Riyaziyyat və Mexanika
İnstitutunun tarixi:
keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli ötən şənbə
saylarımızda)
Hörmətli oxucular, diqqətinizə çatdırım ki, tarixən bu institutda iki elmi jurnal buraxılıb.
Bunlardan
birincisi 1946-cı ildən
nəşr olunan “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, onun
ilk baş redaktoru akademik Zahid Xəlilov, ikincisi 1992-ci ildən nəşr olunan “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri
(riyaziyyat buraxılışı)”
jurnalı, onun ilk baş redaktoru akademik Fəraməz Maqsudov olub. 2011-ci
ildən institutda “Azərbaycan Riyaziyyat Cəmiyyətinin” jurnalı
nəşr olunmağa
başlayıb. Mən instituta
direktor təyin olunana qədər hər üç jurnalın baş redaktoru akademik Akif Hacıyev idi. Son üç ildə yuxarıda adları çəkilən
jurnallardan birincisinə
mən, ikincisinə institutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, üçüncü
jurnala isə AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov rəhbərlik edir. Jurnalların baş redaktorlarının
dəyişməsi ilə
iş bitmədi. Biz birinci iki
jurnalın redaksiya heyyətinin tərkibində
ciddi dəyişikliklər
edib, həmin heyyətə Azərbaycanın
və dünyanın tanınmış riyaziyyatçı
alimlərini, əlbəttə
onların razılığı
ilə daxil etdik. Bu illər
ərzində məni
daha çox düşündürən məsələlərdən
biri də ondan ibarət olub ki, biz işimizi
necə qurmalıyıq
ki, institutda nəşr olunan jurnallar dünyanın tanınmış nəşrlərinin
bazalarına daxil olsun. Müəyyən
araşdırmalar apardıqdan
sonra məlum oldu ki, ilk növbədə
jurnalların müasir
tələbləri ödəyən
“Veb saytı” olmalıdır. İnstitutda çalışan, İKT sahəsində
biliyi və bacarığı olan gəncləri dəvət
etdim, onların köməyi ilə həm “Riyaziyyat və Mexanika institutunun əsərləri”,
həm də “Azərbaycan Milli Elmlər Akademiyasının
xəbərləri (riyaziyyat
buraxılışı)” jurnallarının
müasir tələblərə
cavab verən “Veb saytını” yaratdıq. Birinci jurnalın məsul
katibi vəzifəsinə
ingilis dilini yaxşı bilən və gənc elmlər doktoru, Vüqar İsmayılovu təyin etdim. İngilis dilində çap olunan jurnal üçün
bu, çox vacib məsələdir.
Jurnala məqalə qəbulunu
internet vasitəsi ilə
həyata keçirməyə
başladıq. Çap olunacaq
hər bir məqalə həmin sahədə çalışan
alimlərə internet vasitəsi
ilə rəyə göndərilir. Jurnalın dizaynını
və formasını
müasir tələblər
səviyyəsində qurmağa
çalışdıq. Hazırda hər ildə nəzərdə tutulan vaxtlarda yuxarıda adı çəkilən
jurnalların iki nömrəsi çap olunur. Apardığımız bu işlər
qısa müddətdə
öz nəticələrini
verməyə başladı.
Jurnallar dünyanın tanınmış
elmi informasiya bazaları olan Mathematikal Revies, Zentralblatt MATH və Rusiya Elmlər Akademiyasının Referativ
jurnalında referatlaşdırılmağa
başladı.
Sevindirici
haldır ki, 08 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun və “Thomson Reuters”in birgə təşkilatçılığı
ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə
tutulan “Web of Science”
mükafatları-2016”nın təqdimetmə
mərasimində “Yeni
veb elmi jurnal” nominasiyası üzrə isə Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azerbaijan Journal of Mathematics” jurnalı mükafatlandırılıb.
