Yaradıcı tələbələr

 

 

Hörmətli Rəşad Məcid!

 

Ədəbi mərkəzdən uzaqda, bölgələrdə xeyli istedadlı gənc yaşayır təhsil alır. İlk qələm təcrübələrini həvəslə müəllimlərinə tələbə yoldaşlarına oxuyan bu gənclər üçün mətbuat, ədəbi orqanlar bir qədər əlçatmazdır. Mənim işlədiyim ali təhsil müəssisəsində belə istedadlı gənclər çoxdur. Onların diqqət qayğıya xüsusi ehtiyacları var.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında təhsil alan tələbələr həm elmi-bədii yaradıcılıqla məşğul olur, araşdırmalar aparır, şeir hekayələr yazırlar. Bu ali təhsil müəssisəsi 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı kimi fəaliyyətə başlamışdır. Burada tələbələr 4 ixtisas üzrə təhsil alırlar. Bunlar ibtidai sinif, Azərbaycan dili ədəbiyyatı, tarix coğrafiya müəllimliyi, məktəbəqədər təlim tərbiyə ixtisaslarıdır. Filialda ixtisas fənləri, təbiət riyazi fənlər ümumelmi fənlər kafedraları fəaliyyət göstərir.

 

Tələbələrə fəlsəfə doktorları, dosentlər professorlar dərs keçirlər. Burada təhsil almış məzunlar da elmi yaradıcılıqla məşğul olur, fəlsəfə doktorluğu elmlər doktorluğu işləri üzərində çalışırlar. Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli sərəncamıyla Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulmuşdur. Filial indi ADPU-nun nəzdində fəaliyyət göstərir.

 

Filialda tələbələrin elmi-bədii yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Burada müxtəlif bölgələrdən təhsil alan tələbələr bölgənin tarixini araşdırır, folklor nümunələri toplayır, toponimlərin xalq yozumlarını öyrənir, şeir hekayələr yazırlar. Tarix-coğtafiya fakültəsinin tələbələri indiyədək köməcli şəkildə araşdırılmamış etnotoponimlərə poleotoponimlərə maraq göstərirlər. Gənc filoloqlar ədəbiyyat tariximizi öyrənməklə yanaşı, özləri yaradıcılığa meyl edir, qəlbləri oxşayan lirik nümunələr yaradırlar. İbtidai metodika fakültəsinin ikinci kurs tələbəsi Allahşükür Alaşarlı (Əliyev) klassik janrlara maraq göstərir, qəzəl, qoşma, hətta qitələr yazır. Allahşükür Alaşarlı Cəlilabad rayonunun Alaşar kəndində dünyaya göz açıb. Onun ana haqqında yazdığı qəzəl mənim daha çox xoşuma gəldi. Bu şeirində Allahşükür eləklassikşair kimi görünür:

 

Ürəyim titrəyir hər gün bu ulu sözlər ilə,

Analar dünyadı, həm ki, bu dünya anadır.

 

Dərk elə, Tanrı bizi aləmə bəxş etmək üçün,

Bir səbəb var elədi, bu dərin məna anadır.

 

Yaradıcı tələbələrdən biri Günəş İbrahimovadır. O, Məktəbəqədər təlim tərbiyə fakültəsinin üçüncü kursunda oxuyur. Günəş atasını erkən itirib, bunu şeirlərindən görmək olur. Günəşin itkisi onun oxucularını da kədərləndirir. Allahşükür Alaşarlı kimi, Günəş ana mövzusuna müraciət edir, onu öz şeirində layiq olduğu ucalığa yüksəldir:

 

Səndən öyrənmişəm hörmət-izzəti,

Qəlbimdə boğmuşam kini, nifrəti.

Ulu tanrıya da bu məhəbbəti,

Qəlbimdə bəsləyən mələksən, ana.

Ən müqəddəs, ən pak ziyarətgahsan,

Dara düşənlərə ümid, pənahsan.

