Soydaşımızın xoş sədası

 

Bu günlərdə internet saytlardan məlum oldu ki, Sibirdə - Pıtyax şəhərində yaşayıb-yaradan, "Novaya Severnaya qazeta"da çalışan həmyerlimiz - Azərbaycan eləcə Rusiya Federasiyası Yazıçılar ittifaqlarının üzvü, Pıtyax şəhərinin Fəxri vətəndaşı Knyaz Qoçaq (Qurbanov Knyaz Qoçaq oğlu) Rusiya-Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Rusiya Federasiyası Muxtar Dairəsinin Əməkdar mədəniyyət xadimi adına layiq görülüb.

 

Xanti-Mansiysk şəhər Mərkəzi Kitabxanasında keçirilən təqdimat mərasimində fəxri adın döş nişanını soydaşımızın sinəsinə Yuqra Muxtar Dairəsinin qubernatoru Natalya Kamarova taxıb.

 

2012-ci ildə Knyaza bədii yaradıcılığına görə Mamin-Sibiryak, inişil isə Beynəlxalq Yuqra ödülü verilmişdi. Ümidvaram ki, bu yeni mükafatı K.Qoçağın fəaliyyətində yeni izlər qoyacaq. Artıq 35 ilə yaxındır ki, RF-nın çeşidli qəzet jurnallarında K.Qoçağın imzasına vaxtaşırı rast gəlirəm. Onun bədii yazılarını - şeirlərini, hekayələrini, həmçinin məqalələrini oxumağım hətta ara-sıra ana dilimizə çevirməyim həm şəxsi ünsiyyətimizlə bağlıdır. Beyləqanda, Şahserən kəndində eyni orta məktəbi bitirmişik, mən 1965-ci ildə, o isə on il sonra.

 

K.Qoçağın bu axırıncı xoş sədasını alandan sonra "V sadu bılo abrikos" ("Bağda ərik var idi...") kitabını vərəqlədim daha iki kiçik şeirini ana dilimizə çevirdim ki, K.Qoçağı "525-ci qəzet"in oxucularına qismən olsa, tanıtdırım.

 

Məmməd Oruc

525-ci qəzet.- 2016.- 13 yanvar.- S.7