Naxçıvan xanlığının sonuncu xanı kim olub?

 

Tariximilə bağlı mühüm bir sual üzərindən düşüncələr

 

1747-ci ildən 1828-ci ilədək mövcud olan Naxçıvan xanlığının tam süqutu 1840-cı ildə başa çatıb.

81 il (böyük tarixçi alim Petruşevskiyə görə 93 il) Qafqazda orijinal siyasi yolu ilə seçilən Naxçıvan xanlığı haqqında çar Rusiyasında digər xarici ölkələrdə xeyli elmi əsərlər yazılıb. Bəzi təhriflərə səhvlərə baxmayaraq, araşdırmalar göstərir ki, Rusiyanın hərbi şərqşünaslarının XVIII əsrin sonlarında XIX yüzillikdə yazdıqları daha çox həqiqəti təsvir edir. Çünki o kitabları yazanlar birbaşa işğal zamanı Naxçıvanda olmuşlar. Sovet hakimiyyəti illərində siyasi quruluşa görə Naxçıvan xanlığı haqqında yazmaq qadağan olunduğundan Naxçıvan xanlığının onun yaradıcıları, idarə edənləri Kəngərli xanları haqqında bu günün özündə bir-birinə zidd olan yazılar mətbuat səhifələrində görünür.

Naxçıvan xanlığı Kəngərli tayfası haqqında indiki MDB məkanındakı bir çox arxivlərdə sənədlər vardır. Onlardan bir neçəsini sadalamaq istərdik. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində, Azərbaycan Respublikasının Dövlət Arxivində, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində, Rusiya Federasiyasının Dövlət Arxivində, Rusiya Dövlət Tarix Arxivində, Rusiya Dövlət Hərbi Arxivində, Moskvanın Mərkəzi Tarix Arxivində, Sankt-Peterburq Mərkəzi Dövlət Tarix Arxivində, Kabardin-Balkar Respublikasının Mərkəzi Dövlət Arxivində (Nalçik), Şimali Osetiyanın Mərkəzi Dövlət Arxivində (Vladiqafqaz), Rusiya Federasiyasının Qədim Aktlar Dövlət Arxivində, Rusiya imperiyasının Xarici Siyasət Arxivində (Rusiya Xarici İşlər Nazirliyində), Gürcüstan Milli Arxivində, Ermənistan arxivlərində, A. A. Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivində, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Füzuli adına Əlyazmalar İnstitutunun Arxivində, Gürcüstan Əlyazmalar İnstitutunun Arxivində, Canaşia adına Gürcüstan Dövlət Tarix Muzeyində, Azərbaycan Milli Tarix Muzeyində, İrəvan muzeylərində digər şəhərlərdə yuxarıda adını çəkdiyimiz məsələ ilə bağlı belə sənədlərə rast gəlirik. Arxivlərdən muzeylərdən savayı Tiflisdə İ.Çavçavadze adına Milli Kitabxanada saxlanılan "Kavkaz" qəzetində (inqilabdan əvvəlki dövr), Rusiya Hərbi Nazirliyinin o vaxtlar rəsmi orqanı olan "Russki İnvalid" (Sankt-Peterburq) qəzetində bolluca məlumatlar vardır. Hələ həmin ölkələrin kitabxanalarında saxlanılan sənədlər toplusu olan kitabları demirik.

Azərbaycanda nəşr edilənNaxçıvan xanlığı, Kəngərli xanları haqqında yazılan elmi-tədqiqat əsərlərinə hörmətlə yanaşırıq. Əsas istifadə etdiyimiz kitab F.Əliyevin, M.Əliyevin "Naxçıvan xanlığı" (Bakı, Azərnəşr-1996) adlı əsəridir. Amma elə məlumatlar var ki, bu kitaba da daxil edilməyib bəzi təhriflər vardır.Çox təəssüf ki, Moskvada nəşr edilən kitablar elə çar hökuməti vaxtı nəşr edilən kitabların faktlarının təkrarıdır. Bizcə, tədqiqat əsəri zamanla ayaqlaşmalıdır. Bu gün biz hərbçi rus şərqşünaslarının səhv yazdıqlarını təkrarlamamalıyıq. Çünki onların təhrif etdikləri faktlar zaman-zaman erməni müəlliflərin xeyrinə işləyib. Hətta o yerə çatıb ki, Moskvada nəşr edilən elmi kitabların çoxunda qədim türk tayfaları özgələşdirilib. Məsələn, Mah Şərəfxanım Kürdüstanı "Xronika doma Ardalan. Moskva, 1990, Vasilyeva E. İ.Yuqo-Vostoçnıy Kurdistan v XVII naçale XIX v. Oçerki istorii emiratov Ardelan i Baban. Moskva, 1991 digər müəlliflərin yeni "elmi kəşflərində" dümbülü (tumbullu) şəqqaqı tayfaları onların idarə etdikləri xanlıqlar türklərin əlindən alınıb. Halbuki, hələ A.M. Zolotarev 1880-ci illərdə həmin tayfaları "türk-tatar" (türk-azərbaycanlı) tayfaları siyahısında yazmışdır. Bu isə yuxarıda adlarını çəkdiyimiz yazarların qəzəbinə düçar olmuşdur. Zolotaryev həqiqəti yazmışdır. Çünki elə Naxçıvanın Şahtaxtı kəndində bu gün tumbullu tayfası yaşamaqdadır tariximizə böyük şəxsiyyətlər bəxş edib. Onlar hətta özlərini Kəngərli hesab edirlər.

