Amaşov: "İnternet medianın maliyyələşmə qaydalarının layihəsi hazırlanıb"

 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun müsahibəsi

 

 

- Ölkədəki son vəziyyətin fonunda medianın durumunu necə xarakterizə edərdiniz?

 

- Media cəmiyyətin formalaşmasında, müəyyən dəyərlər əldə etməsində mühüm missiya yerinə yetirir. Ancaq media eyni zamanda cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətidə baş verən hadisə proseslər onun da ahənginə təsir göstərir. Bu baxımdan ötən ilin 21 dekabrında baş vermiş devalvasiyasından sonrakı vəziyyət aktuallığını saxlamaqdadır. Manatın dəyərini itirməsinin, dolların kəskin bahalaşmasının doğurduğu şərait kütləvi informasiya vasitələrimizi problemlərlə qarşılaşdırıb. Qəzetlər üçün istər nəşriyyat xərcləri, istərsə digər xərclər artıb. Qəzet kağızı xeyli bahalaşıb, eləcə başqa çap avadanlıqlarının qiymətlərində artım müşahidə edilməkdədir. Üstəlik redaksiya avadanlıqları ləvazimatlarının da bir çoxu artıq yeni qiymətlərlə satılır. Ən pisi isə budur ki, sadaladıqlarımın fonunda jurnalistlərin əvvəl aldıqları əmək haqqı az qala yarabayarı dəyərini itirib. Bütün bunlar bizi, jurnalist deputat kimi məni daha çox düşündürür.

 

- Parlament səviyyəsində bu duruma hansısa müdaxilə mümkündürmü? Siz vəziyyətdən çıxış üçün nələri təklif edirsiniz?

 

- Media cəmiyyət üçün mühüm ictimai institutdur. Azərbaycanın dövlət müstəqilliyini əldə etməsində, eləcə müstəqillik illərində bəzi yad təsirlərin uzaqlaşdırılmasında digər bu sayaq proseslərdə jurnalistika özünü kifayət qədər mütəhərrik qüvvə kimi göstərib. Təbii, Azərbaycan dövlətinin siyasəti hər zaman medianın cəmiyyətdəki rolunu vurğulayıb.

 

Ümumən hüquqi dövlətdə qanunların aliliyinə nəzarət funksiyası zəruridir bu zərurətin praktik dəyərləndirilməsi məhz media müstəvisində baş verir. Bütün bunlara görə KİV-lərin fəaliyyətində hər hansı durğunluqların baş verməsi arzu edilən deyil mövcud reallıq həm ictimai səviyyədə, həm dövlət səviyyəsində kifayət qədər dərk edilir.

 

Əlbəttə, bu durumda bir çox məsələlərin parlamentdə müzakirəyə çıxarılmasına ehtiyac duyuram. Söhbət media ilə bağlı düşübsə, mən konkret olaraq bir neçə cəhətə diqqət yetirmək istərdim. Məlumdur ki, hazırda aparıcı KİV-lər əsasən dövlət yardımından bəhrələnirlər. Bu yardım «Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» əsasında həyata keçirilir. Konsepsiya kifayət qədər fundamental sənəddir. Düşünürəm ki, orada nəzərdə tutulan digər yardım formalarından da bəhrələnmək lazımdır. Bunun üçünsə dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna əlavə vəsaitin ayrılmasına ehtiyac var. Məsələnin parlament səviyyəsində qaldırılmasındakı motiv budur.

 

Dövlət dəstəyi prinsip etibarilə KİV-ləri bazar rəqabətinə hazırlamaq məqsədi daşıyır. Yəni o müəyyən dövr üçün nəzərdə tutulan fəaliyyət formasıdır. Əgər görünsə ki, KİV-lər özlərini iqtisadi cəhətdən maliyyələşdirməyi bacarırlar, o zaman dövlət dəstəyi dayandırılacaq. Ancaq hələlik bu dəstəyə ehtiyac var. Həm bu ehtiyacı aradan qaldırmaq, həm ümumən mövcud sahədə konkret faydalı mexanizm yaratmaq üçün reklam məsələsinə önəm verilməlidir.

