Şəxsiyyət meyar olanda

 

 

Hər bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı üçün etdiyi xidmətlərlə ölçülür. Xalq dəniz kimi, okean kimidir: ancaq səmimiyyəti qəbul edir, saxtalığı, ədalətsizliyi xalq tez görür, dəniz çirkabı sahilə tulladığı kimi xalq da namərd, ikiüzlü adamları çığdaş edir.

 

Nahaq yerə deməyiblər ki, xalqın gözü tərəzidir. Burada əyriliyə yer yoxdur, o ancaq düzü çəkir.

 

Bu gün Azərbaycan ictimai-siyasi mühitdə tərəzinin gözünü əyilməyə qoymayan, öz həqiqətləri ilə millətin dövlətin təmənnasız hörmətini qazanan şəxsiyyətlərdən biri millət vəkili Vahid Əhmədovdur.

 

2017-ci il aprelin birində biz dostlar xoş bir xəbərə sevindik: möhtərəm prezident cənab İlham Əliyev öz sərəncamı ilə Vahid Əhmədovu müstəqil Azərbaycanın ali mükafatı "Şöhrət" ordeni ilə təltif etdi. Mən Quba regionunun ziyalıları vətənin qədirbilən oğulları adından  cənab Prezident, möhtərəm İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

 

Şöhrətli adama "Şöhrət" ordeni çox gözəl yaraşır. Vahid Əhmədov 70 illik şərəfli ömrünü millət dövlət naminə fədakar əməyə həsr edib.

 

1965-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbə orta məktəbini qızıl medalla bitirib Azərbaycan Politexnik İnstitutunun mühəndis-energetika fakültəsində təhsil alıb. 1989-1992-ci illərdə Almaniyanın Bonn Menecment İnstitutunda beynəlxalq dərəcəli menecment-iqtisadçı diplomuna sahib olub.

 

1967-71-ci illərdə Şimit zavoduna fəhlə, briqadir, sex ustası, sex rəisi vəzifələrində çalışan V.Əhmədovun mütəxəssis şəxsiyyət kimi ömür yolu Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis, "Bakı fəhləsi" adına maşınqayırma zavodunda (1983-86), Keşlə maşınqayırma zavodunda (1981), Bakı neftmaş İstehsalat Birliyinin (1989) baş direktoru kürsülərindən keçir.

 

1992-1993-cü illərdə, ölkənin siyasi iqtisadi baxımdan ən çətin dövründə Vahid Əhmədov Azərbaycan Respublikasının baş nazirinin birinci müavini kimi ağır çətin vəzifədə çalışır.

 

Azərbaycan Respublikasının əməkdar mühəndisi Vahid Əhmədov "Sahibkar-menecment" kitabının (1990), 400-dən artıq elmi publisistik məqalənin müəllifidir.

 

Vahid Əhmədov 2005-2017-ci illərdə üç çağırış Milli Məclisin deputatı kimi gərgin səmərəli fəaliyyət göstərir. O təkcə 52 saylı Quba seçki dairəsindən Millət vəkili kimi deyil, müstəqil Azərbaycanın ictimai xadimi kimi nüfuz qazanıb.

 

Əfsanəvi xalq qəhrəmanı Qaçaq Mayıl (1870-1924) nəslinin layiqli davamçısı olan Vahid Əhmədov öz şəxsiyyəti, mərdliyi, cəsarəti, sözübütövlüyü ilə həm qubalıların, həm Azərbaycan xalqının sevimlisinə çevrilib.

 

"Sözün doğrusunu danışmaq hünərdir" - deyirdi dahi ədibimiz Cəlil Məmmədquluzadə. Vahid Əhmədov belə bir hünərin sahibidir: doğru söz, ədalətli qənaət, xeyir əməl, xalqa millətə təmənnasız xidmət bir vətəndaş ziyalı, millət vəkili kimi onu səciyyələndirən, ona hörmət gətirən əsas cəhətlərdir.

 

V.Əhmədov beynəlxalq səviyyədə düşünən bir iqtisadçı - mütəxəssisdir. O, hər cür yerlipərəstlikdən, məhəlliçilikdən, məhdud regional təfəkkürdən uzaq bütöv bir şəxsiyyət, görkəmli azərbaycançıdır.

 

Bugünkü mürəkkəb zəmanəmizdə, qloballaşan dünyada yaşadığımız mürəkkəb bir dövrdə bir vətəndaş şəxsiyyət kimi özünü qorumaq - özünü təsdiq etmək insandan xüsusi istedad ləyaqət tələb edir. Azərbaycanın vüsətli, iqtisadi siyasi inkişaf dövrü keçirdiyi bir zəmanədə bu ölkənin təəssübünü çəkən şəxsiyyət olmaq çətindir. Azərbaycana dünya modeli çərçivəsində baxmağa imkanı olan şəxsiyyətlərdən biri Vahid Əhmədovdur. O, həm milli-mənəvi dəyərlərin qoruyucusu, həm modern avropaçılıq müstəvisində düşünən öz layihələrini müstəqil Azərbaycanın mənafeyi nöqteyi-nəzərindən həyata keçirən iqtisadçı alimdir.

 

Vahid Əhmədov hər cür hay-küydən uzaq praqmatik düşüncə sahibidir. O, bir şəxsiyyət kimi öz mikro mühitində Ümumazərbaycan mənəvi-əxlaqi dəyərlərini böyük inamla qoruyan təbliğ edən şəxsiyyətdir.

 

Hər bir dövlətin tarixi taleyi o dövləti sevən təəssübünü çəkən şəxsiyyətlərin əməllərindən aslıdır. Bu, alim ola bilər, yazıçı da, ictimai xadim . Əsas budur ki, sənin qəlbin millətin xalqın ritmi ilə bərabər döyünsün. Vahid Əhmədov öz qəlbini mənəvi varlığını millətin taleyinə güzgü tutan parlaq bir şəxsiyyətdir.

 

Mən həmişə demişəm şəxsiyyəti olmayanın heç nəyi yoxdur. İstər qadın olsun, istərsə kişi. Şəxsiyyət olmaq səlahiyyəti hər adama verilmir. Onu qorumaq qəhrəmanlığa bərabərdir.

 

Şair Oqtay Rza demişkən:

 

Ləyaqət, ad-sandır Vahid müəllim,

gözəl insandır Vahid müəllim!

 

Vahid Əhmədov "Şöhrət" ordeninin daşıdığı yüksək mənəvi və ictimai səviyyəni öz şəxsiyyəti ilə qoruyan, yaşadan və hörmətə mindirən ləyaqətli vətəndaşdır.

 

Nizaməddin ŞƏMSİZADƏ

Professor

 

525-ci qəzet.- 2017.- 4 aprel.- S.5.