Daha bir “Dünya ədəbiyyatı”

 

 

Azərbaycan Yazıçılar Birliyi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “Dramaturgiya” adlı xüsusi nömrəsi çapdan çıxıb.

 

SalamNews xəbər verir ki, bu nömrədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ilə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun söhbəti Azərbaycan və dünya dramaturgiyasının, milli teatr sənətinin tarixinə və müasir sənətkarlıq məsələlərinə həsr edilib.

 

Jurnalın “Nəzəriyyə” bölümündə “36 dramatik situasiya”sının tərcüməsi verilib. Tədqiqatda 1200-dən çox dram əsərinin təhlilindən ortaya çıxan dramatik situasiyalar çözülür.

 

Dərgidə Vilyam Şekspirin “Fırtına” əsəri Xalq yazıçısı Anarın tərcüməsində yer alıb. Con QolsuorsininBalaca adam”ı Kamran Nəzirlinin, Atol Fuqardın “Dimetosu Həmzəli İlyasın, Rober Tomanın “Səkkiz qadın”ı Cavanşir Yusiflinin, Mario Varqas Lyosanın “Taknalı xanım”ı Qismətin, Aleksey Şipanovun “Dayanacaq”ı Qaraçuxanın tərcüməsində dərc edilib. Samuel Bekketin “Gəliş-gediş” və Ejen İoneskonunDörd nəfərlik etüd” pyeslərini isə Həmid Piriyev çevirib.

 

Jurnalda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 2015-ci ilin martında keçirdiyi I Bakı Beynəlxalq Poeziya Festivalı ilə bağlı materialları da oxumaq mümkündür.

 

Baş redaktor S.Hüseynli özünün ənənəvi “Tərcümə təcrübələri”ndə bu dəfə İsrail yazıçı Etqar Keretinİdeala pərəstiş” və suriyalı ədib İbrahim SamuelinÖhö-öhö” hekayəsini təqdim edib. 345 səhifəlik “Dünya ədəbiyyatı”nın yeni nömrəsi digər maraqlı materiallarla da oxucularını sevindirəcək.

 

Cavid Qədir

525-ci qəzet.- 2016.-  30 yanvar.- S.18