Moskvada professor Sabir Həbibovun 65 illiyi qeyd edilib  

 

 

Yanvarın 14 - Rusiya paytaxtındakı Millətlər Evinin böyük zalında Moskva şəhər 79 saylı xəstəxananın Cərrahiyyə-endoskopiya şöbəsinin  müdiri, professor, Rusiya Federasiyasının Əməkdar həkimi Sabir Həbibovun 65 illiyi ilə bağlı təntənəli mərasim keçirilib.

 

Tədbirdə Moskvada yaşayan azərbaycanlı ziyalılar, diasporumuzun nümayəndələri, xüsusən yubilyarın həmyerliləri - əslən kəlbəcərdən olan ziyalılar iştirak ediblər. Yubiley tədbiri Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin dəstəyi ilə gerçəkləşib.

 

Yubilyarın həyatını əks etdirən videoçarxla başlanan tədbiri giriş sözü ilə Rusiya Jurnalistlər Birliyinin üzvü Cəfər Sadıq açıb, Sabir həkimin insanpərvərliyindən, peşəkarlığından, vətənpərvər ziyalı kimi fəaliyyətindən, eləcə digər məziyyətlərindən danışıb.

 

Yubilyarın həmyerlisi - Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu yurdsevərlik, doğma el-obaya bağlılıq kimi hisslərin insan üçün ən vacib duyğular olduğunu deyərək, yubilyarı da bu baxımdan örnək insan kimi səciyyələndirib: "Həyata göz açdığımız eli-obanı,  ilk vətənimizi unutmayan, doğulduğumuz Kəlbəcər torpağının faciələrini yaşayan insanlar kimi öz övladlıq borcumuzu daima işimizlə, bacarığımızla ödəmək istəmişik. Uzaqdan-uzağa Azərbaycanımızla fəxr edib onun məhrumiyyətlərinə, ağrılarına acımışıq, doğma elimizin həsrəti ilə yaşamışıq, tarixi vətənimizin sevincinə sevinmişik, dərdinə yanmışıq. Qəribçilik insan üçün ağır dərddir. Onun bircə əlacı var - vətənə dönmək, torpaqlarımızı düşmənlərdən azad etmək, doğulduğumuz torpağa qovuşmaq, babalarımızın, nənələrimizin sərgərdan ruhlarını sevindirmək..."

 

Tədbirdə Rusiyadakı səfirliyimizin diaspor üzrə müşaviri Aqşin Əliyev, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin ictimaiyyət media ilə əlaqələr şöbəsinin rəhbəri Tamilla Əhmədova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, tanınmış mesanat, adamı Mirəşrəf Fətiyev, hüquqşünas Məhəmməd Quliyev, tarixçi filosov Kamran Rüstəmov, jurnalistlər Azər Cahangirov, Tünzalə Vəliqızı, Anar Həsənov, şair Sultan Mərzili, müəllimə Validə Məmmədova başqaları söz alaraq yubilyarı təbrik ediblər.

 

Mərasim iştirakçılarına Nəsib Nəbioğlunun Sabir Həbibovun həyat yaradıcılığı barədə məqaləsinin çap olunduğu "525-ci qəzet"in nüsxələri paylanıb. Tanınmış müğənni Sərxan Sərxan, Həsən Ağcabədili mahnılar ifa ediblər.

 

Sonda yubilyar çıxış edərək mərasimin təşkilinə, ünvanına deyilən xoş sözlərə fəaliyyətinə verilən yüksək qiymətə görə Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinə, təşkilatçılara  iştirakçılara səmimi minnətdarlığını bildirib.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2016.- 19 yanvar.- S.8.