Nəsillərdən-nəsillərə ötürülən "tale çələngi"...

 

JURNALİST NİZAMİ RƏHMANLININ YENİ NƏŞR OLUNMUŞ OÇERKLƏR KİTABI HAQQINDA

 

Əsasən, "şok" "şou" xəbərlərə üstünlük verən yeni medianın hələ tam sıradan çıxara bilmədiyi, daha çox mənəvi-əxlaqi milli dəyərləri təbliğ edən klassik jurnalistikanın ildə azı bir kitab yazmaqla öz yaradıcılıq hünərini göstərən istedadlı nümayəndələrindən biridir Nizami Rəhmanlı... O, uzun illər Azərbaycan teleradiosunda, sonralar isə bir sıra tanınmış qəzetlərdə çalışıb, yazmaqdan-yaratmaqdan yorulmayıb. Azərbaycan Yazıçılar Birliyinin stajlı üzvlərindəndir.

 

Son zamanlar isə müstəqil jurnalist kimi öz yaradıcılığını soydaşlarımızın yaxın xaricdəki, ilk növbədə, Rusiyadakı diaspor fəaliyyətinin işıqlandırılmasına, ictimailəşdirilməsinə həsr edib...  

 

Ötən ilin axırlarında N.Rəhmanlının "Talelər çələngi" adlandırdığı 15-ci kitabı nəşr olunub. BDU-nun kafedra müdiri, Əməkdar jurnalist, tanınmış alim, prof.dr. Ramiz Əskərin ön sözü ilə "Elm təhsil" nəşriyyatında çapdan çıxmış, 14 portret oçerkdən ibarət kitabın ən başlıca özəlliyi müəllifin öz yaradıcılıq kredosuna sadiq qalmasıdır. Qəhrəmanların portret cizgilərinin onların mənsub olduğu nəslin, doğulub boya-başa çatdığı elin, obanın, yurd yerinin  tarixi keçmişi ilə üzvi surətdə əlaqələndirilməsi bu kredonun səciyyəvi cəhətidir. Ən başlıcası isə odur ki, Nizami Rəhmanlının öz oçerklərinə qəhrəman seçdiyi insanların hər biri nümunəvi vətəndaş, ailə başçısı, el ağsaqqalı, sözübütöv, sanballı kişilərdir.

 

Bəri başdan deyim ki, bu oçerklər publisistik üslubun təməl prinsiplərini müəllifin mükəmməl şəkildə mənimsədiyini  bir daha təsdiqləyir. Fakt, hadisə məlumatların dəqiqliyi, təsirliliyi, ictimai əhəmiyyəti, onların obyektiv şərhi, oxucuda şəxsiyyət, zaman məkan haqqında zəngin təəssürat yaratmaq Nizami Rəhmanlının jurnalist peşəkarlığından qaynaqlanır. Oçerklərin dili zəngin axıcı, təhkiyənin dinamikası olduqca cəlbedicidir.

 

"Yaşanmış ömrün davamı" oçerkinin qəhrəmanı Şabranın Zeyvə kəndindən olan tanınmış pedaqoq Hətəmşah Osmanov onun 60 illik ömür-gün yoldaşı Güləbətin xanım dörd övlad böyüdüblər... Hətəmşah müəllimin mənalı ömrünü indi onun nəcib ləyaqətli nəslinin ziyalı vətənpərvər nümayəndələri davam etdirirlər.

 

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində yaşamış mərd səxavətli Şəfi bəyin üçüncü övladı Əbdüləzim Paşayev Şuşa Müəllimlər Seminariyasının məzunu olub, 15 yaşından müəllimliyə başlayıb, müharibə illərində arxa cəbhədə fədakarlıqla çalışıb, el-obaya ağsaqqallıq edib. Uzun ömrünü şərəflə, ləyaqətlə keçirib.  Üç övlad böyüdüb. Bu nəslin nümayəndələri öz ata-babalarının saf, xeyirxah əməllərini, yüksək insani keyfiyyətlərini yaşadırlar... Məhz buna görə müəllif atalarımızın "Ot kökü üstə bitər" zərbül-məsəlini bu ailəyə müncər edir.

 

Təbiət gözəli İsmayıllının şanlı-şöhrətli Talıstan kəndində adi kolxoz sürücüsü Şahməmməd kişinin ilk övladı olan ali təhsilli filoloq Ələsgər Bədəlovun çox maraqlı peşə karyerası oxucunun diqqətini cəlb etməyə bilmir ("Şərəfli ömrün salnaməsi"). O hərbi xidmətini bitirib rayon qəzetində işləyib, oradan gənclər təşkilatına dəvət olunub,  sonra milis şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb uzun illər daxili işlər orqanlarında çalışaraq, bir neçə rayon şəhərdə polis idarəsinin rəisi olub, ictimai asayişin təminindəki xidmətlərinə görə müxtəlif dövlət təltiflərinə layiq görülüb. Lakin hansı vəzifədə işləyirsə-işləsin, daim ziyalılıq xüsusiyyətləri ilə seçilib, cəmiyyətdə məhz öz bilik bacarığı, insani keyfiyyətləri ilə hörmət nüfuz qazanıb, üstəlik, qəlbi ilə ədəbiyyata, poeziyaya bağlı olub, ilhamı gələndə duyğu düşüncələrini poetik dillə ifadə edə bilib...  

 

...Təhsil almağın, biliklərə yiyələnməyin, ziyalı olmağın  insan ömrünü necə mənalandırdığını, rövnəqləndirdiyini, onun davamçılarının nəsilbənəsil  yolunu necə gur işıqlandırdığını Nizami Rəhmanlı öz oçerklərinin əsas qayəsi kimi verir.

