, evə gedəndə yeni nəşrlərdən payımı verərdi, yaxınlıqda yaşadığımıza görə köhnə "Qaz-31"i ilə evimizə qədər gətirərdi. Ərinməz, yorulmaz, çox zövqlü, canıyanan insan idi. Yazıçılar Birliyinin sədri Anar müəllimə ehtiramı və məhəbbəti ürəkdən idi. Dedikcə çox istəyirdi Anar müəllimi, onun şəxsiyyətinə və yaradıcılığına böyük qiymət verirdi. Fikrət Qocanı poeziyasının özünəməxsusluğuna görə fikir, düşüncə poeziyasının öndə gedənlərindən sayırdı. Arif vəzifə həvəsində olan insan deyildi. Dərs deməyə, gənclərlə ünsiyyətdə olmağa, yazı yazmağa daha çox həvəsli idi. Bir vaxtlar Prezident Aparatında işləyəndə də "Yaradıcılıqdan qaldım" - deyirdi. Gənclərə xüsusi qayğı göstərirdi. İstedadlı   gənclərə daha çox köməklik göstərməyə cəhd edirdi, əlbəttə, imkanları daxilində. Arxasızlara dayaq duran idi Arif Əmrahoğlu.

 

Arifin "Ədəbiyyatımız, mənəviyyatımız" (bəlkə də bu kitabda Arif ürəyini boşaldıb. Yaşlı nəsillərlə yanaşı, yaşıdları və ya bir az ondan yaşlı olan yazıçı, şair, alimlər haqqında hər kəsin özünə uyğun, əlbəttə, əsərləri barəsində fikir-düşüncələrini bildirib. Onun məqalə və resenziyalarının hər biri o şəxslər və ya əsərlər haqqında manifestə bənzəyir. Gənc, gələcək tədqiqatçıların bu yazılardan dəyərli bir məxəz, həm də məramnamə kimi istifadə edəcəklərinə şübhə etmirəm) məqalələr, resenziyalar kitabı nəyə görəsə "Biz bu dünyadan gedər olduq...." bölməsi ilə açılır. Elə bil gedəsi olduğu ürəyinə damıbmış, fəqət onun ürəyi etibarlı oldu. Özü mənə bir dəfə dedi ki, ürəyim kişi oldu, xəbərdarlıq etdi ki, ağrıyıram. O vaxtlardan müalicəsinə başladı. Nankorluq edən başqa xəstəlik, başqa orqan oldu...

 

Açıq ürək əməliyyatı keçirdiyim vaxtda - 30 dekabr 2015-ci ildə, bir soyuq qış gecəsi birnəfəsə yazdım bu yazını.

 

Yoxluğun inanılası deyil, əziz dost...

 

Baba BABAYEV

Filologiya elmləri doktoru

525-ci qəzet.- 2015.- 8 yanvar.- S.7.