Azərbaycanı öz vətənindən az sevməyən Düsen Kaseinov

 

Son illərdə TÜRKSOY türk dilində danışan ölkələrin ortaq mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, dilinin, adət və ənənələrinin təbliğində əhəmiyyətli rol oynamağa başlamışdır.

TÜRKSOY-un türkdilli ölkələrdə həyata keçirməyə başladığı böyük miqyaslı layihələr bu təşkilatın hamı tərəfindən türk dünyasının YUNESKO-su kimi qəbul olunmasına və nəhayət bir neçə il öncə Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitində türkdilli xalqların mədəniyyətinin təbliğindəki əvəzsiz rolu nəzərə alınaraq yüksək səviyyədə tanınmasına səbəb olmuşdur.

Bütün bu nailiyyətlərin əldə olunmasında son 10 il ərzində TÜRKSOY-a uğurla və böyük entuzazmla rəhbərlik edən Düsen bəy Kaseinovun xidmətləri böyükdür. Özü mədəniyyət xadimi olan, hələ gənc yaşlarından türk xalqlarının mənəvi birliyinin bərqərar olması üçün çalışan, ali məqsədi amalının türk dünyasının mədəni mənəvi birliyinə nail olmaqdan ibarət olan Düsen bəy bu amal uğrunda yorulmadan çalışmaqdan zövq alan bir mədəniyyət xadimidir. Dahi Üzeyir bəyin "Koroğlu"sunu, "Leyli Məcnununu dünyaya tanıtmaq, Astanada, Bişkekdə, Ankarada, Avstriyada, Amerikada səhnəyə qoymaq, Novruz bayramının Amerikada, Birləşmiş Millətlər Təşkilatında qeyd olunması Düsen bəyin ideyası uğurlu layihələrindən idi.

Düsen bəy Azərbaycanı ürəkdən sevən bir insandır ölkəmizə gəlməkdən, çox sevdiyi Bakını gəzməkdən heç vaxt usanmır. məhz buna görədir ki, TÜRKSOY-un ən gözəl əhəmiyyətli layihələri Bakıda reallaşdırılır, ən maraqlı uğurlu layihələri Bakıdan start götürür. Ankarada TÜRKSOY-un iqamətgahında da ən çox sanballı tədbirlər məhz Azərbaycan mədəniyyəti, incəsənəti ədəbiyyatı ilə bağlı olur, tez-tez azərbaycanlı sənətkarların yubileyləri keçirilir, onların sərgiləri, konsertləri təşkil olunur.

Son illərdə Azərbaycan Milli Kitabxanası TÜRKSOY-la birlikdə həm Bakıda Azərbaycanın digər şəhərlərində həm Ankarada digər türkdilli ölkələrdə ən çox birgə tədbirlər keçirən bir mədəniyyət mərkəzinə çevrilmişdir. Demək olar ki, son 5 ildə hər il TÜRKSOY-la birlikdə həm Bakıda Milli Kitabxanada həm Ankarada TÜRKSOY-un iqamətgahında həm Azərbaycanın görkəmli şəxsiyyətlərinin həm bütün türk dünyasının ünlü şəxsiyyətlərinin yubileyləri ilə əlaqədar çoxlu sayda kitab sərgiləri, elmi konfranslar, kitab təqdimatları, simpoziumlar keçirilmişdir. maraqlı budur ki, bu tədbirlərin əksəriyyətinin təşəbbüskarı məhz Düsen bəy olub o, həmin tədbirlərin əksəriyyətində şəxsən özü iştirak etmişdir. Ankarada, İstanbulda, Astanada, Bişkekdə, TÜRKSOY-la qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə ortaq türk mədəniyyətimizin ədəbiyyatımızın təbliğindəki xidmətlərinə görə Azərbaycanın görkəmli alimləri mütəfəkkirləri Milli Kitabxananın bir sıra əməkdaşları dəfələrlə "TÜRKSOY-un 20 illiyi" medalı digər medalları ilə təltif olunmuşlar bu mükafatları Düsen bəy Kaseinov şəxsən təqdim etmişdir.

