"Ulduz"un yeni ildə
birinci sayı
Bu günlərdə "Ulduz" jurnalının yeni sayı işıq üzü görüb.
Jurnala budəfəki
ekspert rəyini tanınmış ədəbiyyatşünas
Şirindil Alışanlı
yazıb. O, "Qulu Ağsəsə məktub"
adlı yazısında
jurnalın ötən
sayını ciddi mülahizələrlə təhlil
edib.
Ekspertin
fikrincə, gənclər
yüksək sənətkarlıq
meyarlarına, yeni məzmun və biçim axtarışlarına
laqeyd görünürlər:
"Çox istərdim
ki, senzurasız, demokratik ədəbi meyarlara söykənən
bir ədəbi ünvanda bir neçə günlük
özümə həmsöhbət
tapım. Təəssüf ki, mənim
həmsöhbətlərim ya bildiklərimi, eşitdiklərimi mənə
danışır, çox
halda da zəif formada, ya da ədəbi
həyata yenicə gəlmiş gənc yazarlar yerli-yersiz keçmişə-gələcəyə uçurlar, lakin bu "səyahət"in
nə sosial-ictimai məzmunu, nə də bədii reallaşması yeni deyildir. Elə bil bu müəlliflər bizim günlərin adamı deyillər".
Ekspert rəyini
Kamran Nəzirlinin
"Özüylə söhbət"i
izləyir.
"Şeir vaxtı"nda
Aybəniz Əliyar, Elşad Barat, Hikmət Məlikzadə və Ramilə Qardaşxanqızının
şeirləri verilib.
"Nəsr" bölümündə
Ceyhun Musaoğlunun
"Ekranın oğurladığı
arvad", Natiq Məmmədlinin "Bekketə
salam" və Rövşən Yerfinin
"Qeyri-adi köç"
hekayələri yer alıb.
"Məqam" rubrikasında
Rübabə Sahib "Güclü
və aşkar esseistika" yazısı
ilə Kamal Abdullanın esseləri barədə fikirlərini
bölüşüb.
"Debüt"də Emin Akifin şeirləri
və Nurlan Səlimin "Cinayətkar
qonaqlar"ı yer alıb. "Türk eli" bölümündə
isə Cumali Karabülbülün şeirləri
verilib.
"Tribuna"da Vaqif
Yusiflidir. O, "Yatanda ürəyini açıq
qoy" yazısı ilə Vüqar Əlisoyun şeirlərindən
danışıb.
Əyyub Qiyasın tərcüməsində
Mario Varqas Lyosanın
"Kiçik qardaş"
hekayəsi və Səyavuş Məmmədzadənin
Dmitri Mizqulindən çevirdiyi
şeirlər "Tərcümə
saatı"nda yer alıb.
"Resenziya"da Laura Cəbrayıllı "Ömürlər
yola dönür" yazısı ilə Zemfira Məhərrəmlidən,
jurnalistin kitabları və yol qeydlərindən
söz açıb.
"Sənət" bölümündə Ziyadxan
Əliyevin "Dünyaya
obrazlı baxış"
yazısı var.
"Sözönü"də Hicran Hüseynova "Təbiətdən başlanan
memarlıq" adlı
yazısında biomemarlıqla
bağlı bilgilər
paylaşıb.
"Sözardı"da Kəmalə Umudovanın
"Eşq - sevdiyin üçün bir az da susmaq
demək" yazısı
təqdim olunub.
"Hücrə"də Qəşəm Nəcəfzadə
Mücirəddin Mübarizoğlunun
şeirlərindən danışır.
"Dərgidə kitab"
layihəsində isə
budəfəki qonaq Şəhla Aslandır.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.-
2016.- 27 yanvar.- S.7