Amsterdamda "Nasimi Passion" təntənəsi

 

Firəngiz Əlizadənin əsəri Hollandiya paytaxtında təqdim edilib

 

Hollandiyanın "Amsterdam Royal Concertgebouw" konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin "Nasimi Passion" əsərinin premyerası olub.

Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan "Amsterdam Royal Concertgebouw" tərəfindən son illərdə müxtəlif dinlərlə bağlı (pravoslav, katolik, yəhudilik, buddizm) "İlahilər" layihəsi həyata keçirilir. Layihə çərçivəsində dünyanın müxtəlif dinlərinə məxsus görkəmli bəstəkarlara əsərlər sifariş olunur səsləndirilir.

2015-ci ildə İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlib. Belə bir əsərin yaradılması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə həvalə edilib "Nasimi Passion" ərsəyə gəlib.

Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea Derks "Nasimi passion" əsəri haqqında məlumat verib.

Sonra çıxış edən Firəngiz Əlizadə seçdiyi mövzudan söz açıb, Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar fəlsəfi düşüncə tərzindən söz açıb. Bəstəkar iştirakçıların əsərlə bağlı suallarını cavablandırıb. Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib.

F.Əlizadə bu əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Dinləyicinin təsəvvüründə canlı obraz yaradıb. Onun Şərq Qərbin konsepsiyası əsasındakı sintezi maraq doğurub.

Konsertdən sonra musiqiçilər solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər. Onlar əsərin möhtəşəm olduğunu bildiriblər.

Bəstəkar musiqi meneceri Qabriel Teçner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib. Bəstəkarın kamança ilə Sebastyan Baxın əsərini birləşdirdiyi məqamlar bunu aydın göstərir: "Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar tərəfindən incəliklə birləşdirilməsinin şahidi olduq. Firəngiz Əlizadə 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim etdi. Mən Firəngiz Əlizadənin əsərinə valeh oldum. Çox maraqlı, möhtəşəm əsər idi orkestrləşdirilmə incəliklə qurulmuşdu. Musiqi nəşriyyatı olaraq Firəngiz Əlizadə ilə əməkdaşlıq etməkdən çox məmnunuq".

İngiltərəli dirijor Martin Brabbins diqqətə çatdırıb ki, bu, fövqəladə əsər idi. "Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Xüsusilə əsərdə istifadə olunan metodlar - pıçıltı, qışqırıq çox incəliklə ifadə edilib. "Ənəlhəq" cümləsini çox sevirəm. Solistimiz əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Emosiyaları göstərirdi ki, o, Firəngiz Əlizadənin musiqisini dərindən anlayır onunla yaşayır. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi", - deyə o bildirib.

Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur. O deyib : "Firəngiz Əlizadə fövqəladə bir əsər yaradıb. Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Dünyada məşhur olan bəstəkarın musiqisini ifa etdim. Qəlbim emosiyalarla doludur. Bir neçə ay əvvəl təklif alanda Firəngiz xanım mənə dedi ki, bu, musiqidir, amma təkcə sözləri ifa etməklə kifayətlənməməlisən. Canlı obraz yaratmalısan. Mən də güzgü qarşısında repetisiya edirdim. Düşünürdüm ki, bu obrazı necə canlandırım. Amma bu gün gördüm ki, istədiyimizə nail ola bilmişik. İfa zamanı tamaşaçılara, xüsusilə onların baxışlarına diqqət yetirirdim. Hiss edirdim ki, mən istədiyimə nail olmuşam. Tamaşaçılar ilk dəfə belə bir obrazı tanıdılar. Konsert olmasına baxmayaraq, tamaşaçılar qarşılarında canlı obraz görürdülər. Dirijor məndən soruşurdu ki, "ənəlhəq" nə deməkdir? Elə qəşəng sözdür ki, bütün gün evdə bu sözü deyirik. Qeyd etdi ki, Nəsiminin qəzəllərini şəxsən özü oxuyacaq".

 

525-ci qəzet.- 2017.- 11 aprel.- S.7.