Azərbaycan alimləri Makidoniyada beynəlxalq konfrans qatılıblar
Yanvarın 17-19-da Makedoniyanın Ohrid şəhərində "Terrorizm,
miqrasiyalar, köçkünlər
- mədəni irs və dəyərlər, iqtisadiyyat, turizm və media ilə bağlı müasir çağırışlar" adlı IV Beynəlxalq konfrans keçirilib.
Beynəlxalq tədbirdə ölkəmizi
Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva,
MİRAS Mədəni İrsin
Öyrənilməsinə Kömək
İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlilli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Könül
Hacıyeva, AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
elmi işçisi Tahirə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
müəllimləri Günel
Seyidəhmədli və
Mehparə Abbasova təmsil ediblər.
Konfransın təşkilatçılarından olan MİRAS Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyindən AZƏRTAC-a bildiriblər
ki, beynəlxalq tədbirdə terrorizmin müasir cəmiyyətin ən böyük problemi olduğu qeyd edilib. Vurğulanıb ki, terrorizm müasir
dünyanın qlobal cəmiyyət kimi inkişafı yolunda əsas maneədir. Terrorizm, miqrasiya və köçkünlər həyatımızın
bütün mərhələlərində
müasir təhlükə
riskidir. Elm adamları
və ekspertlərin mədəni müxtəliflik,
mədəni irs, iqtisadi inkişaf, turizm, media ilə bağlı apardığı araşdırma,
təhlil və mübadilələrə konfransda
xüsusi yer verilib.
Azərbaycan alimləri konfransda ölkəmizin üzləşdiyi
işğalçılıq siyasəti və qaçqınlar probleminə
diqqət çəkiblər.
MİRAS İctimai Birliyinin
sədri Fariz Xəlilli "Tarixi Qarabağ bölgəsi irsinin sənədləşdirilməsi
layihəsi"ndən bəhs
edən çıxışında
bölgənin və mədəni irsin mövcud durumundan danışıb.
Qeyd edib ki, hazırda torpaqlarımızın 20 faizi
Ermənistanın işğalı
altındadır və
azərbaycanlılar doğma
yurdlarında məcburi
köçkün vəziyyətinə
düşüblər.
İşğal altında olan Qarabağ ərazisi nəzarətsiz bölgəyə
çevrilib, narkotik istehsalı, daşınması
və satışı,
bölgəyə məxsus
mədəni irs nümunələrinin
digər ölkələrdə
satışı və
qaçaqmalçılıq geniş yayılıb.
Beynəlxalq təşkilatlar, o cümlədən,
BMT Təhlükəsizlik Şurası
tərəfindən qətnamələr
və digər hüquqi sənədlər
qəbul olunub, işğal altındakı
torpaqların qaytarılması
ilə bağlı çağırışlar edilib.
Sonra Qarabağın mədəni
irs abidələrinə
işğalçıların münasibətini göstərən
"Xocalı vaxtı"
filmi nümayiş olunub.
Qeyd edilib ki, 2016-cı il Azərbaycanda
"Multikulturalizm ili"
elan olunub. Bu gün dünyada tolerantlıq nümunəsi
olan Azərbaycan Respublikası bütün
Azərbaycan vətəndaşlarının,
o cümlədən, ermənilərin
ölkədə təhlükəsiz
və rahat yaşaması üçün
zamindir və bu mədəni müxtəlifliyi təmin
etmək üçün
bütün imkanlara malikdir.
Konfrans zamanı Sosial-Antropologiya İnstitutunun direktoru, professor Rubin Zemon multikulturalizm sahəsində
apardığı araşdırmalara
görə "MİRAS" mükafatına layiq görülüb.
Beynəlxalq tədbirdə keçən
il keçirilən
konfransın materiallarından
ibarət kitab da təqdim edilib. Kitabda Azərbaycandan çox
sayda alimin elmi məqalələri yer alıb.
Yanvarın 19-da Azərbaycan nümayəndə
heyəti türklərin
sıx yaşadığı
Jupa bələdiyyəsinə
gedib, orada yerli sakinlərlə görüşüblər. Jupa bələdiyyəsində
20 Yanvar faciəsinə
həsr olunmuş dəyirmi masa təşkil edilib. Bələdiyyə sədri Ariyan
İbrahim 20 Yanvar faciəsindən xəbərdar
olduqlarını və
şəhidlərin ruhunu
yad etdiklərini bildirib.
MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva 20 Yanvar faciəsinin tariximizdə həm də qəhrəmanlıq
səhifəsi olduğunu,
şəhidlərin amalına
- Azərbaycanın müstəqilliyinə
qovuşduğunu qeyd ediblər.
Azərbaycan nümayəndə heyəti
Mədəniyyət və
Turizm Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Bülbülün Memorial Muzeyi,
MİRAS İctimai Birliyi
və ayrı-ayrı
alimlərin adından
Jupa bələdiyyəsinin
kitabxanasına kitablar,
broşürlər, jurnallar
və disklər hədiyyə veriblər.
Daha sonra Azərbaycan nümayəndə
heyəti Mustafa Kamal Atatürkün baba evinin yerləşdiyi Kocacık kəndindəki
xatirə muzeyini ziyarət edib.
525-ci qəzet.- 2016.- 22 yanvar.- S.7.