Son illərdə rus tədqiqatçıları tərəfindən Moskvada nəşr edilən kitablarda yazırlar ki, xan Naxçıvanskilər Kəngərli deyil. Qəribə bir fikir irəli sürürlər ki, köçəri Kəngərli tayfası belə şöhrətli sərkərdələr yetişdirə bilməz sair. Çox məntiqsiz fikirlərdir. Çünki əlimizdə xan Naxçıvanskilərin Kəngərli olduqlarını təsdiqləyən onlarla orta əsrlərə məxsus sənədlər var. Xan Naxçıvanskilərin mənsub olduqları kök, məxəz Kəngərlilərdir. Necə deyərlər, onlar ulu babalarının 500 illərlə gətirdiyi qəhrəmanlıqları təkrarlamışlar. Naxçıvan xanlığı mövzusu erməni alimlərinin də diqqətindədir. Ona görə də istəmirik ki, vaxtilə İ.Şopenin etdiyi "yamaqları" indi başqaları təkrarlasınlar.

Nəşr edilən kitabları və tapdığımız arxiv sənədlərini dərindən öyrənərək Naxçıvan xanlarının-xan Kəngərlilərin hakimiyyət şəcərəsini hazırlamışıq. Onların hakimiyyət şəcərələri aşağıdakı kimidir:

Naxçıvan xanlığının yaradıcısı Heydərqulu xan Mürtəzaqulu xan Kəngərlinin oğludur. Mürtəzaqulu xan Məhəmmədxan oğlu Naxçıvanın hakimi olmuşdur. Heydərqulu xan 1747-ci ildən 1763-64-cü ilədək Naxçıvan xanlığını idarə etmişdir.

1764-cü ildən 1769-cu ilədək Heydərqulu xanın oğlu Hacı Məhəmməd xan, 1769-cu ildə isə onun qardaşı Rəhim xan Naxçıvan xanı olmuşdur. 1770-ci ildə hakimiyyəti Heydərqulu xanın qardaşı Əliqulu xan ələ aldı və 1773-cü ilədək xanlıq taxtında oturdu. 1773-cü ildə onun qardaşı Vəliqulu xan hakimiyyəti devirib Naxçıvanın xanı oldu. O, 1780-ci ilədək Naxçıvan xanlığını idarə etdi. 1780-ci ildə Abbasqulu xanın hakimiyyətə gəlməsi tarixi sənədlərdə qeyd olunub. 1783-cü ildə Cəfərqulu xan (I Kalbalı xanın böyük qardaşı) hakimiyyətə sahib oldu. O, 1784-cü ilin sonunadək Naxçıvana xanlıq etdi. 1785-ci ildə Heydərqulu xanın oğlu Şükrulla xan hakimiyyətə gəlsə də, onu 1787-ci ildə yenidən Cəfərqulu xan əvəz etdi. 1787-ci ilin mayın əvvəlində Abbasqulu xan ikinci dəfə xanlıq taxtına sahib olsa da, I Kalbalı xan elə həmin ildə əldən-ələ düşüb dağılmağa üz qoymuş Naxçıvan xanlığında xanlıq taxtına sahib çıxdı. 1797-ci ilədək müstəqil Naxçıvan xanlığını məharətlə idarə etdi və xanlıq öz intibah dövrünü yaşadı.