Maraqlısı budur ki, Düsen bəy özü etiraf edir ki, "Mən hər dəfə öz doğma vətənim Qazaxıstana gedəndə necə sevinirəmsə, Bakıya Azərbaycana gələndə o cür sevinirəm, mən Bakını öz doğma evim hesab edirəm!" Azərbaycan da Düsen bəyi çox sevir, biz onunla görüşməkdən, həmsöhbət olmaqdan zövq alırıq, sevinirik! Məncə bu da səbəbsiz deyil, çünki TÜRKSOY-un bu səviyyəyə qalxmasında Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin xüsusi rolu olmuşdur. 1993-cü ilin 12 iyulunda Qazaxıstanın o zamankı paytaxtı Almatıda yaradılması elan olunan TÜRKSOY-un ilk yüksəksəviyyəli iclasının Bakıda keçirilməsinin təşəbbüskarı da Ulu öndər Heydər Əliyev olmuşdur bu iclas 1993-cü ilin payızında Bakıda keçirilmişdir. Özünün prezidentliyi dövründə Heydər Əliyev daim TÜRKSOY-u diqqət mərkəzində saxlamış ona hərtərəfli dayaq olmuşdur.

Ulu öndərin mədəniyyət siyasətini uğurla davam etdirən, mənəvi dəyərlərimizin himayədarı olan cənab Prezidentimiz İlham Əliyev daim TÜRKSOY-un fəaliyyəti ilə maraqlanmış heç təsadüfi deyildir ki, 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu Zirvə toplantısında məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin təklifi ilə TÜRKSOY-un fəaliyyəti yüksək qiymətləndirərək TÜRKSOY-u daim himayə etmək barədə qərar qəbul olunmuşdur. Məhz buna görə TÜRKSOY-un həyata keçirdiyi bütün layihələr irimiqyaslı layihələr Azərbaycan tərəfindən yüksək səviyyədə dəstəklənir, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərdə TÜRKSOY fəal iştirak edir.

TÜRKSOY-un onun Baş katibi Düsen Bəyin fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 mart 2012-ci il tarixli Sərəncamı ilə Düsen Kaseinov Azərbaycan Respublikası ilə türkdilli dövlətlər arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı olan "Dostluq" ordeni ilə təltif olunmuşdur.

Düsen bəyin fəal ictimai xadim kimi fəaliyyəti diqqətəlayiqdir son zamanlar onun rəhbərliyi altında TÜRKSOY dünya miqyasında daha çox tanınmağa başlanmış üzv ölkələrin ictimai mədəni həyatında daha fəal rol oynamağa başlamışdır. Onun üzv ölkələrin dövlət hökümət başçıları ilə, mədəniyyət turizm nazirləri ilə, yaradıcı təşkilatların rəhbərləri ilə tez-tez yüksəksəviyyəli görüşləri TÜRKSOY-un hamı tərəfindən qəbul olunması ilə nəticələnmişdir.

Düsen bəy həm yaradıcı insandır ona görə TÜRKSOY-un təşkil etdiyi bütün tədbirlərə yaradıcı yanaşır onların daha canlı təsirli olmasına çalışır. Özü görkəmli musiqi xadimidir yeri gəldikcə məharətli skripka ifası ilə hamını heyran sdir. Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley mərasimində onun skripkada ifa etdiyi gözəl musiqi parçaları indi çox insanların yaddaşındadır.

Düsen bəy insanlarla çox tez ünsiyyət qurmağı hamının qəlbini ələ almağı ürəyinə yol tapmağı bacarır, hamı ilə birgə əylənməyi, birgə vaxt keçirməyi çox sevir. TÜRKSOY-a qonaq gələn hər bir nümayəndə heyəti ilə şəxsən görüşür, onlarla birgə nahar edir böyük məmnuniyyətlə böyük fəxrlə onlara TÜRKSOY-un muzeyini, bu təşkilatın keçdiyi 20 illik yolu əks etdirən foto sərgiləri hamıya göstərməyi çox xoşlayır bununla fəxr edir.

Tükənməz enerjisini bütün fəaliyyətini türk xalqlarının mədəniyyətinin, incəsənətinin ədəbiyyatının təbliğinə həsr edən bu yolda yorulmadan çalışan TÜRKSOY-un genel sekreteri professor Düsen bəy Kaseinova Azərbaycan Milli Kitabxanasının kollektivi adından şəxsən öz adımdan möhkəm cansağlığı, ürəkdən sevdiyi bağlandığı işlərində daha böyük uğurlar arzulayıram!

 

Kərim TAHİROV

Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor

 

525-ci qəzet.- 2017.- 11 aprel.- S.4.