 

Cənab Prezident yanvarın 10-da keçirdiyi müşavirədə ölkənin gələcək inkişafı baxımından çoxsaylı istiqamətlər göstərdi. Bunlardan biri rəqabət mühitinin yaradılmasıdır. Ayrı-ayrı sahibkarlar arasında rəqabət mühiti yaranarsa, mediaya ehtiyac daha çox duyular. KİV-lərdə reklamların sayı artar. Nəticə medianın gəlirlərinə müsbət təsir göstərər.

 

Azərbaycanda reklam haqqında qanun var. Ancaq qanunun işləmə mexanizminə diqqət yetirmək lazımdır. Eyni zamanda xarici təcrübə qismində Türkiyə təcrübəsini nəzərdən keçirməliyik. Söhbət rəsmi qurumların reklam elanlarının KİV- yerləşdirilməsi təcrübəsindən gedir. Mətbuat Şurası bu istiqamətdə təkliflər paketi hazırlayaraq səlahiyyətli qurumlara təqdim edib. Məsələ parlament səviyyəsində müzakirə olunmalıdır. İndiki şəraitdə KİV-lərin rentabelliyini artırmaq üçün digər vasitələrə baxılması mümkündür. Məsələn, qəzetlərin pərakəndə satışı ilə bağlı məsələlər gündəmə gəlməlidir. Mövcud sahədə qanuni mexanizmlər müəyyənləşdirilməlidir.

 

- Təklifləriniz əsasən ənənəvi KİV-ləri əhatə edir. Bəs internet media? Bu sahədə hansısa yeniliklərin tətbiqi mümkündürmü?

 

- Ümumən internet özü həyatımıza daha çox daxil olmaqdadır. Müvafiq olaraq onlayn media da sürətlə inkişaf etməkdədir. Hazırda ənənəvi mediadan onlayn mediaya keçid prosesi gedir. İctimai rəyin formalaşmasında internet üzərindən yayımlanan xəbər saytlarının mövqeyi artmaqdadır. Mövcud durumda əlbəttə, ictimai missiya yerinə yetirməsi nəzərə alınaraq internet informasiya resurslarının da dövlət tərəfindən maliyyələşməsi məsələsi aktuallaşır. Yeri gəlmişkən, Prezidentİlham Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə də bu məsələ gündəmə gəlmişdi. Həmin vaxt dövlət başçısı müsbət mövqeyini bildirmişdi. Mətbuat Şurası da internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb. Ancaq ilk növbədə internet medianın statusu müəyyənləşməlidir.

 

- Necə? Bununla bağlı da təklifləriniz varmı?

 

- Əlbəttə, söhbət hüquqi statusun müəyyənləşməsindən gedir. Bunun üçünsə qanunvericilikdə dəyişikliklər və əlavələr olmalıdır. Bir neçə cəhətə diqqət çəkmək istərdim.  Əvvəla, Azərbaycanın bütün qanunvericilik sənədlərində KİV qismində internet üzərindən yayımlanan informasiya daşıyıcıları da nəzərə alınmalıdır. Onların cəmiyyəti məlumatlandırma, ictimai rəyə təsir imkanlarına həssas yanaşılmalıdır. Yəni KİV dedikdə ənənəvi media vasitələri ilə yanaşı internet media resurslarının - xəbər saytlarının, internet TV-lərin, internet radioların və bloqların fəaliyyəti əsas götürülməlidir. Ayrıca qanunvericilikdə, konkret olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunda xəbər saytlarının, internet TV və radioların, bloqların statusuna aydınlıq gətirilməsi önəmlidir. Deyək ki, onların kütləvi informasiyalılıq dərəcəsi hesablanmalı, bunun üçün İP göstəriciləri, rekvizitlər və digər xüsusiyyətlər dəqiqləşməlidir. İctimai rəyə təsir yükünə malik informasiyanın yayılma effektivliyiintensivliyi məsələsi də önəmlidir.