22 dekabr 2015-ci il tarixində Azərbaycan Riyaziyyat Cəmiyyətinin
Riyaziyyat və Mexanika İnstitutunda çap olunan “Azərbaycan Riyaziyyat Cəmiyyətinin” jurnalı
Thomson Reuters agentliyinin “Emerging Sources
Citation İndex” (ESCİ) ilkin
bazasına, 01 iyun
2016-cı il tarixində
isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Əsərləri”
jurnalı Thomson Reuters agentliyinin
“Emerging Sources Citation İndex” (ESCİ) ilkin bazasına daxil edilib. Bu
AMEA-nın 70 illik tarixində həmin bazaya daxil olan
ilk jurnaldır.
Aparılan ardıcıl və
məqsədyönlü işlərin
nəticəsində AMEA Riyaziyyat
və Mexanika İnstitutu 25 yanvar
2016-cı il tarixində
Elsevier Scopus agentliyinin keçirdiyi
“Ən yüksək elmi tədqiqatlara” (Research
Excellence Award Winner) görə, 08 noyabr 2016-cı il tarixində isə Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Thomson Reuters agentliyinin birgə keçirdiyi “İnstitutda
aparılan elmi tədqiqatların səviyyəsi”
(Outstanding Research İnstitute) müsabiqələrinin qalibi
olub.
İndi
bizim əsas hədəfimiz hər iki jurnalın nüfuzunu daha da artırmaq və yaxın gələcəkdə onun
İmpakt Faktoru qazanaraq Thomson Reuters agentliyinin növbəti bazasına, üçüncü
jurnalın isə ilkin bazaya daxil
olmasına nail olmaqdır.
Onu da qeyd
edim ki, Thomson Reuters agentliyi dünyada çap olunan elmi jurnalları
qiymətləndirən ən
nüfuzlu bazadır.
2015-ci ildən institutda
ingilis dilində dördüncü jurnal -
“AMEA-nın Xəbərləri
Mexanika” buraxılışı
çap olunur. Jurnalın baş
redaktoru AMEA-nın müxbir üzvü Qeylani Pənahovdur.
2013-2016-cı
illərdə riyaziyyata
aid bir monoqrafiyam, üç kitabım, 44 elmi əsərim
çap edilib. Onlardan 29-u məqalə, 15 konfrans materialıdır. Həmin
məqalələrin 11-i Thomson Reuters agentliyinin siyahısında olan jurnallarda çap olunub.
Hazırda aşağıdakı layihələr üzərində
işlərimi davam etdirirəm:
1. “Azərbaycanda Riyaziyyatın
inkişafı tarixindən”
kitabı-bu kitabla əlaqədar 400-ə yaxın
azərbaycanlı riyaziyyatçı
haqqında ensiklopedik məlumat toplamışam
və düşünürəm
ki, ilin sonuna qədər həmin kitab üzərində işimi
başa çatdıraram.
2. Azərbaycanın görkəmli
riyaziyyatçılarından biri olan professor Qoşqar Əhmədovun
100 illiyi ilə bağlı kitab üzərində işlərimi
də yaxın zamanlarda başa çatdıracağam.
3. Bakı Dövlət Universitetinin qeyri riyaziyyat fakültələrinin
tələbələri üçün
Azərbaycan dilində
ali riyaziyyat
kitabının hazırlanmasına
başlamışıq.
4. Azərbaycan Milli
Elmlər Akademiyasının
Riyaziyyat və Mexanika İnstitutunun nəzdində “Gənc riyaziyyatçılar məktəbi”
öz işinə uğurla başlayıb.
5. Hələ Təhsil Naziri olduğum dövrdə üzərində
işləməyə başladığım
“1920-ci ilə qədər
azərbaycanlı ali təhsillilər” haqqında tədqiqatlarımı
davam etdirirəm. Düşünürəm ki, həmin
tədqiqatın nəticələri
yaxın zamanlarda kitab şəklində oxuculara təqdim olunacaqdır.
6. Əvvəllər üzərində
işlədiyim, ali təhsil müəssisələrinin reytinqinin
hesablanmasının yeni
metodikasının hazırlanması
ilə bağlı tədqiqatlarımı davam
etdirirəm.
7. İnstitutun əməkdaşları,
AMEA-nın İqtisadiyyat
İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları ilə
birgə bu gün üçün çox vacib olan “İqtisadçılar
üçün riyaziyyat”
kitabı üzərində
işimizi davam etdiririk.
