Böyük faciə!

 

İştə türk müvərrixinin (tarixçisinin) bundan tam 7 sənə əvvəl Bakıda vüqu bulan hadisəyə verəcəyi ən müvafiq bir ism.

 

Yüz sənəlik bir əsarət dövrü, bu dövrdə yaşanan tarixin müxtəlif həyat səhifələri, məhkumiyyət və əsarət! Hər dürlü hürriyyət və istiqlal təsəvvürlərini xatir və xəyaldan silən ümidsiz günlər. Rus səltənətinin sarsılmaz təsəvvür olunan əzəmət və dəhşətinə qarşı qaranlıq yasnovmidi (yuxusu), acı müqəddəranə təslimiyyət. Təslimiyyət dövrünün uzanmasından mütəvəllid bir təsirlə bu acıyı duymamaq bədbəxtliyi!..

 

Zaman keçiyor. Çar idarəsi sarsılıyor. Əsrin fikirlər üzərində təsir yapan hakim şüarları Rusiya əsarəti altında yaşayan millətlərə qədəri-əks ediyor. Böyük hərəkat başlıyor. Bu hərəkatdan mütəəssir olan Azərbaycan türkü də kəndisini (özünü) bir millət olaraq hiss ediyor. Türk hars (mədəniyyət) və milliyyətçiliyinin cərəyan və inkişafı nisbətində Azərbaycanda siyasi istiqlal fikir və qayəsi də qüvvətləniyor. Azərbaycan xalqı xilas gününü bəkliyor.

 

Bu gün gəliyor. Hərbi ümumi - Şərqin qara bəlası, yəni türkislam dünyasının əbədi düşməni Rusiya imperatorluğunun məğlubiyyəti movcib (zərurət) oluyor. Millətlər kəndilərini (özlərini) saran bu məhbəsin barılarını yarıyor, hürriyyət dünyasına çıxıyorlar. Azərbaycan da fürsəti fövt etmiyor. Türkislam dünyasında ilk dəfə olaraq bir cümhuriyyət təsis ediyor: Azərbaycan Xalq Cümhuriyyəti!

 

Azərbaycan Xalq Cümhuriyyəti - bu cahan tarixində, şübhəsiz, pək böyük bir dövr təşkil edəcək hərbdən sonraki milli Şərq demokrasi cərəyanının bəlli-başlı bir hadisəsi, bu cərəyanın maddətən üç kəlmədə xülasə edilmiş rəmzi bir ifadəsidir!

 

Bu ilk türk cümhuriyyətinin bilxassə Türkiyəni də cəlb etdiyi əlaqə səbəbsiz deyildi. Çökən Osmanlı səltənəti yanında yüksələn bu xalq hakimiyyəti türk xalqının tarixi əəyatiyyətə malik olduğuna bir işarətdi. Nitəkim öylə də oldu. Səltənətin batırdığı Türkiyəni cümhuriyyət fikrisistemi qurtardı. Saray batdı, xalq yüksəldi. Dörd gün əvvəl bütün Türkiyə iştə bu yüksəliş gününü təsyid ediyordu.

 

Fəqət tam bu sırada, istiqlalına hənuz qovuşan Azərbaycan, beynəlmiləl vəziyyətdə zühur edən siyasi sağanağa (tufana) düçar oldu. Həyatının ikinci sənəsini daha tamamilə dərk etmədən, fəlakətin ən böyügünə məruz qaldı, istiqlalını qeyb etdi.

 

Əvət, 1920 sənəsində bu günün misalında, qızıl rus ordusu tərəfindən təht işğala alınmaqla Azərbaycan Cümhüriyyəti hər dürlü hürriyyət və istiqlalını qeyb eləmişdir. Bolşeviklərin Azərbaycan hürriyyət və istiqlalına təərrüz (təcavüz) etmədiklərinə vaxtilə inanan vardısa da, indi heç olmazsa Türkiyədə, bu əfsanəyi səmimi olaraq ciddi tələqqi edən tək bir zata təsadüf ediləməz!

 

Sənələrdən bəri bəklədiyi səadəti, əldə etdiyi günün fərdasında qeyb etmək kimi ani fəlakətə məruz qalan Azərbaycan xalqının düçar olduğu faciə həqiqətən də böyükdür. Bu fəcaət, kəndi düşməninin eyni irqdən və eyni harsdan birovz qardaşla dost olması ilə təzayüd edirdi ki, bu faciə, o dərəcədə olmasa da, hala bərdavamdır.

 

Azərbaycan faciəsi həqiqətən də böyükdür. Kəndinə müsəllit olan (hakimiyyəti altına alan) qüvvət yeni şüarlaryeni rənglərə malik olsa da, əski rus siyasətini təmsil ediyor və tətbiq etdiyinasionalizatsion rejimi ilə çarların ruslaşdırma siyasəti ilə müvəffəq olmadıqları nəticəyə gəliyordu.

