Əsmər Nərimanbəyovanın əsərləri Berlində sərgilənir

 

Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda nümayiş etdirilir.

 

AZƏRTAC, buro247.az saytına istinadla xəbər verir ki, afrikalı rəssam Zina Maisir almaniyalı heykəltəraş Stefan Bassirin sənət əsərlərinin nümayiş olunduğu sərgidə həmyerlimizin "Balkondan Bakı mənzərəsi", "Yağışdan sonra Paris", "Yay gecəsində yuxu", "Şairə Məhsəti poeziyası mövzusunda kompozisiya" əsərləri daxil olmaqla, ümumilikdə 12 rəsmi təqdim olunur.

 

Sərgi fevralın 24-dək davam edəcək.

 

Qeyd edək ki, Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov istedadlı heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın qızıdır. Onun işləri dəfələrlə Fransa, Rusiya, Türkiyə, ABŞ başqa ölkələrdə sərgilənib.

 

525-ci qəzet.- 2016.- 20 yanvar.- S.7