1797-ci ildən 1801-ci ilədək Abbasqulu xan üçüncü dəfə yarım müstəqil Naxçıvan xanlığını idarə etməyə müvəffəq oldu. 1802-ci ildən 1804-cü ilədək I Kalbalı xan, 1804-cü ildə Abbasqulu xan, 1805-ci ildən 1808-ci ilə qədər yenidən I Kalbalı xan Naxçıvan xanlığını idarə etdilər. 1808-ci ildə xanlıq taxtında ilin bir neçə ayını Abbasqulu xan, çoxunu isə I Kalbalı xan oturdu. 1809-1810-cu və 1816-cı  illərdə I Kalbalı xan Naxçıvan xanlığının hakimi oldu. 1811-ci ildə I Kalbalı xanın oğlu Nəzərəli xan hakimiyyətə gəlib, 1813-cü ilədək xanlığı idarə etdi. 1813-cü ildə Kərim xan Kəngərli hakimiyyətə yiyələndi. O, 1816-cı ilin bir neçə ayı da əlavə edilməklə Naxçıvan xanlığının hakimi oldu. Buradaca bir məsələni aydınlaşdırmaq yerinə düşərdi. XVIII əsrin sonlarından bu günədək Kərim xanı I Kalbalı xanın qardaşı, qardaşı oğlu, gah da əmisi oğlu adlandırırlar. Onun haqqında Tiflis arxivlərindən bir neçə maraqlı faktlar əldə etmişik. Həmin sənədlərdən məlum olur ki, Kərim xanın oğlu İmamqulu xan  Heydərqulu xanın nəvəsi Tellibəyim xanımla ailə qurub. Tellibəyim bir vaxtlar Naxçıvanın xanı olmuş Rəhim xanın qızıdır. Naxçıvan xanlığına aid yazılan kitablarda Cəfərqulu xanı da I Kalbalı xanın gah qardaşı, gah da əmisi oğlu yazırlar. Bizcə, lap əvvəllərdə rus tədqiqatçılarını belə çaş-baş salan Kəngərlilərin adətləri olub. Çünki vəfat edən qardaşın həyat yoldaşını o biri qardaş aldığından onlar həm qardaş, həm də əmioğlu olduğunu yazırlar. Tapılan sənədlərə əsasən demək olur ki, hakimiyyət uğrunda mübarizə aparanuzun illər Naxçıvan xanı olan Abbasqulu xan Heydərqulu xanın nəvəsidir. Yəni Heydərqulu xanın oğlu Rəhim xanın varisidir. A.Berje Qafqaz Aktlarının IV cildində də belə qeyd edib: Abbaskuli xan sın Raqim xana (s.717; 998). Əgər  Abbasqulu xan I Kalbalı xanın qardaşı olarsa, onda gərək atasının adı Ehsan xan olsun. Çünki artıq I Kalbalı xanın atasının adının Ehsan olduğunu təsdiqləyən sənəd (Tiflis arxivindən tapılmış) bizdədir. Yeri gəlmişkən, həmin sənədin üzü Moskva tədqiqatçılarına da göndərilmişdir. Yaxud, Abbasqulu xan I Kalbalı xanın qardaşı oğlu olarsa, onda gərək onun Rəhim xan adında qardaşı olsun. Hələ ki, sənədlərdə belə bir məlumatla rastlaşmamışıq. Bir ehtimal variant qalır ki, yuxarıda dediyimiz qaydada nikah ola bilər. I Kalbalı xanın, bizdə deyildiyi kimi, 5,  yaxud 7 arxa nəsli haqqında rus tədqiqatçıları qarmaqarışıq vəziyyət yaradıblar. Çox təəssüf ki, azərbaycanlı tədqiqatçılar da bu məsələdə bir ortaq məxrəcə gəlmək arzusunda deyillər. Kim necə istəyir, elə də yazır. Amma ulu babaların şəcərələrinin incələnməsinə böyük ehtiyac vardır. Axı, şəcərə tarixin açarıdır.Necə deyərlər, onun onurğa sütunudur.

Mətləbdən uzaqlaşmayaq. 1817-ci ildə I Kalbalı xan yerinə sevimli oğlu, atasının adını daşıdığından "Böyük Xan" dediyi I Ehsan xanı hakim təyin etmişdir. I Ehsan xan 20-ci ilədək Naxçıvanın xanı olmuşdur. 1821-ci ildə onu böyük qardaşı Nəzərəli xan əvəz etmişdir. 1822-ci ildə Hüseyn Mirzə Naxçıvanın hakimi təyin olunmuşdur. Bəzi tədqiqatçılar Hüseyn Mirzəni Kəngərli yazırlar. Bu, yanlışdır. Ancaq Qacarlar adlarından sonra "Mirzə" titulunu yazıblar. Bu, şahın xüsusi fərmanı əsasında yazılıb, "şahzadəlik" titulu sayılır. Kəngərlilərdə belə bir müraciət forması olmayıb.

1823-1827-ci ilədək Naxçıvanın xanı  Kərim xan olmuşdur. Bəzən səhv olaraq Naxçıvanın axırıncı xanının I Ehsan xan olduğunu yazırlar. Hələlikdə bunu təsdiqləyən sənəd yoxdur. Həm də Naxçıvan xanlığı işğal zamanı ləğv olunub, yalnız xanlara verilən bəzi imtiyazlar 1840-cı ilədək saxlanılıb. Rusiyanın Naxçıvana hücumu vaxtı I Ehsan xan Abbasabad qalasında Kəngərli süvarilərinin komandiri vəzifəsini daşımışdır. Cavan olsa da, cəsurluğuna və iradəsinə görə söz sahibi idi. 1826-cı ildə Abbas Mirzə Kərim xanı Məhəmməd Bağır xanla (ehtimal edilir ki, o, Kəngərli tayfasındandır) əvəz edir. Amma bu şəxs xanlığı idarə edə bilmədiyi üçün Kərim xanı yenidən Abbas Mirzə hakimiyyətə qaytarır. Əsasən 1823-1827-ci illərdə (1826-cı ildən başqa) Naxçıvanın xanı Kərim xan olmuşdur. Deməli, Naxçıvanın axırıncı xanı Kərim xan olub. 1828-ci ildən sonra Rusiya tabeliyində olan Naxçıvana I Ehsan xan naib təyin edilib.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.-13 aprel.- S.6.