Naşir”in yeni sayı işıq üzü görüb

 

BugünlərdəNaşirjurnalının növbəti sayı oxucuların ixtiyarına verilib.

 

Jurnalın baş redaktoru Gülnar Məsimli giriş yazısında yeni ilin yeni ümidlər, yeni arzular gətirdiyi barədə fikirlərini bölüşüb: “İlin başlanğıcından, ilk günlərindən etibarən bunun fərqinə vara bilsək, özümüzə, ətrafımıza, dünyamıza sevgi ilə sarıla bilsək, çox körpülər qurular, çox insanların həyatı sabahıgünaydınaçılardı. İnsanları bir-birindən uzağa atan sədlərə, buz divarlara lüzum qalmazdı. 2016-cı ilin ilk günündən bütün qəlbinizlə dünyaya ətrafınıza sevgi ilə baxa bilməniz, sizi incidən bütün ağrılardan qurtula bilməniz diləyi ilə biz özNaşirtöhfəmizi hazırladıq”.

 

Naşir xəbərrubrikasında Edqar Po Mükafatının builki laureatından, Mark Tvenin unikal məktublarından, Çak PalanikinDöyüş klubu”ndan, son illərin ən maraqlı filmlərindən biri olanCənab Holms” filmindən bu kimi bir-birindən fərqli mədəniyyət xəbərlərindən danışılır.

 

Açıq məktubrubrikasının budəfəki qonağı professor Sedat Karademirdir. İkinci ömüradlı yazısında Pərvanə Axundova atası üçün qaraciyər nəqlini uğurla gerçəkləşdirən cərrah Sedat Karademirə duyğulu bir məktub ünvanlayıb.

 

Tarixi yaradanlar, tarixi yaşadanlarrubrikasında Dilqəm ƏhmədRəsulzadənin təhsil mübarizəsi”ndən, Elmin Nuri isəUluqbəyin sirli rəsədxanasıQərb elminin baniləri”ndən söz açıb.

 

Ağ-qara”da Gülnar Mayisqızı alim, yazıçı, şair Hamlet İsaxanlı ilə söhbətini təqdim edib. H. İsaxanlı hələ uşaq vaxtlarından ədəbiyyata texniki fənlərə olan sevgisindən, elmi fəaliyyətindən, təsisçisi olduğu Xəzər Universiteti Avrasiya Akademiyasından söz açıb.

 

Bilirsinizmi?” dünyanın ən zəngin yazıçısı Elizabet Badinter, “Harri Potter”in müəllifi Coan Roalinq, Ronald Reyqanın sevimli yazıçısı O.Klensi, “Bozun 50 çaları”nın müəllifi E. L. Ceyms başqa qələm adamlarının maddi qazancları haqda məlumat verilib.

 

Qonağımızrubrikasında şair Səlim BabullaoğluTənhalıq təkliyin içidirdeyir. Gülnar Mayisqızının eyniadlı müsahibəsi şairi yaxından tanımaq üçün kifayət qədər dolğun portret yaradıb: “Səlim Babullaoğlu sükutdan tez- tez istifadə edir. Bütün sözlərin sükutda gizləndiyini düşündüyü üçün. Möcüzələrə nağıllara hələ inanan adamlardandır. Mütaliəni çox sevir. Unikal sükut prosesi olduğunu düşündüyü üçün. Biz sükut edərək gözlə dadır, eşidir, ağrıyır, danışır, həmdərd olmağı öyrənirik, - deyir həm . Onu ədəbiyyata gətirən mətləbsə sözə sevgi şifahi nitqə vurğunluğu olub”.

 

Maraq dünyası”nda E.NuriMaşınını dəfn edən milyarder”dən söhbət açıb.

 

“Ümumidən xüsusiyə” rubrikasının qonağı yazıçı Əzimə Ağalarovadır. “Şərq kişisi qadını dinləməyi bacarsa” adlı müsahibə Almaniyada yaşayanStokholmda kitab təqdimatı keçirilən həmvətənimizlə ətraflı tanışlıq imkanı verir.

 

Cahangir Məmmədli “Kitab köşkü”ndə “Anar yaradıcılığı”ndan danışıb.

 

“Kimdən deyim” bölümündə Təhminə Bədəlovanın tərcüməsində, görkəmli sənətkarların hərraca çıxarılan əlyazma və arxivləri təqdim olunub. Rubrika E.NurininMövlana Cəlaləddin Rumidən dərs alan avropalılar” yazısı ilə davam etdirilir.

 

“Çərçivə”də Nərmin Namiqqızı “Daşı danışdıran heykəltəraş” - Natiq Əliyevlə söhbətləşib.

 

Söz diridir” rubrikasında Dilqəm Əhmədin “Xoşbəxtlik qapısının küçələri” yazısı yer alıb. Daha sonra yazıçı, publisist Zemfira Məhərrəmlinin həyat və yaradıcılığını işıqlandıran “Söz adamı” yazısı dərc edilib.

 

Məmməd Rəhimovla “Fotoqrafiyada foto-mədəniyyətdən danışılır. Uzun illərdən bəri bu sahədə çalışan fotoqraf burada fotonun tarixindən, onun dünya, həyat, kitabyaşamla bağlılığından söhbət açıb.

 

“Mən də varam” rubrikasında Sevinc Nuruqızının tərcüməsində “Dovşan Edvardın qeyri-adi səyahəti” təqdim olunub.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.30