 

27 nisan iğfalı (aldatması) ilə Azərbaycana girən qızıl ordunun məmləkətdə bərpa etdiyi dəhşət və iqa' etdiyi (vurduğu) zülm və vəhşəti burada sayacaq deyiliz. Bu xüsusda bu sütunlarda vaxtilə çox yazılmışdır. İşbu nüsxənin digər sütunlarında dəxi qare' bu babda az-çox məlumat bulur.

 

Fəqət biz hürriyyət, milliyyət, ədalət və müsavat məfhumlarının kaffəsini (hamısını) tərsinə tavil edən zalim bir idarə altında, hər dürlü xüsusiyyət və haqqından təcridlə Moskvanın köləsi hökmünə düşən zavallı məmləkətin keçirdiyi böyük faciəni təsvir etməkdən ziyadə, bu böyük faciənin kəndisi ilə mütənasib olaraq doğurduğu əksül əməl hadisələrini təsbit etmək istəriz.

 

27 nisan hadisəsi Azərbaycan xalqını ta qəlbindən vurmuş, təsəvvürü qabil olmayan bir təsirlə dağdar etmişdir. Bunlardan bir qismi duyduqları acının təsiri ilə gözlərindəki yaşlara yol vermiş, bu surətlə ələmin gövşətici təsirlərinə kəndilərini təslim etməklə işi təbiətə buraxmışsalar da, digər qism biləks böylə yapmamış, göz yaşlarını zəbtlə kinqeyzini toplamış, günün birində dəhşətli intiqam taraqəsilə patlayacağını mühəqqəq bulunan milli ixtilal hərəkatını vücuda gətirmişdir.

 

Birinci qismin mübəşşirlərincə həyatda əsl olan ümdə vaqeələrlə uyuşmaqdan ibarətdir. Millətin təbii həyatını qurtarmaq - iştə onların düşüncəsi. Əsirlərin fəlsəfəsi! İkinci qism isə təbii həyatla qalmaz, şərəfli həyat istər və bunun üçüno uyuşmağı deyil, vuruşmağı düşünür.

 

Solovki mənfaları (sürgünləri), “Çeka” bordrumları, Xəzərin qanlı dalğaları, Bayıl həbsxanasında ki, yüksək divara dayanaraq soldat qurşunlarına açılan qəhrəman kökslər, südəmər cocuğundan ayrılaraq öldürülən analar, yanıq izləri ilə damğalanmış qanlı köynəklər - xülasə böyük intiqamı hazırlayan ilahi mətanətlər və qəhrəmanca müqavimətlər - iştə şərəfli həyat üçün vuruşmağı tərvic edən nəslin keçdiyi qorxunc mücadilə yolları!

 

Böyük faciənin yeddi sənədən bəri Azərbaycanda icra etdiyi müdhiş təxribat yanında, kəndisini yasa qapdırmayan vətəndaş, şübhəsiz, istiqlal məfkurəsi uğrunda yapılan bu müqəddəs mücadilənin əksəriyyətlə məxfi qalan anatını bilməli, yarınki günün gətirəcəyi səadətə qüvvətlə inanmalıdır.

 

Bu xüsusda bizi inandıracaq şahid-kommunistlərin kəndisidir. Böyük Rusiya imperatorluğunun tərəkəsi ilə beynəlmiləl ixtilal təşkilatının şeytani mələkəsinə malik bulunan qanlı bir qüvvət yeddi sənə boyuna tətbiq etdiyi məzalim və vəhşiyanə icraatından sonra da, hala milliyyət cərəyanının kəndisi üçün bir təhlükə təşkil etdiyindən bütün sistemininufaq burjuazinamini verdiyi milli ixtilal təhlüksinə məruz qaldığından bəhslə bilxassə cahanca məşhur komsomolpioner təşkilatına rəğmən gənc nəslin “müsavatizm” təsiri altında olduğunu etiraf edirsə, - artıq verilən qurbanların bihudə deyil, məqsədi təmin edəcək bir şəkil və mahiyyətdə olduğuna qane ola biləriz.

 

Əvət, əfəndilər, şübhə etməyəlim: 27 nisan faciəsi Azərbaycan Cümhuriyyətinin də 23 nisan zəfərini hazırlayacaq, o böyük və müqəddəs qəzanın (cihadın) qəhrəmanlarını doğurmuşdur. Azərbaycan istiqlalı bilfe'l (əslində) yıxılmışsa da, bilqüvvə dikilmişdir.

 

Yaşasın Azərbaycan istiqlalı!!!

 

M.Ə.RƏSULZADƏ

 

525-ci qəzet.- 2017.- 29 aprel.- S.21.