 

Bu baxımdan internet üzərindən yayımlanan sosial şəbəkələrin də roluna xüsusi diqqət yetirilməlidir. Təcrübə göstərir ki, cəmiyyətə, ayrı-ayrı cəmiyyət üzvlərinin durumuna mənfi və ya müsbət təsir göstərən bir çox informasiyalar ictimai rəyə məhz sosial şəbəkələrin profillərinin vasitəsilə ötürülür. Elə profil var ki, 3-5 min izləyiciyə malikdir. Deməli, həmin profildə kütləvilik var. Yaydığı müsbət və ya mənfi fikir, yaxud link paylaşımı müəyyən insan kütləsinə yetişir. Hətta ola bilir ki, konkret şəxsi hədəfə alır. Əlbəttə, bu zaman məsuliyyət məsələsi ön plana çıxmalıdır. Nəzərə alaq ki, demokratik ortam heç də məsuliyyətsizlik mühiti deyil. Dünyanın bir çox qabaqcıl ölkələrində baxış məhz belədir. Buna görə Azərbaycanda da məsələnin hüquqi münasibətlər sistemində yer alması vacibdir. Ancaq mövcud istiqamətdə istər mexanizmin hazırlanmasına, istərsə də tətbiqinə son dərəcə həssas yanaşılmalıdır.

 

Başqa bir məsələyə də diqqətinizi çəkmək istərdim. Yaxın keçmişimizə nəzər salsaq, görərik ki, bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi Azərbaycan ərazisində əhalinin bəzi sosial  milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırmışdı. Buna görə Milli Təhlükəsizlik Konsepsiyası və Milli Təhlükəsizlik haqqında Qanun qəbul edilmişdi. Lakin hesab edirəm ki, indiki durumda ayrıca informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilməlidir. Çünki informasiya təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsi olsa da, onların təmin olunması metodları bir-birindən fərqlənir. Buna görə də məsələyə baxış konseptual olmalıdır. Düşünürəm ki, bütün bunların parlament səviyyəsində qaldırılmasının vaxtı çatıb.

 

- Bir daha ilk sualımıza qayıtmaq istərdik. Son prosesləri nəzərə alaraq gələcəyi necə görürsünüz?

 

- Çox görməliyik. Prezident İlham Əliyev olduqca önəmli mesajlar verib. Artıq bir çox sahələrdə islahatlar start götürüb. Pensiya və müavinətlərin artırılması, dövlət qurumlarında yeniliklər və digər tədbirlər davam etdirilir. Prezidentin çıxışlarında səsləndirdiyi bütün fikirlərin əməli fəaliyyət müstəvisində fiksasiya olunması cəmiyyətdə nikbinlik yaradır. Bu, son dərəcə vacibdir.

 

Atalarımız yaxşı deyib ki, hər ziyanda bir xeyir var. Bir çox dövlətlərdə böhranlar dövründə alınan qərarlar sonrakı inkişaf üçün bir növ katalizator rolunu oynayır. Bu zaman həm cəmiyyətdə immunitet, həm də məsuliyyət hissi artır. Düşünürəm ki, hazırkı vəziyyət bizləri bir-birimizə daha yaxın eləməlidir.

 

Vəzifəsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs son zamanlar yaşanan proseslərdən nəticə çıxarmalıdır. Bu böhran bir növ siqnaldır. Kimlərsə nəyinsə hesabına varlana bilərlər. Ancaq böhran sübut edir ki, bu var-dövlətin gerçək iqtisadi əsası olmayınca hər şeyin bir andaca parçalanma, məhv olma təhlükəsi var. Belə də mütərəqqi ictimaiyyət üçün bir prinsip üzə çıxır. O prinsip isə vətəndaşın və dövlətin mənafeyinin müdafiəsidir. Elə isə bu mənafenin aliliyini hər zaman düşünmək lazımdır.

 

525-ci qəzet.- 2016.- 19 yanvar.- S.5