"Bu Mərkəz indiyədək bütöv bir institut qədər görüb"

 

Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə keçiriklən görüşdə AMEA-nın Ədəbiyyat İnstitutu ilə AYB-nin Bədii Tərcümə  və Ədəbi Əlaqələr mərkəzinin əməkdaşlığı müzakirə olunub

 

Dünən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyətilə bağlı görüş keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəylinin təşəbbüsü rəhbərliyilə təşkil olunan görüşdə Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzindən sədr Səlim Babullaoğlu, Mərkəzin nəşri olanDünya ədəbiyyatıdərgisinin baş redaktoru Seyfəddin Hüseynli, professor Cavanşir Yusifli, Ədəbiyyat İnstitutundan isə şöbə müdirləri çox sayda digər əməkdaşlar iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Mərkəzin nəşrlərinin Ədəbiyyat İnstitutundakı sərgisi ilə tanış olublar.

Akademik İsa Həbibbəyli giriş nitqində Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin gördüyü işlərdən söz açaraq, qurumun son illərdə bir çox uğurlu layihələr həyata keçirdiyini bildirib. Akademik qeyd edib ki, Mərkəz qısa vaxtda olduqca əhəmiyyətli nəşrlər hazırlayıb, həm bədii tərcümə, həm ədəbi əlaqələr istiqamətində ciddi nailiyyətlər əldə edib: “Bilirəm ki, əməkdaşlarınızın sayı azdır, imkanlarınız məhduddur. Ancaq cəsarətlə deyə bilərəm ki, bu Mərkəz indiyədək bütöv bir institut qədər görüb”.

İsa Həbibbəyli Ədəbiyyat İnstitutu ilə Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sıx əməkdaşlıq qurmasının zəruriliyini qeyd edib, bu baxımdan qurumun fəaliyyətinə dəstək verməyə hazır olduqlarını açıqlayıb.

Akademik bunun gələcəkdə daha böyük işlər görülməsi baxımından vacib məqsədəuyğun olduğunu qeyd edib.

Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu qurumun fəaliyyətinə diqqətli yanaşdığı belə bir önəmli görüşün təşkilinə qərar verdiyi üçün akademik İ.Həbibbəyliyə minnətdarlığını bildirib. Sonra Mərkəzin fəaliyyət tarixi, istiqamətləri, qurulanuğurla davam etdirilən ədəbi əlaqələr, hazırlanmış nəşrlər haqqında ətraflı məlumat verib, təkliflərini səsləndirib. Ədəbi əlaqələr və bədii tərcümə işi ilə bağlı mövcud duruma və problemlərə də toxunan  Mərkəz sədri İnstitutla əməkdaşlığın bu mənada səmərəli olacağına ümid etdiyini vurğulayıb.

Dünya ədəbiyyatı”nın baş redaktoru Seyfəddin Hüseynli dərginin nəşrində rəhbər tutulan məram və prinsiplərdən, indiyədək işıq üzü görmüş sayların məzmunundan söz açıb. S.Hüseynli Ədəbiyyat İnstitutu ilə sıx əməkdaşlığın dərginin işinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib, bununla bağlı təşəbbüs və təkliflərini diqqətə çatdırıb. İnstitutun şöbə müdirləri Bədirxan Əhmədov, İmamverdi Həmidov, Gülər Abdullabəyova Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyətindən məmnunluqla danışıb, əməkdaşlıq üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Görüşə yekun vuran akademik İsa Həbibbəyli Mərkəzlə əməkdaşlığın məzmunu, istiqamətləri və perspektivləri barədə fikirlərini bölüşərək, bununla əlaqədar İnstitutun şöbə müdirlərinə və əməkdaşlarına  müvafiq tapşırıqlar verib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.-22 aprel.- S.13.