Yerdə peyğəmbərsən, göydə Allahsan,

Hər zaman arxasan, köməksan, ana.

 

Gülnarə Əsgərova filologiya fakültəsinin birinci kurs tələbəsidir. O, vətənpərvərlik mövzularına meyil edir. Mübarizadlı şeiri şəhid haqqındadır. Məktəbəqədər təlim tərbiyə fakültəsinin üçüncü kursunda təhsil alan Lalə İsmayılova Astaradandır. Kövrək sevgi şeirləri yazır:

 

Hər şeydən bezəndə sənə dönərəm,

Üşüyər baxışın buz heykəlimdə.

Təkliyi yaşat mənə, qoy sənsiz qalım,

Bircə xatirələri alma əlimdən.

 

Lalənin Lənkəran Dövlət Universitetində oxuyan qardaşı Amid İsmayılov isə gözəl esselər mənsur şeirlər yazır.

 

Simran Əlizadə filologiya fakultəsinin ikinci kurs tələbəsidir. Cəlilabad rayonunun Abışabad kəndində anadan olub. Usi-sanda üzrə Respublika çempionu, Qızıl Kəmər ustasıdır. Bədii yaradıcılıqla da məşğuldur, hekayə şeirlər yazır. Sənəm Şahməmmədli isə şairlər vətəni Qazaxdandır. O, özünün sevdiyi şairlərin şeirlərini elə temperamentlə söyləyir, dinləyici kimi heyran olmaya bilmirsən. Şeirləri isə düşündürücü mənalıdır:

 

Hərdən düşünürəm, görən kiməm mən?

Sa zdan ayrı düşdüm, qırıq siməm mən.

Dərdimi-qəmimi kimsə bilməyir,

Özüm öz içimdə bir tilsiməm mən.

 

İbtidai metodika fakültəsinin birinci kurs tələbəsi Bəhruz Babaşov da vətənpərvərlik şeirləri yazır. Onun şeirlərindən biri “Vətən torpağı” adlanır. Aytac Babayeva da filologiya fakültəsinin birinci kursunda oxuyur. Amma onun maraqları emosional xarakterlidir. “Vurmayın zəngi” şeiri bütün orta məktəb məzunlarının kövrək yeridir. İndi Aytac arzularına qovuşub, bir neçə ildən sonra bitirdiyi məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi qayıdacaq:

 

Dayanın bir anlıq, vurmayın zəngi,

Əlvida söyləmək istəmir qəlbim.

Məktəbdən ayrılmaq çətindir, çətin,

Onu tərk eyləmək istəmir qəlbim,

Vurmayın, vurmayın bu son zəngi!

 

Tarix, filologiya ibtidai metodika üzrə təhsil alan Gülnarə Əsgərova, Səfail Aqiloğlu, Fatimə Abbaslı, Hamar Dadaşzadə, Rüfət Sabirli, Milana Canizadə, Niyazi Aslanzadə Ceyhun Həsənov ritmik, axarlı şeirləri ilə ədəbiyyata gəlirlər.

 

Tələbə gənclərin kövrək bir qədərbişməmişqələm təcrübələri bizi onların gələcəyinə ümidlə baxmağa sövq edir.

 

Hörmətli Rəşad müəllim! Baş redaktoru olduğunuz “525-ci qəzetistedadlı gənclərə həmişə yaşıl işıq yandırıb. İstedadlı gənclərin ilk qələm təcrübələrinə qəzetinizin səhifələrində səxavətlə yer vermisiniz. Ümid edirəm ki, bölgədə yaşayan təhsil alan gənclərin Sizə göndərdiyim ilk qələm təcrübələrinə qayğı ilə yanaşacaqsınız. Bu yazıların hamısı yüksək poetik tələblərə cavab verməsə , onlarda istedad işartıları görmək mümkündür.

 

Təqdim etdiyim nümunələrin oxucular tərəfindən bəyəniləcəyinə inanıram.

 

Bilal ALARLI

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

525-ci qəzet.- 2016.- 16 yanvar.- S.28