Düşünürəm ki, bu illər ərzində
az iş
görülməyib. İnstitutun nəzdindəki
müxtəlif şöbələrdə
fəaliyyət göstərən
elmi işçilərimizin
gərgin işi sayəsində bir çox uğurlar əldə etmişik.
İnstitut bir sıra xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə
qarşılıqlı elmi
əlaqələrini davam
etdirib. Xarici elmi təşkilatlar
və tədqiqat mərkəzləri ilə
qarşılıqlı əməkdaşlığın
qurulması istiqamətində
mühüm işlər
görülüb.
Əməkdaşların aldıqları elmi nəticələr, müxtəlif
beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, seminarlarda müzakirə edilib, mütəxəsisslər tərəfindən
yüksək qiymətləndirilib
və əksəriyyəti
nüfuzlu jurnallarda çap olunub və sair.
2013-cü
ilin mayında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və informatikanın aktual problemləri” mövzusunda
Beynəlxalq konfrans keçirilib. Konfransda 10 plenar məruzə
və 172 çıxış
dinlənilib. Konfransın
işində 15 xarici ölkədən (Rusiya, Ukrayna, Misir Ərəb Respublikası,
Qazaxıstan, Almaniya, Türkiyə, İsrail, İran, İtaliya, Özbəkistan, Meksika, Belçika, Fransa, Danimarka, Polşa) 30 nəfər alim iştirak edib.
2013-cü
ilin noyabr ayında dünya şöhrətli alim, akademik Azad Mizəcanzadənin
anadan olmasının
85 illiyinə həsr olunmuş “Neftqaz sahəsində qeyri-Nyuton sistemlər” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Konfransda 5 xarici ölkədən (Rusiya, ABŞ, Türkiyə,
Qazaxstan, İsrail) 26 nəfər alim iştirak edib, 9 plenar məruzə dinlənilib.
2014-cü ilin may ayında Riyaziyyat və Mexanika İnstitutunun 55 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın aktual problemləri” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda üç xarici ölkədən (Rusiya, Türkiyə, İran) beş nəfər alim iştirak etmiş, altı plenar məruzə dinlənilmişdir.
Həmin ilin sentyabr ayında Nəsirəddin Tusinin xatirəsinə həsr olunan “Riyaziyyatın, astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda 9 xarici ölkədən (Rusiya, Türkiyə, İran, İspaniya, Fransa, İsveçrə, Böyük Britaniya, Özbəkistan, Gürcüstan) 24 nəfər alim iştirak edib, 7 plenar məruzə dinlənilib.
2014-cü ilin dekabrında görkəmli riyaziyyatçı, Akademik Mirabbas Qasımovun anadan olmasının 75 illiyinə həsr olunan “Spektral Nəzəriyyə və Diferensial Operatorlar” mövzusunda Beynəlxalq konfrans keçirilmiş, konfransın materialları İnstitutun “Əsərləri” jurnalının xüsusi buraxılışında çap olunmuşdur.
2015-ci ilin sentyabr ayında AMEA-nın 70 illiyinə həsr olunmuş Azərbaycan, Türkiyə və Ukrayna riyaziyyatçılarının “Riyazi analiz, Diferensial Tənliklər və onların Tətbiqləri” mövzusunda birgə Beynəlxalq konfransı keçirilib. Konfransda 13 xarici ölkədən ( Türkiyə, Ukrayna, Rusiya, Fransa, ABŞ, İndoneziya, Çin, Almaniya, İsrail, Hindistan, Böyük Britaniya, Misir Ərəb Respublikası, İrlandiya) 70 nəfər alim iştirak edib, 12 plenar məruzə dinlənilib.
2016-cı ilim may ayında institutun tarixində ilk dəfə olaraq “Qeyri harmonik analiz və diferensial operatorlar” mövzusunda keçirilən beynəlxalq seminarda 9 plenar məruzə dinlənilib.
(ardı var)
Misir
MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2017.- 8 aprel.- S.10.