Rəşid Behbudov Filarmoniyada konsertlə anılıb

 

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli müğənni, Xalq Artisti Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş konsert təqdim olunub. Movqe.az AzərTac-a istinadən xəbər verir ki, konsertdə R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri çıxış ediblər. Balaca istedadları Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri müşayiət edib. Konsert proqramında dünya, eləcə də Azərbaycan musiqi xəzinəsindən incilər səsləndirilib.Görkəmli sənətkarın adını daşıyan musiqi məktəbinin yetirmələri hər zaman zəngin irsimizə sadiqdirlər, ölkəmizin mədəni həyatında daim fəallıqları ilə seçilirlər. Onlar böyük səylə Azərbaycan vokal məktəbinin, o cümlədən Rəşid Behbudov sənətinin ənənələrini davam etdirirlər.Təhsil müəssisəsi musiqi mədəniyyətimizi zənginləşdirməklə bərabər, ölkə hüdudlarından kənarda uğurla təmsil olunur. Məktəbin şagirdləri beynəlxalq müsabiqələrdə yüksək nəticələr əldə edirlər.

 

 

525-ci qəzet.- 2016.- 26 yanvar.- S.7.