Məhəmməd Füzuli yaradıcılığı Hollandiyada konfrans mövzusu olub

 

 

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən konfransda ədəbiyyatsevərlərə Məhəmməd Füzulinin "Leyli Məcnun" əsəri barədə dolğun məlumat verilib.

 

"Anadolu" informasiya agentliyinə istinad edən AZƏRTAC xəbər verir ki, konfrans Türkevi Araşdırmalar Mərkəzi, "Parıltı" ədəbiyyat jurnalı "Mürəkkəb" fondu tərəfindən "Füzuli, Leyli Məcnun" mövzusunda təşkil edilib.

 

Konfransda Füzulinin yazdığı "Leyli ilə Məcnun"un bir mədəniyyət əxlaq əsəri olduğu vurğulanıb.

 

Füzulinin bütün əsrlərin şair olduğunu söyləyən natiqlər onun günümüzdə kifayət qədər diqqətlə öyrənilməməsini təəssüflə qeyd ediblər.

 

Tədbirdə Füzuli ilə eyni əsrdə yaşamış ingilis şairi Şekspirin yaradıcılığı müqayisəli təhlil edilib.

 

525-ci qəzet.- 2016.- 20 yanvar.- S.7