 

"Bizim Şahalı"  adlı iki hissəli oçerkin qəhrəmanı müəllifin tələbə yoldaşı, uzun illər Kürdəmir rayonunda yüksək vəzifələrdə çalışmış, Azərbaycanın əməkdar mədəniyyət işçisi Şahalı Kamil oğlu Şıxəliyevdir. Birinci hissəsi universitet illərinin unudulmaz xatirələri ilə süslənmiş oçerkdə N.Rəhmanlı tələbə yoldaşlarına da Şahalı haqqında öz ürək sözlərini söyləmək imkanı verib, ikinci hissədə isə qəhrəmanının şəxsi həyatı, əmək fəaliyyəti, xeyirxah əməlləri, nəsil şəcərəsi haqqında maraqlı bir hekayət qələmə alıb. Həcmi xronikallığı, qəhrəmanın həyatının taleyinin müfəssəl təsviri ilə, əslində, bu  publisistik əsər sənədli povest təsiri yaradır.

 

Qeyd etdiyimiz kimi, Nizami Rəhmanlının jurnalist yaradıcılığında Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti, gənc yaşlarından taleyini şimal qonşumuzla bağlayan soydaşlarımızın qürbətdəki həyatı, yaşadıqları çətinliklər, qazandıqları uğurlar əsas mövzulardandır. Bu mövzuda bir neçə sanballı kitab nəşr etdirmiş müəllif "Talelər çələngi"ndə diaspor hərəkatı fəallarının vətənpərvər obrazına müraciət edib. "Yaroslavlda üç dost" oçerkində o, Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl vilayət təşkilatının sədri olmuş, əslən laçınlı adamı Söhrab İbrahimovun, onun dostları məsləkdaşları, əslən mingəçevirli hüquqşünas İnam Məmmədovun Göyçə mahalının Basarkeçər mahalından olan bisnesmen  Namiq İbrahimovun vətəndən uzaqlarda vətən naminə gördükləri işlər  haqqında böyük ehtiramla söz açıb. Müəllif gənclik çağları ötən əsrin keşməkeşli 90-cı illərinə təsadüf edən bu cəsarətli əzmkar insanların həyatının ən maraqlı məqamlarına toxunur, arzu istəklərinə işıq tutur. Sonda təəssüf hissi ilə qeyd edir ki, kitab nəşrə hazırlanarkən üç sədaqətli fədakar dostdan biri - Söhrab İbrahimov dünyasını dəyişib.

 

Rusiyada diaspor hərəkatının daha bir fəal üzvü isə "Azərbaycan oğluyam" oçerkinin qəhrəmanıdır. Saatlı rayonunun Nərimankənd kəndində anadan olmuş Oqtay Hüseynov Rusiyada hərbi xidmətini başa çatdırdıqdan sonra P.Lumumba adına Xalqlar Dostluğu Universitetində təhsil alıb, burada aspiranturada oxuyub, namizədlik dissertasiyası müdafiə edib. Hazırda hüquq elmləri namizədi, dosent kimi universitetdə çalışmaqla yanaşı, geniş ictimai fəaliyyətlə məşğuldur, xüsusən, Moskvada yaşayan azərbaycanlı gənclərin təhsilinə, birliyinə və həmrəyliyinə güclü dəstək verir. N.Rəhmanlı qəhrəmanının coşğun azərbaycançılıq mövqeyini tutarlı fakt və dəlillərlə oxuculara təqdim edir.

 

Əslən Lerik rayonundan olanMoskva vilayətinin Ximki şəhərində hamının dərin ehtiramını qazanmış adamı, şəhər Sovetinin qeyri-rus millətindən olan  yeganə deputatı Xanoğlan Əliyevin də ("Hər kəsin adı əməllərinə görə tanınır") həyat və fəaliyyətini müəllif elə bu prizmadan dəyərləndirərək belə qənaətə gəlir ki, "bu insanlar həyata mayak olmaq, öz işığı və xeyirxahlığı ilə başqalarını qorumaq, onlara düz yol göstərmək üçün dünyaya gəliblər"...

 

Kitabdakı "Xalqımın xoş günləri məni sevindirir", "Qarabağdan başlanan yol...",  "Taleyinə uğurlar yazılmış insan", "Hamımızın bir vətəni var: AZƏRBAYCAN",  "Gənclik özü bir hünərdir", "Mənalı ömün bəhrəsi", "Əzizinəm, ey Qarabağ" oçerklərinin də qəhrəmanları RusiyadaUkraynada yaşayan, öz millətinin adını və şərəfini uca tutan, Azərbaycanın uğurları ilə fəxr edən nüfuzlu soydaşlarımızdır. Nizami Rəhmanlı onların bir-birindən maraqlı və təsirli həyat hekayətlərini özünəməxsus sənətkarlıqla, incə publisist duyumu və səmimiyyəti ilə qələmə alıb.

 

Kitabın annotasiyasında müəllif artıq ömrün bu çağında "kitab yazmaq kimi çətin mücadiləyə gücünün çatmayacağını" düşündüyünü, ancaq nəvələri Kamil və Əbdülün onu yazıb-yaratmağa ruhlandırdığını bildirir. Əslində, nəsillər arasında əlaqənin və ünsiyyətin davamlılığı bizə yaşamaq arzusu, sabaha inam bəxş edən mühüm amildir ki, "Talelər çələngi" də oxucuya bunun vacibliyini anladır... Ümidvaram ki, ağsaqqal jurnalistin yeni dünyaya gələn nəvələri ona hələ neçə-neçə belə kitab yazdıracaqlar...

 

Elşən ƏLİYEV

"Azərbaycan işıqları" qəzetinin baş redaktoru

525-ci qəzet.- 2016.- 14 yanvar.- S.8.